Putin bu detalı unudub: savaş başlayarsa... - Bekxuzen

Qərblə genişmiqyaslı müharibə Rusiya üçün əsl silkələnmə olacaq. Bunu Ukrayna mətbuatına açıqlamasında amerikalı ekspert Robert Bekxuzen söyləyib. Onun sözlərinə görə, Moskva son dövrlər aktiv şəkildə postsovet ordusunu yenidən dirçəldir: “Bu o deməkdir ki, Rusiya ordusu NATO ilə genişmiqyaslı müharibədə ona cavab verməyə hazırdır. Lakin bu savaş Rusiya üçün silkələnmə olacaq.

Qərblə genişmiqyaslı müharibə Rusiya üçün əsl silkələnmə olacaq. Bunu Ukrayna mətbuatına açıqlamasında amerikalı ekspert Robert Bekxuzen söyləyib. Onun sözlərinə görə, Moskva son dövrlər aktiv şəkildə postsovet ordusunu yenidən dirçəldir: "Bu o deməkdir ki, Rusiya ordusu NATO ilə genişmiqyaslı müharibədə ona cavab verməyə hazırdır. Lakin bu savaş Rusiya üçün silkələnmə olacaq. Ona görə ki, ölkənin genişmiqyaslı savaş üçün həkimləri çatışmır. Müharibə şəraitində ölkənin tibb sistemi tamamilə yüklənəcək. Qərblə sərhəddə onun ən böyük hospitalı Podolskda yerləşir. Burada isə cəmi 2 min çarpayı mövcuddur. Genişmiqyalı müharibə şəraitində Moskvanın 100 min əsgəri ölə və ya yaralana bilər. Hərbi gücünü artırmağa çalışan Moskva tibb sistemini unudub". Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31