Qadınlar ictimai-siyasi proseslərdə fəal olublar

“Loqos” Psixoloji Xidmət və Nitq İnkişaf Mərkəzində “Müasir Azərbaycan Qadını -3” layihəsinin açılış mərasimi keçirilib. “OLAYLAR” xəbər verir ki, açılış mərasimində “Loqos” Psixoloji Xidmət və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova, millət vəkili Məlahət İbrahimqızı, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini Dürdanə Əliyeva , eləcə də “Müasir Azərbaycan Qadını -3” layihəsinə müsabiqədən keçən qadınlar iştirak ediblər.

"Loqos" Psixoloji Xidmət və Nitq İnkişaf Mərkəzində "Müasir Azərbaycan Qadını -3" layihəsinin açılış mərasimi keçirilib. "OLAYLAR" xəbər verir ki, açılış mərasimində "Loqos" Psixoloji Xidmət və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova, millət vəkili Məlahət İbrahimqızı, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini Dürdanə Əliyeva , eləcə də "Müasir Azərbaycan Qadını -3" layihəsinə müsabiqədən keçən qadınlar iştirak ediblər.

"Loqos" Psixoloji Xidmət və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova qeyd etdi ki,"Müasir Azərbaycan Qadını -3" layihəsi mart ayının 3-nə qədər davam edəcək. Layihənin bağlanış mərasimi Lənkəran şəhərində keçiriləcək.

"Qadın və cəmiyyət" mövzusunda çıxış edənlər millət vəkili Məlahət İbrahimqızı, Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Nailə Mirməmmədli , Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Gülüstan Əliyeva qadınların cəmiyyətdəki rolundan bəhs edərək , ölkəmizdə qadınlarımızın bütün sferalarda aktivliyini müsbət qiymətləndiriblər. Natiqlər qeyd etdilər ki,Azərbaycan qadınları ictimai-siyasi proseslərdə həmişə fəal olublar. Bu gün qadınlarımız təkcə respublikamızda deyil, ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır, beynəlxalq qurumlarda ölkəmizi ləyaqətlə təmsil edir. Buna Heydər Əliyev Fondunun Prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevaya YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri adı verilməsi ən bariz misaldır. Çıxışlardan sonra layihəyə qatılan qadınların sualları cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31