Gündəm
"Qalatasaray" azarkeşləri Ardaya HÜCUM ETDİLƏR - VİDEO
Qış transfer pəncərəsində səs-küylü bir şəkildə "Barselona"dan "Başakşəhər"ə transfer olan Arda Turan səfər matçından qayıdarkən "Qalatasaray"lı azarkeşlərin "hücumuna" məruz qalıb.
İspaniya klubu Zedorfa tapşırıldı
"Deportivo" klubunun yeni baş məşqçisi müəyyənləşib. İspaniya təmsilçisi bu posta Klarens Zedorfu gətirib. Təyinatın bu gün rəsmən açıqlanacağı bildirilir. Zedorfun qarşısına komandanın La Liqadakı yerini qorumaq tapşırığı qoyulub.
Qida şirkətlərinə sertifikat verən qurum dəyişdi
Yenicə fəaliyyətə başlamış Qida Təhlükəsizliyi Agentliyi bütün qida məhsullarını ekspertizadan keçirəcək. Agentlikdən verilən məlumata görə, ekspertizadan müsbət rəy almış məhsullara sertifikat veriləcək. Sertifikatlaşmanı Qida Təhlükəsizliyi Agentliyi və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi birgə həyata keçirəcək. Yaxın müddətdə bu iki dövlət agentliyi arasında müvafiq memorandum imzalanacaq.
Ərdoğana görə Romada buna qadağa qoyuldu
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vatikana səfəri əsnasında Romanın mərkəzində 24 saatlıq etiraz aksiyası qadağası elan edilib. Bu barədə Fransanın AFP xəbər agentliyi məlumat yayıb. Türkiyənin Afrin hərəkatına qarşı bəzi terroru dəstəkləyən qüvvələrin etiraz aksiyaları keçirəcəyi ehtimal edilir. Buna görə də prezident Ərdoğanın Papa Fransislə görüşəcəyi gün Romada etiraz aksiyası qadağası elan olunub. AFP agentliyinin bu məlumat ilə Afrin hərəkatına qarşı aksiyaları əngəlləmək məqsədilə dərc edildiyi bildirilir.
2 qardaş külli miqdarda pul oğurladı
Qax şəhəri ərazisindəki mağazaların birindən oğurluq edilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. DİN-dən verilən məlumata görə, polis əməkdaşları tərəfindən hadisə yerində müvafiq tədbirlər həyata keçirilib.
Avropa Məhkəməsindən Ermənistan əleyhinə qərar
İnsan Haqları üzrə Avropa Məhkəməsi Ermənistana qarşı daha bir qərar qəbul edib. Ermənistanın Gömrük İdarəsinin əməkdaşı Yevgeni Fidanyan öz ölkəsindən şikayət edib.
Ermənistanda yezidi üsyanı: Məktəblər boykot edildi
Ermənistanın Şirak vilayətinin Azatan kəndinin yezidi sakinləri etiraza qalxıb. Sakinlər ölkədə 12 illik tədris sisteminin tətbiqinə etiraz olaraq uşaqları məktəbə getməyə qoymurlar. Valideynlər məktəb direktorunu onların ailə işlərinə qarışmamağa çağırıb, övladlarını məktəbə buraxmayacaqlarını deyiblər. Yezidi ailələr uşaqların məktəbə getməməsini sosial vəziyyətin çətinliyi və erkən nikahlarla əlaqələndiriblər. Bildirilib ki, onların sosial problemləri həll olunmasa, məktəblərdən birdəfəlik imtina edəcəklər.
Ermənistan əhalisinin sayı azalmaqda davam edir
2018-ci il yanvarın 1-nə Ermənistan əhalisinin sayı 2,973 milyon nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,2 min nəfər azdır. 2016-ci il yanvarın 1-i ilə müqayisədə isə ölkədə əhalinin sayı 25,7 min nəfər azalıb.
Sumqayıtda 18 yaşlı hamilə qadın evində ölü tapıldı
Sumqayıt şəhərində18 yaşlı hamilə qadın evində ölü halda tapılıb. Hadisə şəhərin Betonzavod ərazisində,Gecəqondu məhəllələrindən birində baş verib. Belə ki, həmin ünvanda yaşayan, 2000-ci il təvəllüdlü Gülbəniz Niyazi qızı Şahbazovanın meyiti yaşadığı mənzildə aşkarlanıb. Onun cansız bədənini mərhumun ailə üzvləri, hamam otağında aşkarlayıblar.
Növbədənkənar prezident seçkilərinin keçirilməsinin səbəbi açıqlandı
Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsinin səbəbi açıqlanıb. Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Təhil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə bildirib ki, ölkədə növbədənkənar prezident seçkilərinin təyin edilməsi Azərbaycanda cari ildə bir sıra mühüm dövlət tədbirlərinin eyni vaxtda keçirilməsi ilə əlaqədardır.
“Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda seminar keçirilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən müvafiq Tədbirlər Planına əsasən əmək qanunvericiliyi və onun tətbiqinə dair maarifləndirmə tədbirlərinin davamı olaraq, Bakının Səbail rayonundakı 162 saylı məktəbdə “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda seminar keçirilib.
""Qarabağ"da qalaraq yaxşı məvacib ala bilərdim"
Qış transfer pəncərəsində "Qarabağ"da ayrılaraq İsveçin AİK klubuna keçən Tarik Elyunussi açıqlama verib. Mərakeş əsilli norveçli futbolçu "Qarabağ"a gəlməsindən danışıb: "2017-ci ildə "Olimpiakos"da yaxşı mövsüm keçirdim, Yunanıstan çempionu olduqdan sonra "Qarabağ"a icarə əsasında keçdim. Çempionlar Liqasında oynamaq istədiyim üçün bu keçidə müsbət yanaşmışdım.İlk vaxtlar hər şey qaydasında gedirdi, lakin sonradan zədə aldım və bu, mənə mane oldu. Bu zədə ücbatından 2 ay futboldan kənar qaldım. ÇL-də son turları kənardan izləməli oldu. Mən isə "Qarabağ"a Çempionlar Liqasında oynamaq üçün gəlmişdim. Təcrübə qazanmaq istəyirdim".
Sabiq MTN generallarının işi yüngülləşir
"Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə zərərçəkmişlər barışıq ərizəsi ilə məhkəməyə müraciət edib".
Kişi arvadını məhkəməyə verdi: məni döyür, cırmaqlayır, orqanlarımı əzir
Türkiyədə qəribə hadisə baş verib. 1 ildir evli olan kişi məhkəməyə müraciət edib. O, xanımından şikayət ərizəsi yazıb. İzmirin Çeşmə qəsəbəsində yaşayan R.D 1 illik həyat yoldaşını məhkəməyə verib. O, ərizəsində bildirib ki, xanımı H.N.D onu döyür, üzünü cırmaqlayır, bədənini dişləyir, cinsiyyət orqanını əzir.
Əli Həsənov: "Növbədənkənar prezident seçkiləri həmkarlar ittifaqları qarşısında vəzifələr qoyur"
Növbədənkənar prezident seçkiləri həmkarlar ittifaqları qarşısında vəzifələr qoyur. Məlumata görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V Qurultayında çıxışında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.














