Danimarkada Türkiyəyə dəstək aksiyası keçirildi

Danimarkanın paytaxtı Kopenhagendə Skandinaviya Türk Federasiyasının təşkilatçılığı ilə bu ölkədəki Türkiyə səfirliyinin qarşısında Türk Cəmiyyətləri Birliyinin mitinqi təşkil edilib. Bu barədə məlumat “OLAYLAR”-a Danimarkadakı “Vətən” Cəmiyyətindən daxil olub. Bildirilib ki, aksiyaTürkiyənin həyata keçirdiyi " Zeytun budağı " əməliyyatina dəstək və PKK terroristlərinin Danimarkadakı Türkiyə səfirliyinin qarşısında Türk Bayrağını təhqir etmələrinə etiraz məqsədi daşıyıb.

Danimarkanın paytaxtı Kopenhagendə Skandinaviya Türk Federasiyasının təşkilatçılığı ilə bu ölkədəki Türkiyə səfirliyinin qarşısında Türk Cəmiyyətləri Birliyinin mitinqi təşkil edilib. Bu barədə məlumat "OLAYLAR"-a Danimarkadakı "Vətən" Cəmiyyətindən daxil olub. Bildirilib ki, aksiyaTürkiyənin həyata keçirdiyi " Zeytun budağı " əməliyyatina dəstək və PKK terroristlərinin Danimarkadakı Türkiyə səfirliyinin qarşısında Türk Bayrağını təhqir etmələrinə etiraz məqsədi daşıyıb.

Aksiyada Türkiyənin Kopenhagendəki səfiri Uğur Kənan, Qaziantəp millət vəkilli Mehmet Erdogan, Istanbul millət vəkili, Sakariya millət vəkili Mehmet Isen və s. iştirak edib. Səfir Uğur Kenan çıxışınnda Türkiyənin uğurlu əməliyatlarından danışıb, mübarizənin ancaq terroristlərə qarşı aparıldığını deyib.

Qeyd edək ki, Türkiyəyə dəstək mitinqində Danimarka "Vətən" Cəmiyyəti, Kopenhağen Türk Mədəniyyət Dərnəyi, Danimarka Türkmən Ocağı, Türkmən Mədəniyyət Cəmiyyəti, UETD Danimarka təmsilçiliyi də iştirak edib. Aksiya zamanı "Vətən" Cəmiyyəti adından səfir Uğur Kenana Türkiyə - Azərbaycan dostluğunun rəmzi olaraq çiçək dəstəsi təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31