Ərdoğana görə Romada buna qadağa qoyuldu
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vatikana səfəri əsnasında Romanın mərkəzində 24 saatlıq etiraz aksiyası qadağası elan edilib. Bu barədə Fransanın AFP xəbər agentliyi məlumat yayıb. Türkiyənin Afrin hərəkatına qarşı bəzi terroru dəstəkləyən qüvvələrin etiraz aksiyaları keçirəcəyi ehtimal edilir. Buna görə də prezident Ərdoğanın Papa Fransislə görüşəcəyi gün Romada etiraz aksiyası qadağası elan olunub. AFP agentliyinin bu məlumat ilə Afrin hərəkatına qarşı aksiyaları əngəlləmək məqsədilə dərc edildiyi bildirilir.
5 Fevral 2018 12:51 DünyaTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vatikana səfəri əsnasında Romanın mərkəzində 24 saatlıq etiraz aksiyası qadağası elan edilib. Bu barədə Fransanın AFP xəbər agentliyi məlumat yayıb. Türkiyənin Afrin hərəkatına qarşı bəzi terroru dəstəkləyən qüvvələrin etiraz aksiyaları keçirəcəyi ehtimal edilir. Buna görə də prezident Ərdoğanın Papa Fransislə görüşəcəyi gün Romada etiraz aksiyası qadağası elan olunub. AFP agentliyinin bu məlumat ilə Afrin hərəkatına qarşı aksiyaları əngəlləmək məqsədilə dərc edildiyi bildirilir.
Qeyd edək ki, bu gün Vatikandan o qədər də uzaq olmayan bir nöqtədə yerləşən kürd dərnəyinin təşkil etdiyi və təxminən 200 nəfərin qatılması gözlənilən bir aksiyanın planlaşdırıldığı deyilir. Ərdoğanın Vatikana Türkiyə prezidenti kimi 59 ildən sonra edəcəyi səfərdə 3500 italiyalı polis onu müşayiət edəcək. Publika.az