Milli Məclis fevralın 1-də toplanır

Fevralın 1-də Azərbaycan Milli Məclisinin yaz sessiyasının ilk plenar iclası keçiriləcək. “Olaylar” xəbər veriir ki, artıq sessiyanın ilk iclasının gündəliyi təsdiq edilib. Belə ki, iclasın gündəliyinə 15 məsələ daxildir.

Fevralın 1-də Azərbaycan Milli Məclisinin yaz sessiyasının ilk plenar iclası keçiriləcək. "Olaylar" xəbər veriir ki, artıq sessiyanın ilk iclasının gündəliyi təsdiq edilib. Belə ki, iclasın gündəliyinə 15 məsələ daxildir. Bunlar aşağıdakılardır: "Sosial sığorta haqqında" qanuna dəyişiklik; "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında" qanuna dəyişiklik; "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında"qanuna dəyişiklik; "Peşə təhsili haqqında" qanun layihəsi 1-ci oxunuşda; "Dərman vasitələri haqqında" qanuna dəyişiklik; "Terrorçuluğa qarşı mübarizə" qanuna dəyişiklik; "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" qanuna dəyişiklik; İnzibati Xətalar Məcəlləsinə dəyişiklik; Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik; Milli Məclisin İntizam Komissiyasının tərkibinin təsdiq edilməsi;Milli Məclisin Hesablayıcı Komissiyasının tərkibinin təsdiq edilməsi. Bundan başqa 2018-ci ilin qanunverici işlər planı təsdiqlənəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31