Gündəm
İspaniya sahillərində 16 miqrantın meyiti aşkarlandı
İspaniya sahillərində, Melilya limanı yaxınlığında 16 miqrantın meyiti aşkarlanıb. Onların hamısının Afrika ölkələrindən olduğu müəyyənləşib.
Terrorçu əsirdən şok etiraf
Azad Suriya Ordusunun Suriyada əsir götürdüyü İŞİD və PYD terrorçularının etirafları böyük marağa səbəb olub. Türkiyə sərhədindən 10-15 kilometr məsafədə yerləşən həbsxanada saxlanılan məhbuslardan biri YPG üzvü 37 yaşlı, 3 uşaq atası Sərbəs Hassan adlı şəxsdir. Hassan Afrində ASO-ya qarşı gedən döyüşlərdə boynundan yaralanıb və əsir götürülüb.
Aprelin 11-i Azərbaycanda qeyri-iş günüdür
Azərbaycanda bu ilin aprelin 11-i növbədənkənar Prezident seçkilərinin keçirilməsi ilə bağlı ölkədə qeyri-iş günü olacaq. Seçkilər çərşənbə gününə təsadüf edir.
Növbədənkənar Prezident seçkiləri səbəbindən Azərbaycan kubokunun təqvimi dəyişəcək
Azərbaycan kubokunun təqvimində dəyişiklik ediləcək. Məlumata görə, buna ölkədə növbədənkənar Prezident seçkilərinin elan edilməsi səbəb olub. Belə ki, kubokda yarımfinal mərhələsinin ilk oyunları öncədən aprelin 11-nə planlaşdırılıb.
MSK növbədənkənar prezident seçkiləri ilə bağlı bir həftədən gec olmayaraq qərar verəcək
Mərkəzi Seçki Komissiyası bir həftədən gec olmayaraq növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək. Məlumata görə, Konstitusiyanın 179.2-ci maddəsinə əsasən, prezident növbədənkənar Prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir.
Sarkisyanın İrəvanı silkələyəcək APREL PLANI
“Ermənistan hökumətinin fəaliyyəti və strukturu haqqında” qanun layihəsi işğalçı ölkədə ciddi səs-küyə səbəb olub. Fevralın 1-də hökumətin iclasında bu qanun layihəsi bəyənilib. Qanun layihəsinə görə, Nazirlər Kabinetinin bir çox iclası bağlı qapılar arxasında keçiriləcək və ictimaiyyətə yalnız lazım bildikləri məlumatları verəcəklər. Bu məsələ Ermənistan ictimaiyyətində ciddi rezonans yaradıb. İctimai rəyə görə, Serj Sarkisyan ölkədə avtoritarizmdən diktaturaya keçid edir.
Mehmetçiyə dəstək olmayan Sezen Aksudan gözlənilməz qərar
Çocuklarda yaşa göre duygu yönetimi
Doğuştan gelen ve sonradan öğrenilen duygularla baş etmek... Hepimiz duygularla doğuyoruz ancak bütün bu duygular beynimize önceden kodlanmış değildir. Çocuklar ağlamak, hayal kırıklığına uğramak, açlık ve acı gibi duygusal tepkilerle doğarlar ama diğer duyguları, büyüdükçe öğrenirler.
Əvvəl balta ilə xəsarət yetirdilər, sonra evə od vurdular
Bakının Xəzər rayonunun Zirə qəsəbəsində törədilmiş dəhşətli qətl hadisəsi ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Qəsəbədə yaşayan 21 yaşlı Elməddin Əliyev xeyli müddət imiş, atası İbrahim Əliyevi öldürməklə bağlı plan cızırmış.
Moskvada 100-dən çox reys təxirə salınıb
Moskvanın hava limanlarında qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar 100-dən çox reys ləngiyib. Məlumata görə, gecə saatlarında Moskvaya yağan qar səhərə yaxın daha güclənib. Nəticədə Şeremetyevo aeroportunda 54 reys təxirə salınıb. Domodedovo hava limanında isə 45 reys ləngiyib, 6 uçuş ləğv edilib.
Dəmir yolunda yeni stansiya yolları qoyulur
Dəmir yolunda icrası davam etdirilən irihəcmli layihələrin başa çatdırılmasından sonra yük dövriyyəsinin yüksək həddə çatması gözlənilir və bu məqsədlə də texniki sahədə əsaslı işləri görülür. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, Azərbaycan dəmir yollarında proqnozlaşdırılan gələcək yük dövriyyəsi imkanlarının genişləndirilməsini nəzərə alaraq, Heybət stansiyasında ümumi uzunluğu 3,1 kilometr təşkil edən əlavə 4 stansiya yolunun qoyuluşuna başlanılıb.
Fənn olimpiadalarının şəhər mərhələsi keçirilib
Fevralın 4-də paytaxt üzrə məktəblilərin Respublika fənn olimpiadalarının şəhər mərhələsi keçirilib. “OLAYLAR” Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən xəbər verir ki, respublika fənn olimpiadalarının təşkil edilməsində əsas məqsəd istedadlı şagirdləri aşkarlamaq, onların fənlərə olan marağını artırmaq, sağlam rəqabət mühitində bilik və bacarıqlarını nümayiş etdirməsinə şərait yaratmaqdan ibarətdir. Olimpiadaların şəhər mərhələsi paytaxtdakı 14 imtahan mərkəzində təşkil edilib. Olimpiadalar Binəqədi rayonu üzrə 3 və 276, Nərimanov rayonu üzrə 258, Nəsimi rayonu üzrə 211, Nizami rayonu üzrə 220, Pirallahı rayonu üzrə 235, Qaradağ rayonu üzrə 139, Sabunçu rayonu üzrə 96, Suraxanı rayonu üzrə 114, Xətai rayonu üzrə 95 və 138, Xəzər rayonu üzrə 181, Yasamal rayonu üzrə 18 nömrəli tam orta məktəblərdə, Səbail rayonu üzrə isə 160 nömrəli Klassik Gimnaziyada keçirilib.
Təmas xəttində növbəti monitorinq keçiriləcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, fevralın 6-da Tərtər rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Qadınlar ictimai-siyasi proseslərdə fəal olublar
“Loqos” Psixoloji Xidmət və Nitq İnkişaf Mərkəzində “Müasir Azərbaycan Qadını -3” layihəsinin açılış mərasimi keçirilib. “OLAYLAR” xəbər verir ki, açılış mərasimində “Loqos” Psixoloji Xidmət və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova, millət vəkili Məlahət İbrahimqızı, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini Dürdanə Əliyeva , eləcə də “Müasir Azərbaycan Qadını -3” layihəsinə müsabiqədən keçən qadınlar iştirak ediblər.
Danimarkada Türkiyəyə dəstək aksiyası keçirildi
Danimarkanın paytaxtı Kopenhagendə Skandinaviya Türk Federasiyasının təşkilatçılığı ilə bu ölkədəki Türkiyə səfirliyinin qarşısında Türk Cəmiyyətləri Birliyinin mitinqi təşkil edilib. Bu barədə məlumat “OLAYLAR”-a Danimarkadakı “Vətən” Cəmiyyətindən daxil olub. Bildirilib ki, aksiyaTürkiyənin həyata keçirdiyi " Zeytun budağı " əməliyyatina dəstək və PKK terroristlərinin Danimarkadakı Türkiyə səfirliyinin qarşısında Türk Bayrağını təhqir etmələrinə etiraz məqsədi daşıyıb.














