Gənclər xeyriyyə aksiyası keçirəcək

Gənclər Günü ərəfəsində ölkənin ən böyük gənclər platforması olan Gənclər Təşkilatları Milli Şurası tərəfindən fəaliyyətlər davam etməkdədir. Qurumdan “OLAYLAR”-a bildirilib ki, növbəti fəaliyyət 4 fevral tarixində “Park Bulvar” AVM-də “We Can, I can” (Biz bacararıq, Mən bacararam) sosial-xeyriyyə aksiyası baş tutacaq. Xeyriyyə aksiyası Milli Şuranın proqramı “Azərbaycan Könüllülük Xidmət” proqramı çərçivəsində Mərkəzi Qan Bankı və “Qan Donorları Asossasiyası” İctimai Birliyinin ilə tərəfdaşlığı ilə həyata keçirilir.

Gənclər Günü ərəfəsində ölkənin ən böyük gənclər platforması olan Gənclər Təşkilatları Milli Şurası tərəfindən fəaliyyətlər davam etməkdədir. Qurumdan "OLAYLAR"-a bildirilib ki, növbəti fəaliyyət 4 fevral tarixində "Park Bulvar" AVM-də "We Can, I can" (Biz bacararıq, Mən bacararam) sosial-xeyriyyə aksiyası baş tutacaq. Xeyriyyə aksiyası Milli Şuranın proqramı "Azərbaycan Könüllülük Xidmət" proqramı çərçivəsində Mərkəzi Qan Bankı və "Qan Donorları Asossasiyası" İctimai Birliyinin ilə tərəfdaşlığı ilə həyata keçirilir.

Aksiyasının əsas məqsədi 4 fevral - Dünya Xərçəng Gününün ölkəmizdə tanıdılması, xeyriyyəçilik fəaliyyətinin təbliği, cəmiyyətimizdə bu xəstəliyə tutulmuş şəxslərə qarşı diqqət yaratmaq, xəstəlikdən əziyyət çəkən şəxslərə maddi və qeyri-maddi dəstəyin təmin olunmasıdır. Aksiya çərçivəsində gənc ifaçıların iştirakı ilə xeyriyyə konsertinin də təşkili nəzərdə tutulub.

Qeyd edək ki, aksiya müddətində toplanan maddi vəsait xeyriyyə məqsədilə xərçəng xəstəliyindən əziyyət çəkən 7 yaşlı Ümid Qurbanova və 11 yaşlı Balacaxanım Əliyevanın müalicəsi üçün sərf olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31