Narkomaniyaya qarşı mübarizə dövlət siyasətinin strateji istiqamətidir

Ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri müəyyən olunub, təşkilati-hüquqi, institusional və praktiki tədbirlər həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması dövlətin əsas prioritetlərindən birinə çevrilib, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədi ilə sayca dördüncü “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” uğurla icra olunmaqdadır.

Ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri müəyyən olunub, təşkilati-hüquqi, institusional və praktiki tədbirlər həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması dövlətin əsas prioritetlərindən birinə çevrilib, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədi ilə sayca dördüncü "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının  qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı" uğurla icra olunmaqdadır. Narkomanlığa və Narkotik Vasitələrin QanunsuzDövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından verilən məlumata görə, Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun müvafiq göstəriş və tapşırıqlarına əsasən Dövlət Komissiyasının İşçi Qrupu Dövlət Proqramının icrasını daim diqqət mərkəzində saxlayaraq, narkotik vasitələrin qanunsuz döviryyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində fəaliyyət göstərən qurumların koordinasiyasını təşkil etməklə, antinarkotik təbliğata xüsusi önəm verib, həyata keçirilən tədbirlər nəticəsində narkotiklərlə mübarizə sahəsində müsbət nəticələr əldə edilib, həmçinin maarifləndirmə işlərinin əhatəsi  genişləndirilib. Belə ki, Dövlət Komissiyasının İşçi Qrupu narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, onların prekursorlarının qanunsuz idxalı, ixracı, tranzit nəqli və istehsalı ilə bağlı vəziyyəti təhlil etməklə hər rübdə məruzə hazırlayıb, eyni zamanda aidiyyəti nazirlik, komitə və digər təşkilatlar tərəfindən görülmüş işlər barədə verilən hesabatlar, ölkə üzrə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair rüblük statistik göstəricilər (ötən dövr üzrə müqayisəli şəkildə qrafik və diaqramalar formasında) ümumiləşdirilərək aidiyyəti üzrə təqdim olunmasını təmin edib. Keçən ilin statistik göstəricilərinə nəzər yetirsək görərik ki, narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2373 fakt aşkar edilib ki, onlardan  678-i satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1455-i satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 196-sı qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 44-ü isə digərləri təşkil edib. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 25 kq 434,074 qr  müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən 12 min 670 ədəd çətənə kolları, 8 kq 915,4 qr güclü təsir edən maddə, 58 kq 162,7 qr zəhərli maddə müsadirə olunub. Həyata keçirilmiş əməliyyat nəticəsində cinayət məsuliyyətinə 1955 nəfər cəlb edilib ki, onlardan 4-ü 18 yaşadək, 154-ü 18-25 yaşadək, 281-i 26-29 yaşadək, 1516-sı 30 yaşdan yuxarı, o cümlədən 21-i fəhlə, 7-si qulluqçu, vəzifəli və ya maddi məsul şəxs, 1- i nəqilyyat işçisi,  1726-sı işləməyənlər, 764-ü təkrar cinayət törətmiş şəxslər, 1926-sı kişilər, 29-u qadınlar, 36 nəfəri isə xarici ölkə vətəndaşları olub ki, onlardan da ümumilikdə 112 kq-dan artıq narkotik vasitə və psixotrop maddələr götürülüb. Həmçinin, Daxili İşlər Nazirliyinin təşkilatçılığı və Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların iştirakı ilə 448 ha 36,86 sot ərazidən 173 ton 430 kq 202 qr (370 min 760 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilib. Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən isə Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 390 nəfər təşkil edib ki, onlardan 385-i, yəni  97,7 faizi Azərbaycan vətəndaşı, 5-i,  2,3 faizi isə əcnəbilərdir. Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1987-ci ildən 1 oktyabr 2017-cı il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6575 nəfər qeydiyyata götürülüb ki, onlardan 6364-ü (96,7%) Azərbaycan vətəndaşı, 211-i (3,3%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 4817-i (73,7%) kişi, 1758-i (26,3%) qadındır.

Dövlət Komissiyasının İşçi Qrupu Dövlət Proqramına müvafiq olaraq, fəaliyyətin əhatəsinin genişləndirilməsi məqsədilə şəhər/rayon komissiyaları ilə birgə profilaktik tədbirlər, konfranslar, seminarlar, praktik təlimlər həyata keçirir və fəaliyyətin effektivliyini artırmaq üçün yerlərdə bu istiqamətdə çalışan əməkdaşlara metodik tövsiyələr verir. Beləliklə,  narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında aparılan profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması məqsədi ilə Dövlət Komissiyasının İşçi Qrupu respublikanın bir çox şəhər və rayonlarında seminar-müşavirələr keçirib.

Bundan əlavə, narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədi ilə təlimçilər hazırlanması üçün Dövlət Komissiyasının İşçi Qrupu aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə respublikanın bir çox şəhər və rayonlarında yerli komissiyaların üzvləri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi və uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu, orta təhsil məktəblərinin direktor müavinləri (təlim-tərbiyə işləri üzrə), psixoloqları və tibb işçiləri üçün təlim-məşğələlər keçirib və ümumilikdə 1600 təlimçi hazırlanaraq onlar zəruri əyani vəsaitlərlə  təmin edilib.      Qeyd olunanlardan əlavə, Dövlət Komissiyasının İşçi Qrupunun təşəbbüsü ilə ümumtəhsil internat məktəblərində valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şagirdlər üçün "Narkotiklərə qarşı mübarizə sağlam mühit və sağlam gələcəkdir" mövzusunda maarifləndirmə tədbirləri keçirilib və tədbirlər çərçivəsində şagirdlər zəruri təbliğat materialları ilə təmin olunublar. 

Həmçinin ictimai təbliğat işinin genişləndirilməsi məqsədi ilə və bu işdə sosial reklamların (bilbordların) mühüm rol oynadığını nəzərə alaraq, üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar və xüsusi şüarlar əks olunan 60 ədəd bilbord şəhərlərin müxtəlif küçə və prospektlərində, yol kənarlarında, 94 lövhə avtobus dayanacaqlarında, yeraltı piyada keçidlərində, 25 bilbord metro stansiyalarında quraşdırılıb.  Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına müvafiq olaraq, Dövlət Komissiyasının müasir informasiya texnologiyayalarının imkanlarından istifadə etməklə narkotiklərin ziyanı ilə bağlı əhalini məlumatlandırmaq üçün zəruri bildiriş və əlaqə vasitələri ölkədə fəaliyyət göstərən 3 mobil operatorun ("Azercell", "Bakcell", "Nar Mobile") ümumilikdə 6 milyondan çox abunəçisinə SMS şəklində göndərilib.

Ümumiyyətlə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı aparılan təhlillər onu göstərir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə dövlətin siyasətində, yanaşmasında aydın ifadə olunur. Dövlətin siyasəti narkotik vasitələrin qanunsuz dövriyyəsinin aşkara çıxarılması, narkotik vasitənin qeyri-tibbi qəbulunun profilaktikası, narkomanlıq xəstəliyindən əziyyət çəkən şəxslərin müalicəsi və reabilitasiyası istiqamətinə yönəlmiş və bu dövlət orqanları tərəfindən həyata keçirilən strateji sistemdir.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31