Gündəm

Bayıl sürüşmə sahəsindəki sakinlərin aqibəti necə olacaq?

5 Fevral 2018 14:48

Teleqüllə sürüşmə sahəsi kimi tanınan Bayıl yamacındakı sürüşmədə yanvarın 24-dən başlayan aktivlik son bir həftədir stabilləşib. Geoloqlar hazırda vəziyyətin stabil olduğunu desə də, ərazinin yaşayış üçün tam təhlükəsiz olmadığını vurğulayır.

Gənclər xeyriyyə askiyası təşkil edib

5 Fevral 2018 14:46

4 fevral “Dünya Xərçəng Günü” ilə bağlı Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə Park Bulvar” AVM-də “We Can, I can” (Biz bacararıq, Mən bacararam) sosial-xeyriyyə aksiyası keçirilib. “OLAYLAR” xəbər verir ki, aksiya Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi, “Park Bulvar” AVM, Mərkəzi Qan Bankı və “Qan Donorları Asossasiyası” İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilib.

İlham Əliyevin liderlik keyfiyyətləri gənclərə aşılanır

5 Fevral 2018 14:44

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 10-cu qrant müsabiqəsinin qalibi olmuş Cəbrail Fərzəliyev "Planetar təfəkkürlü lider" adlı layihənin 3-cü tədbirini keçirib. “OLAYLAR”-a daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan layihə rəhbəri Cəbrail Fərzəliyev layihə haqqında ətraflı məlumat verib. O qeyd edib ki, layihənin əsas məqsədi İlham Əliyevin liderlik keyfiyyətlərini gənclərə aşılamaqdan ibarətdir.

Boşanmalar niyə baş verir?

5 Fevral 2018 14:42

Son illər Azərbaycanda boşanmalarla nəticələnən ailə zəminində münaqişələr narahatlıq doğurur. Təəssüf ki, ailədaxili zorakılıqlar bəzən cinayətə qədər gedib çıxır. Bəs ailələrdə bu cür hadisələr nədən baş verir? Vəkil Rövşən Qasımov deyir ki, boşanmaların bir hissəsi şsizlik üzündən qaynaqlanır.

Nikah müqaviləsi nikahın və ailənin qorunması vasitəsidir

5 Fevral 2018 14:40

Cəmiyyətin inkişafının müxtəlif mərhələlərində sosial institutlar da inkişaf edir. Son illərdə Azərbaycan cəmiyyətində nikah müqaviləsinə dair müzakirələr aparılır, bu sosial institutun məcburi formalaşmasına dair təkliflər səslənir. Mütəxəssislər arasında belə bir fikir var ki, ailədə əmlak münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun formalaşması və ailədə hər bir kəsin hüquqlarının mütənasib qorunmasını təmin etmək üçün nikah müqaviləsinin tətbiq olunması zəruri şərtdir. Bu barədə fikirlər müxtəlifdir, ayrı-ayrı mütəxəssislər nikah müqaviləsinə dair fərqli fikirdədir. Ancaq ümumilikdə götürdükdə, nikah müqaviləsinin bağlanmasının zəruriliyi əksəriyyətin fikridir. Hüquqi İslahatlara Yardım Mərkəzi İctimai Birliyinin sədri hüquqşünas Natiq Abdullayevlə söhbətimiz də nikah müqaviləsinin tarixi, mahiyyəti, hazırki dövrdə əhəmiyyəti, tətbiqi zəruriyyəti ilə bağlıdır.

Media nüfuzuna xələl gətirən ünsürlərdən azad olmalıdır

5 Fevral 2018 14:36

Azərbaycan Mətbuat Şurası 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. 170-ə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Mətbuat Şurasının rəhbər heyəti seçilib. Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

Narkomaniyaya qarşı mübarizə dövlət siyasətinin strateji istiqamətidir

5 Fevral 2018 14:34

Ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri müəyyən olunub, təşkilati-hüquqi, institusional və praktiki tədbirlər həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması dövlətin əsas prioritetlərindən birinə çevrilib, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədi ilə sayca dördüncü “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” uğurla icra olunmaqdadır.

Qara Qarayevin "Qoyya" baletinin möhtəşəm premyerası

5 Fevral 2018 14:32

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkarlar Qara Qarayev və Fərəc Qarayevin "Qoyya" baletinin premyerası baş tutub. Tamaşa dahi bəstəkar Q.Qarayevin 100 illik yubileyinə həsr olunub. Avropanın bir sıra ölkələrindəki qabaqcıl teatrlarda müxtəlif balet tamaşalarına uğurlu quruluşlar verən Vasili Medvedyevin xoreoqrafiyası əsasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı balet truppası solistlərinin mükəmməl çıxışlarını tamaşaçılar heyranlıqla izlədilər. Teatrın simfonik orkestrinin parlaq çıxışı, istedadlı skripkaçı Rövşən Əmrahovun solo ifası, Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın rəhbəri olduğu xor kollektivinin tamaşa boyu professional çıxışı da hər cür tərifə layiq idi.

Siyasi sabitlik üçün təhlükə hesab edilən məmurlar yola salınır

5 Fevral 2018 14:31

Mərhum Özbəkistan prezidenti İslam Kərimovun vəfatından sonra Orta Asiyanın bu respublikasının gələcək siyasi həyatının fərqli olacağı barədə müxtəlif fikirlər, proqnozlar səslənsə də, lakin  hakimiyyətdə o qədər də radikal dəyişikliyin baş verməməsi səbəbindən Kərimov siyasətinin davam edəcəyi də şübhə doğurmurdu. Elə Kərimovdan sonrakı bir neçə ayda siyasi səhnədə hökm sürən səssizlik də bunu təsdiqləyirdi. Lakin prezident seçkilərindən sonra demək olar ki, Özbəkistan demək olar ki, tamam fərqli bir ölkə təsiri bağışlamağa başladı.

Kostyum “moşşennik”ləri...

5 Fevral 2018 14:19

Həyatda çox dələduzlar, loru dildə desək “moşenniklər”, xalq dilində anlatsaq “atanşiklər” çox görmüşəm (yəqin elə siz də mənim kimi). Onları görməsək də, rastımıza çıxmasalar da kinoda, teatrda çox seyr etmişik, kitablardan oxumuşuq. Ən azı ortada İlf və Petrovun odessalı Ostap Bender kimi qəhrəmanı var. Milyonlar axtarışında olan cənab Bender dələduzluqla qazandığı milyonu sonda hara xərcləyəcəyini bilmir.

ABŞ İraqdan hərbçilərini çıxarmağa başladı

5 Fevral 2018 14:16

ABŞ İŞİD-lə mübarizənin aktiv fazası bitdiyi üçün İraqdan hərbçilərinin çıxarılmasına başlayıb. Bu barədə informasiyanı “Assoşeyted Press” agentliyi yayıb. Agentlik Amerika hərbçilərinin İraqdan Əfqanıstana göndərildiyini bildirib. Hələlik İraqdan çıxarılan hərbçilərin sayının nə qədər olduğu vurğulanmayıb. 

Azərbaycanda telekanallarda kompleks profilaktika aparılır

5 Fevral 2018 14:07

Azərbaycanın efir məkanında kompleks profilaktika işləri aparılır. Bu barədə “Teleradio” İstehsalat Birliyindən məlumat verilib.

İsa Həbibbəyli: Növbədənkənar prezident seçkiləri Azərbaycan xalqının iradəsini ifadə edir

5 Fevral 2018 14:06

Bu il aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri Azərbaycan xalqının iradəsini ifadə edir. Bunu Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli deyib.

İltimas Məmmədov işdən çıxarılıb

5 Fevral 2018 14:04

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri İltimas Məmmədovun vəzifəsindən azad olunub. İ.Məmmədovun adı nazir müavinləri siyahısından çıxarılıb.