Siyasi sabitlik üçün təhlükə hesab edilən məmurlar yola salınır
Mərhum Özbəkistan prezidenti İslam Kərimovun vəfatından sonra Orta Asiyanın bu respublikasının gələcək siyasi həyatının fərqli olacağı barədə müxtəlif fikirlər, proqnozlar səslənsə də, lakin hakimiyyətdə o qədər də radikal dəyişikliyin baş verməməsi səbəbindən Kərimov siyasətinin davam edəcəyi də şübhə doğurmurdu. Elə Kərimovdan sonrakı bir neçə ayda siyasi səhnədə hökm sürən səssizlik də bunu təsdiqləyirdi. Lakin prezident seçkilərindən sonra demək olar ki, Özbəkistan demək olar ki, tamam fərqli bir ölkə təsiri bağışlamağa başladı.
5 Fevral 2018 14:31 DünyaKərimovun xələfinin daha sabit Özbəkistan uğrunda fəaliyyəti davam edir
Mərhum Özbəkistan prezidenti İslam Kərimovun vəfatından sonra Orta Asiyanın bu respublikasının gələcək siyasi həyatının fərqli olacağı barədə müxtəlif fikirlər, proqnozlar səslənsə də, lakin hakimiyyətdə o qədər də radikal dəyişikliyin baş verməməsi səbəbindən Kərimov siyasətinin davam edəcəyi də şübhə doğurmurdu. Elə Kərimovdan sonrakı bir neçə ayda siyasi səhnədə hökm sürən səssizlik də bunu təsdiqləyirdi. Lakin prezident seçkilərindən sonra demək olar ki, Özbəkistan demək olar ki, tamam fərqli bir ölkə təsiri bağışlamağa başladı. Yeni dövlət başçısı Şövkət Mirzəyevin hakimiyyət pilləsinə sahib olduğu ilk aylardan atdığı radikal addımlar Kərimovdan sonrakı Özbəkistanın fərqli bir Özbəkistan olacağından xəbər verirdi. Hakimiyyətin müxtəlif pillərində həyata keçirilən dəyişikliklər, hüquq-mühafizə orqanları ilə sərt rəftar, keçirdiyi iclas zamanı bəzi nazirləri iclas zalından qovması və s. kimi hallar buna misal idi. Keçən ayın sonlarında isə Şövkət Mirzəyev daha bir radikal addımı ilə diqqət çəkdi. Belə ki, yanvarın 31-də Özbəkistan prizdenti Şövkət Mirzəyev ölkədə böyük nüfuz sahibi olan Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin rəisi,general-leytenant Rüstəm İnayətovu vəzifəsindən azad etdi.
Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin eksperti Zeynal Əmralıyev qeyd edib ki, prezidentin Milli Təhlükəsizlik Xidmətinin rəisini vəzifəsindən azad etməsiadətən bir qədər qapalı ölkə olan və bir o qədər də böyük siyasi hadisələrin baş vermədiyi Özbəkistanda siyasi həyacana səbəb olub. Ekspert bildirib ki, Özbəkistan coğrafi baxımdan Çin, İran, Əfqanıstan və Rusiya kimi böyük dövlətlərin ətrafında yerləşdiyindən buradakı sabitlik hər bir qlobal oyunçu üçün əsas məsələdir: "Buna görə də 2016-cı ilin sentyabr ayında ölkənin müstəqillik qazandığı andan idarə edən İslam Kərimovun ölümündən sonra bütün beynalxalq güclər Özbəkistanda siyasi vəziyyəti sabit saxlamaq üçün əlindən gələni etdilər. Sonda isə Rusiya prizdenti Vladimir Putin Daşkəndə gələrək o zamanki baş nazir, indiki prizdent Mirzəyevlə görüşdü və ona dəstək verdiyini bildirdi.
İndi gələk vəzifəsini itirmiş "qoca çekist"chr("39")ə. O,1944-cü ildə Özbəkistanın Surxandarin vilayətində anadan olub.1970-ci ildən xüsusi xidmət orqanlarında işləyib.1995-ci ilin iyunun 7-də isə prizdent İslam Kərimov tərəfindən Milli Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə təyin edilib. O, faktiki olaraq ölkədə mərhum prezident İslam Kərimovdan sonra ikinci güc sahibiydi və onu Özbəkistanın "boz kardinalı" adlandırırdılar. Buna görə də hələ İslam Kərimov komada olduğu zaman onun yerinə İnayətovun gələcəyi deyilirdi. Ancaq şah olmaq yox, şah yaratmaq fikrinə düşən kəşfiyyat rəisi mətbuata müsahibəsində prezdentliyə namizəd olmayacağını bildirdi. Onun qarşısında isə iki seçim vardı. Ya Qərb, ya da Rusiya. O, ya Qərb dəstəkli maliyyə naziri Rüstəm Əzimovu, ya da Kremldən dəstək alan baş nazir Şövkət Mirzəyevi seçməliydi. Həqiqətən də İnayətov seçimini edənədək heç bir iddiaçıya xaricdən açıq dəstək gəlmədi. Yalnız Milli Təhlükəsizlik Xidmətinin rəisi baş nazirlə görüşündən sonra Rusiya prezidenti Vladimir Putin Daşkənddə Mirzəyevi qəbul edərək ona dəstəyini ifadə etdi. Bundan sonra Konstutusiyaya uyğun olaraq prezdentin səlahiyyətlərini icra edən parlamentin sədri Niqmatulla Yuldaşiyev bundan imtina etdi və prezdent səlahiyyətləri avtomatik olaraq Şövkət Mirzəyevə keçdi. Beləliklə, "baş çekist"chr("39") baş vəziri şah, özünü isə oyunçu elan etmişdi. Lakin o unutmuşdu ki, hansı qazanda olsa da hakimiyyət qazanında iki qoçun başı bir qazanda qaynamır". Zeynal Əmralıyev deyir ki, bu prezident Şövkət Mirzəyevin son zamanlar vəzifədən azad etdiyi ilk yüksək rütbəli məmur deyil: "Belə ki, o, dekabrın 22-də ölkənin daxili işlər naziri, general-leytenant Ədhəm Əhmədbəyovu vəzifəsindən azad edərək rütbəsini də ləğv etmişdi. Yanvarın 26-da isə keçmiş nazir həbs edildi. Əhmədbəyov hakimiyyət daxilində İnayətovun klanın əsas üzvlərindən biriydi. Özbəkistanın yeni kəşfiyyat rəisi də artıq bəllidir. Prezdent Şövkət Mirzəyev baş prokuror İxtiyar Abdullayevi vəzifədən azad edərək Milli Təhlükəsizlik Xidmətinın rəisi vəzifəsinə təyin edib". Ekspert bildirib ki,İxtiyar Abdullayev ölkədə Mirzəyevə olan sədaqəti ilə tanınır: "Belə düşünmək olar ki, kəşfiyyat artıq əvvəlki gücünü itirəcək, Milli Təhlükəsizlik Xidməti Kərimov dövründən əlində tutduğu iqdisadi gücdən məhrum olacaq. Şübhəsiz ki, İnayətov kimi güclü oyunçunu mat etmək üçün prezident Şövkət Mirzəyevə guclü dəstək lazım idi və ehtimal etmək olar ki, ona bu dəstək özbək əsilli rus oliqarx Əlişir Usmanovdan gəlib. Bu dəstəyin qarşılığı olaraq Usmanov üçün artıq vətənə investisya qoymaq üçün yaşıl işıq yandı. Heç təsadüfi deyil ki, milyarderə məxsus chr("39")chr("39")UMS Holdingschr("39")chr("39") hazırda Özbəkistanın ikinci böyük mobil operatoru olan chr("39")chr("39")Ucellchr("39")chr("39")in alınması ilə bağlı olaraq chr("39")chr("39")Teliachr("39")chr("39") Şirkəti ilə danışıqlar aparır. Ehtimal ki, İnayətov Əhmədbəyov kimi birbaşa həbs edilməyəcək, qeyri-rəsmi ev həbsində tutularaq unutdurulacaq. Çünki o, uzun müddət hakimiyyətin chr("39")chr("39")qara qutuchr("39")chr("39")su olub. Onun həbsi isə heç də yaxşı olmayan proseslərə gətirib çıxara bilər və hakimiyyətdə yenicə möhkəmlənən Şövkət Mirzəyevə bu lazım deyil. Bir sözlə, görünən odur ki, güclü dəstəyi olan prezident ölkədə qarşısına kim çıxsa vurub yıxacaq".
Süleyman