Dəmir yolunda yeni stansiya yolları qoyulur

Dəmir yolunda icrası davam etdirilən irihəcmli layihələrin başa çatdırılmasından sonra yük dövriyyəsinin yüksək həddə çatması gözlənilir və bu məqsədlə də texniki sahədə əsaslı işləri görülür. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, Azərbaycan dəmir yollarında proqnozlaşdırılan gələcək yük dövriyyəsi imkanlarının genişləndirilməsini nəzərə alaraq, Heybət stansiyasında ümumi uzunluğu 3,1 kilometr təşkil edən əlavə 4 stansiya yolunun qoyuluşuna başlanılıb.

Dəmir yolunda icrası davam etdirilən irihəcmli layihələrin başa çatdırılmasından sonra yük dövriyyəsinin yüksək həddə çatması gözlənilir və bu məqsədlə də texniki sahədə əsaslı işləri görülür. "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"-a bildirilib ki, Azərbaycan dəmir yollarında proqnozlaşdırılan gələcək yük dövriyyəsi imkanlarının genişləndirilməsini nəzərə alaraq, Heybət stansiyasında ümumi uzunluğu 3,1 kilometr təşkil edən əlavə 4 stansiya yolunun qoyuluşuna başlanılıb.

Qeyd edək ki, Heybət stansiyasında əlavə stansiya yollarının salınması işlərini 5 saylı İDYM MMC-nin kollektivi həyata keçirir. Müəssisənin direktor müavini Şəmsəddin Talıbov məlumat verərək bildirib ki, hazırda torpaq yatağının işlənməsi prosesi gedir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31