Beynəlxalq PR Assosiasiyasının prezidenti Azərbaycana gəlir

Beynəlxaq PR Assosiasiyasının (İPRA) prezidenti Bart de Vries fevralın 16-20-də Azərbaycana səfər edəcək. “OLAYLAR” xəbər verir ki, səfərin məqsədi 17-18 fevralda ölkəmizdə keçiriləcək I Beynəlxalq PR Yaradıcılığı Forumunda iştirak etməkdir.

Beynəlxaq PR Assosiasiyasının (İPRA) prezidenti Bart de Vries fevralın 16-20-də Azərbaycana səfər edəcək. "OLAYLAR" xəbər verir ki, səfərin məqsədi 17-18 fevralda ölkəmizdə keçiriləcək I Beynəlxalq PR Yaradıcılığı Forumunda iştirak etməkdir.

İlk dəfə Azərbaycana səfər edəcək B.Vries İPRA olaraq bu forumu dəstəklədikləri üçün qürur duyduqlarını bildirirək, I Beynəlxalq PR Yaradıcılığı Forumunun əhəmiyyətini yüksək qiymətləndirib və müasir dünyada yaradıcılığın strateji önəmə sahib olduğunu qeyd edib.

İPRA prezidenti həmçinin qeyd edib ki, dünyanın müxtəlif ölkələrindən olan həmkarlarla görüşmək və yaradıcılıqda yeni trendləri müzakirə etmək xüsusi şərəfdir: "Bu fürsəti yaratdığı üçün forumun təşkilatçısı PRoloq İnkişaf Mərkəzinə təşəkkür edirəm. İdeya mübadiləsi bütün dünyadan olan PR mütəxəssisləri üçün çox vacibdir. Bu forum peşəmizin dünya miqyasında inkişafına kömək edəcək. Bakıya gəlməyi səbirsizliklə gözləyirəm".

Xatırladaq ki, PRoloq İnkişaf Mərkəzi və mərkəzin PRoloq (www.proloq.az) online jurnalının təşkilatçılığı ilə keçiriləcək forum Beynəlxalq PR Assosiasiyası,  Azərbaycan Mətbuat Şurası və Qlobal Karyera İnstitutunun dəstəyi ilə gerçəkləşəcək. Yerli qurumların və dünyanın aparıcı ictimaiyyətlə əlaqələr agentliklərinin marağına səbəb olan forumda yerli mütəxəssislərlə yanaşı, 14 ölkədən dəvət olunan dünyaca məşhur PR kapitanları da çıxış edəcəklər.İştirakçılara beynəlxalq sertifikat veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31