Azərbaycanda niyə növbədənkənar seçki keçirilir? – Şərh
“Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə sərəncamın verilməsi xarici amillə bağlıdır. Hesab edirəm ki, bu çox düzgün verilmiş qərardır”. Bu fikirləri politoloq Mübariz Əhmədoğlu deyib.
5 Fevral 2018 13:44 Siyasət"Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə sərəncamın verilməsi xarici amillə bağlıdır. Hesab edirəm ki, bu çox düzgün verilmiş qərardır". Bu fikirləri politoloq Mübariz Əhmədoğlu deyib.
O qeyd edib ki, əgər seçki oktyabrda keçirilsəydi, təbliğat-təşviqat kampaniyası Aşura günləri ilə eyni vaxta düşərdi: "Fikrimcə, bu müddətdə əhalinin böyük hissəsinin sosial aktivliyindən müəyyən xarici dövlətlər istifadə edə bilərdi".
Politoloq əlavə edib ki, digər tərəfdən Rusiya və Ermənistanda prezident seçkiləri martın sonu, aprelin əvvəlində bitir. Azərbaycanda isə seçkilərin keçiriləcəyi tarix təxminən ilin sonuna təsadüf edirdi: "Ortada qalan müddətdə müəyyən xarici qüvvələr Azərbaycanın daxilində bəzi qüvvələri fəallaşdıra bilərdi. Onlar Azərbaycanın Qarabağla bağlı siyasətində xoşagəlməyən hallar yaratmağa cəhd edə bilərdilər. Buna görə də növbədənkənar seçkilərin keçirilməsi barədə qərar çox düzgün qərardır". Azadinform.az