"Qalatasaray" azarkeşləri Ardaya HÜCUM ETDİLƏR - VİDEO

Qış transfer pəncərəsində səs-küylü bir şəkildə "Barselona"dan "Başakşəhər"ə transfer olan Arda Turan səfər matçından qayıdarkən "Qalatasaray"lı azarkeşlərin "hücumuna" məruz qalıb.

Qış transfer pəncərəsində səs-küylü bir şəkildə "Barselona"dan "Başakşəhər"ə transfer olan Arda Turan səfər matçından qayıdarkən "Qalatasaray"lı azarkeşlərin "hücumuna" məruz qalıb.  "Sivasspor"a 2-1 hesabı ilə məğlub olan "Qalatasaray" komandasının azarkeşləri səfərdən geri qayıdan komandasını dəstəkləmək məqsədilə hava limanına yığışıb. Bu zaman "Başakşəhər" klubu da hava limanında olub. Sarı-qırmızılı azarkeşlər Arda Turanı fitə basıb və onun əleyhinə şüarlar səsləndiriblər.

Arda isə azarkeşlərin bu hərəkətinə gülərək reaksiya verib. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31