Moskvada avtobus qəza törədib

Bu gün səhər saatlarında Moskva şəhərində içərisində sərnişinlər olan avtobus yol ayrıcına çırpılıb. Hadisə nəticəsində 14 nəfər xəsarət alıb. Hadisənin sürücünün idarəetməni itirməsi nəticəsində baş verdiyi ehtimal edilir.

14 nəfər xəsarət alıb

Bu gün səhər saatlarında Moskva şəhərində içərisində sərnişinlər olan avtobus yol ayrıcına çırpılıb. Hadisə nəticəsində 14 nəfər xəsarət alıb. Hadisənin sürücünün idarəetməni itirməsi nəticəsində baş verdiyi ehtimal edilir. Moskva şəhər Nəqliyyat İdarəsinin versiyasına əsasən qəza yolun hərəkət hissəsinin yaxşı vəziyyətdə olmaması ilə əlaqədar da baş verə bilər. Avtobusun sərnişinləri nəqliyyat şirkətinin əməkdaşları olub. Onlardan heç biri ciddi xəsarət almayıb.  Apa.az RİA Novosti"yə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31