Yeniyetmələr arasında Azərbaycan çempionatı keçiriləcək

Fevralın 20-21-də sərbəst və yunan-Roma güləşi üzrə 2001-2002-ci il təvəllüdlü yeniyetmələr arasında Azərbaycan çempionatı keçiriləcək. AGF-dən “OLAYLAR”-a bildirilib ki, çempionatın keçirilməsi yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkarlamaq, yeniyetmələrdən ibarət yığma komandanın heyətini formalaşdırmaq məqsədi daşıyır. Yeniyetmə güləşçilərin seçim yarışı iki mərhələdən ibarətdir. İlk mərhələdə AGF-nin regional nümayəndəliklərinin əhatə etdiyi ərazilərdə region birinciliyi uğrunda yarışlar keçirilib. 

Fevralın 20-21-də sərbəst və yunan-Roma güləşi üzrə 2001-2002-ci il təvəllüdlü yeniyetmələr arasında Azərbaycan çempionatı keçiriləcək. AGF-dən "OLAYLAR"-a bildirilib ki, çempionatın keçirilməsi yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkarlamaq, yeniyetmələrdən ibarət yığma komandanın heyətini formalaşdırmaq məqsədi daşıyır. Yeniyetmə güləşçilərin seçim yarışı iki mərhələdən ibarətdir. İlk mərhələdə AGF-nin regional nümayəndəliklərinin əhatə etdiyi ərazilərdə region birinciliyi uğrunda yarışlar keçirilib. 

Ümumilikdə, nümayəndəliklər üzrə Azərbaycan çempionatında iştiraka vəsiqə uğrunda keçirilən seçim yarışlarında 1000 nəfərdən artıq yeniyetmə güləşçi mübarizə aparıb. 

İkinci mərhələdə isə, Regionlararası seçim yarışlarının nəticələrinə əsasən yeniyetmələrin Azərbaycan çempionatı keçiriləcək. Çempionatda ilk üç yeri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək və yığma komandanın heyətinə cəlb olunacaq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31