İlham Əliyevin liderlik keyfiyyətləri gənclərə aşılanır
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 10-cu qrant müsabiqəsinin qalibi olmuş Cəbrail Fərzəliyev "Planetar təfəkkürlü lider" adlı layihənin 3-cü tədbirini keçirib. “OLAYLAR”-a daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan layihə rəhbəri Cəbrail Fərzəliyev layihə haqqında ətraflı məlumat verib. O qeyd edib ki, layihənin əsas məqsədi İlham Əliyevin liderlik keyfiyyətlərini gənclərə aşılamaqdan ibarətdir.
5 Fevral 2018 14:44 SiyasətAzərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 10-cu qrant müsabiqəsinin qalibi olmuş Cəbrail Fərzəliyev "Planetar təfəkkürlü lider" adlı layihənin 3-cü tədbirini keçirib. "OLAYLAR"-a daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan layihə rəhbəri Cəbrail Fərzəliyev layihə haqqında ətraflı məlumat verib. O qeyd edib ki, layihənin əsas məqsədi İlham Əliyevin liderlik keyfiyyətlərini gənclərə aşılamaqdan ibarətdir. C. Fərzəliyev vurğulayıb ki, İlham Əliyev 2003-cü ildə hakimiyyətə gəlişi ilə Azərbaycan siyasi sisteminə rasionalizmə söykənən yeni siyasi davranış modelini gətirdi. Hansı ki, bu model yeni ideyalara, mütərəqqi addımlara, milli məqsədlərə söykənirdi. Bundan əaləvə bu yeni siyasi davranış modelinin tətbiqi ilə Azərbaycan siyasi sistemindən siyasi şantaj, radikalizm, ekstermizim çıxmış oldu. Bundan əlavə o həmçinin qeyd edib ki, İlham Əliyev öz liderlik keyfiyyətləri ilə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu sahəsində misilsiz xidmətlər göstərib. Cəbrayıl Fərzəliyev bu mövzunun gənclər üçün maraqlı olduğunu bildirib. Bu nöqteyi nəzərdən "Planetar təfəkkürlü lider" adlı layihənin aktual olduğunu qeyd edib.
Sonda layihə çərçivəsində fəallıq göstərmiş bir qurup gənc sertifikatlarla təltif olunublar .