Gündəm

Azərbaycanda biznesmen nişan günü qəzada öldü

5 Fevral 2018 11:45

Zaqatalada ölümlə nəticələnən yol qəzası olub. Məlumata görə, hadisə ötən gecə saat 00:30 radələrində Yevlax-Zaqatala-Gürcustan sərhəd yolunun Zaqatala şəhəri ərazisində keçən hissəsində baş verib.

2689 akt və 944 protokol tərtib olundu

5 Fevral 2018 11:42

Ekologiya və Təbii Sərvətlər Nazirlyinin ətraf mühitin mühafizəsini həyata keçirən qurumları tərəfindən 2017-ci il ərzində hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 2689 akt və 944 protokol tərtib olunub və aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 749 müddətli “məcburi göstəriş” verilib. Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qanun pozuntusuna yol verdikləri üçün hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 990 iş üzrə 920255 manat məbləğində cərimə tətbiq edilib.

Azərbaycan karateçiləri Avropa çempionatında medalların sayını dördə çatdırıblar

5 Fevral 2018 11:42

Rusyanın Soçi şəhərində baş tutan yarışın ikinci günü 16-18 yaşlı gənclər seçmə komandasının üzvü Hümmət Baxşəliyev (-61 kq) qızıl medal qazanıb. “OLAYLAR”-a Azərbaycan Karate Federasiyasından bildirilib ki, yeniyetmələrdə avropa üçüncüsü, hazırkı yaş qrupunda isə dünya ikincisi olan H.Baxşəliyevdən başqa daha bir idmançımız çempionluğunu son saniyədə əldən verib.

Beynəlxalq PR Assosiasiyasının prezidenti Azərbaycana gəlir

5 Fevral 2018 11:41

Beynəlxaq PR Assosiasiyasının (İPRA) prezidenti Bart de Vries fevralın 16-20-də Azərbaycana səfər edəcək. “OLAYLAR” xəbər verir ki, səfərin məqsədi 17-18 fevralda ölkəmizdə keçiriləcək I Beynəlxalq PR Yaradıcılığı Forumunda iştirak etməkdir.

Düşmən atəşkəsə əməl etmir

5 Fevral 2018 11:39

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 116 dəfə pozub. “OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində, İcevan rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İraq İŞİD-çiləri axtarışa verdi, Bağdadini “unutdu”

5 Fevral 2018 11:38

İraq hökuməti ən çox axtarılan cinayətkarların siyahısını dərc edib. Siyahıya 60 nəfər daxil edilib. Siyahıda İraqın eks-prezidenti Səddam Hüseynin qızı Raqadın da adı yer alıb. Raqadla bərabər, yeni siyahıya İŞİD-in 28 səhra komandiri, 12 rəhbəri və Ərəb Sosialist Oyanışı Partiyasının (BAAS) funksionerlərinin adı daxil edilib. Maraqlı məqam odur ki, yeni siyahıda İŞİD lideri Əbubəkr Bağdadinin adı yer almayıb.

Qrudin prezident seçilərsə, Donbası birləşdirəcək

5 Fevral 2018 11:36

Donbas Rusiyaya birləşdirilməlidir. Bunu Rusiya mətbuatına açıqlmasında Kommunist Partiyasından prezidentliyə namizəd Pavel Qrudin söyləyib.

FSB Həmidovu yoxlamağa başladı – Təcili

5 Fevral 2018 11:34

Dağıstan Baş nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Əbdüssəməd Həmidovun evində axtarış aparılır. Bu barədə informasiyanı “RİA Novosti” agentliyi yayıb. Yoxlamaları Rusiya Federal Təhlükəsizlik Xidməti həyata keçirir.

Ankara Afrində türk hərbçilərin ölümündə ABŞ-dan şübhələnir

5 Fevral 2018 11:33

Ankara Afrində 5 türk hərbi qulluqçunun ölümündə ABŞ-dan şübhələnir. Məlumata görə, Afrində Türkiyə tankının ABŞ istehsallı "Javelin" tank əleyhinə reaktiv kompleksindən vurulduğu müəyyən edilib.

Çində 53 maşın toqquşdu

5 Fevral 2018 11:29

Səhər saatlarında Çinin Yunnan vilayətində Kunmin-Çuçjou sürət şossesində 53 avtomobilin toqquşması ilə qəza baş verib. Məlumata görə, Sişan rayon administrasiyası qəza nəticəsində 4 nəfərin öldüyü barədə bildirib.

Putin bu detalı unudub: savaş başlayarsa... - Bekxuzen

5 Fevral 2018 11:27

Qərblə genişmiqyaslı müharibə Rusiya üçün əsl silkələnmə olacaq. Bunu Ukrayna mətbuatına açıqlamasında amerikalı ekspert Robert Bekxuzen söyləyib. Onun sözlərinə görə, Moskva son dövrlər aktiv şəkildə postsovet ordusunu yenidən dirçəldir: “Bu o deməkdir ki, Rusiya ordusu NATO ilə genişmiqyaslı müharibədə ona cavab verməyə hazırdır. Lakin bu savaş Rusiya üçün silkələnmə olacaq.

Yol polisi sürücülərə xəbərdarlıq etdi - Dumana görə

5 Fevral 2018 11:24

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsi paytaxtda müşahidə olunan dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, hazırda paytaxtın bütün ərazilərində qatı duman müşahidə olunur: "Yollarda məsafə görünmür.

Prezident İlham Əliyev: İslahatlar nəticəsində qeyri-neft sektorunun həcmi ildən-ilə artır, çox sayda iş yerləri açılır

5 Fevral 2018 11:19

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V Qurultayının iştirakçılarına təbrik məktubu göndərib. Məlumata görə, təbrik məktubunu tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oxuyub.

Vergilər Nazirliyi yeni iş prinsiplərini açıqlayacaq

5 Fevral 2018 11:09

Gələn həftə Vergilər Nazirliyi yeni vergi siyasəti və vergi inzibatçılığında aparılacaq dəyişikliklərə həsr edilmiş konfrans keçirməyi planlaşdırır. Nazirliyin Media və Kommunikasiya Mərkəzindən  verilən məlumata görə, tədbirə dövlət qurumları, iri və orta şirkətlərin nümayəndələri, sahibkarların ictimai birlikləri, millət vəkilləri, ekspertlər, ictimai təşkilatların nümayəndələri dəvət ediləcək.

Vasif evləndi - Toydan görüntülər

5 Fevral 2018 11:08

Ötən gün tanınmış meyxanaçı Vasif Əzimov subaylığın daşını atıb. Tanınmış ifaçı şəhərin məşhur məkanlarından birində özünə toy edib. Vasifi bu xoş günündə sənət yoldaşları tək qoymayıb.