Gündəm

Ana ölümlərinə görə yüzdən çox tibb işçisinə SƏRT CƏZALAR VERİLİB 

5 Fevral 2018 13:56

Ötən il baş verən ana ölümlərinə görə 4 nəfər işdən azad edilib. Bu barədə  Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova məlumat verib. Onun sözlərinə görə, ötən il 21 ana ölümü baş verib və Komissiya tərəfindən araşdırılaraq, Tibbi Yardımın təşkili şöbəsinə təkliflər verilib.

Natavandan küsülü olduğu Elnarəyə: "Səni tanıyırıq, kimə nə göstərirsən?"

5 Fevral 2018 13:54

Müğənni Natavan Həbibi bir vaxtlar dost olduğu, uzun müddətdir danışmadığı Elnarə Xəlilovadan danışıb. Natavan "ATV maqazin onlarla"da həmkarının mahnılarını bəyənmədiyini söyləyib: "Münasibətin bura dəxli yoxdur. Mahnıdan söhbət gedir. Elnarə elə şeylər oxuya bilər ki... Oxusun. Mahnısı mənə çatmadı.

Futbol matçında ŞOK HADİSƏ: oyunçunun dişi qapıçının qolunda qaldı

5 Fevral 2018 13:50

İspaniya La Liqasının 22-ci həftəsi çərçivəsində qarşılaşan “Atletiko Madrid” – “Valensiya” matçında bədbəxt hadisə baş verib.  “Atletiko Madrid”də forma geyən Qodin rəqibin qapıçısı Neto ilə toqquşub.

Azərbaycanda niyə növbədənkənar seçki keçirilir? – Şərh

5 Fevral 2018 13:44

“Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə sərəncamın verilməsi xarici amillə bağlıdır. Hesab edirəm ki, bu çox düzgün verilmiş qərardır”. Bu fikirləri  politoloq Mübariz Əhmədoğlu deyib.

Alpinistlərin axtarışı iki istiqamətdə davam etdirilir

5 Fevral 2018 13:37

Qubada dağlıq ərazidə itkin düşmüş “Gilavar” idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir.

Azercell-in Eksklüziv mağazalarında hər telefon alana HƏDİYYƏ!

5 Fevral 2018 13:34

Ölkənin lider mobil operatoru Azercell Telekom yeni və sərfəli şərtlərlə telefon əldə etmək istəyən müştərilər üçün Eksklüziv mağazalarında hədiyyəli kampaniyaya başlayır. Belə ki, kampaniya çərçivəsində Azercell-in Eksklüziv mağazalarından istənilən mobil telefonu alan hər bir müştəri seçim edib ilk ayda LİMİTSİZ internet paketi və ya şəbəkədaxili 1000 dəqiqə BONUS qazanacaq.

Prezident administrasiyasına hücum

5 Fevral 2018 13:32

Tehranda bıçaqla silahlanmış naməlum şəxs prezident administrasiyasının dəftərxanasına daxil olmağa çalışıb. Məlumata görə, təhlükəsizlik qüvvələri həmin şəxsi odlu silahla yaralayaraq qarşısını ala bilib. 

“Ərimlə dalaşanda Könül Kərimova ilə Şəbnəm sevinir...”

5 Fevral 2018 13:26

Azərbaycanın tanınmış müğənnisi Təranə Qumral müzakirələrə səbəb olacaq açıqlama verib."5-də 5" verilişinə qonaq olan ifaçı aparıcı Zaur Kamalın "Musa Musayev və Təranə Qumral dalaşanda, ən çox kimlər sevinər" sualına qalmaqallı cavab verib: "Bilmirsən? Sən özün gözəl bilirsəm.

Bakıda qız avtomobilin üzərinə çıxıb rəqs etdi – VİDEO

5 Fevral 2018 13:20

Bakıda gənc qızın maşının üzərində rəqsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə yayılan videoda gənc xanımın Cavanşir körpüsü üzərində dayanan “Hyundai” markalı avtomobilin üzərinə çıxaraq rəqs edib.

Qadın müğənni həbsxanadan çıxdı

5 Fevral 2018 13:19

Gülben Ergenin şikayəti əsasında barəsində 3 günlük həbs qərarı verilən Seren Serengil həbsxanadan çıxıb. Cəzasını çəkən Seren Serengil saat 11:00 radələrində sərbəst buraxılıb.

Əczaçıların FIRILDAĞI-DİQQƏT!

5 Fevral 2018 13:09

Bəzən topdansatış əczaçılıq müəssisələri lisenziya almaq üçün müvafiq şəraitli anbarı müvəqqəti icarəyə götürürlər, lakin lisenziya aldıqdan sonra dərman vasitələrini qeyri-adekvat şəraitdə (günün altında, rütubətli yerdə, soyuducuda saxlanılmalı malları açıq havada və s.), başqa yerdə saxlayırlar.

Bakı məktəblisi Avropa çempionu olub

5 Fevral 2018 13:07

Paytaxt məktəblisi karate idman növü üzrə Avropa çempionu adına layiq görülüb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, İdarənin tabeliyindəki 147 nömrəli texniki-humanitar liseyin IX sinif şagirdi Tale Yaqubov Rusiyanın Soçi şəhərində 14-18 yaşlı idmançılar arasında keçirilən 45-ci qitə çempionatında I yeri tutub. O, 63 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanaraq, qızıl medalla təltif olunub.

BNA daha bir marşrut xəttində dəyişiklik etdi

5 Fevral 2018 13:06

114 nömrəli marşrut xətti ləğv edilərək, fəaliyyətini 114 A və 114 B olmaqla davam etdirəcək. Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, bir müddət əvvəl Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Müşfiqabad qəsəbəsindən keçən hissəsinin 2 hərəkət zolağından 6 hərəkət zolağı enində genişləndirilməsi və yolun hərəkət hissəsinin beton bordyurlarla ayrılması nəticəsində avtobusların Müşfiqabad qəsəbəsinə daxil olması və qəsəbədən çıxmasında çətinliyin yaranmasına, həmçinin, avtobusların əlavə məsafə qət etməsinə səbəb olurdu.

Yeniyetmələr arasında Azərbaycan çempionatı keçiriləcək

5 Fevral 2018 13:04

Fevralın 20-21-də sərbəst və yunan-Roma güləşi üzrə 2001-2002-ci il təvəllüdlü yeniyetmələr arasında Azərbaycan çempionatı keçiriləcək. AGF-dən “OLAYLAR”-a bildirilib ki, çempionatın keçirilməsi yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkarlamaq, yeniyetmələrdən ibarət yığma komandanın heyətini formalaşdırmaq məqsədi daşıyır. Yeniyetmə güləşçilərin seçim yarışı iki mərhələdən ibarətdir. İlk mərhələdə AGF-nin regional nümayəndəliklərinin əhatə etdiyi ərazilərdə region birinciliyi uğrunda yarışlar keçirilib. 

Tünzalə Ağayeva eşqə düşüb

5 Fevral 2018 13:01

Əməkdar artist Tünzalə Ağayevanın şəxsi həyatında dəyişiklik olub. Bu barədə müğənni Natavan Həbibi "ATV maqazin onlarla" verilişində danışıb.  O, Ağayevanın eşqə düşdüyünü bildirib: "Görürük ki, Tünzalə hit arxasıyla hit çıxarır, çalışır. Bu həvəs haradandır? Son vaxtlar ondan başqa şeylər hiss edirəm. İnstaqram-da statuslar filan... Havada eşq qoxusu var".