Bakı məktəblisi Avropa çempionu olub
Paytaxt məktəblisi karate idman növü üzrə Avropa çempionu adına layiq görülüb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, İdarənin tabeliyindəki 147 nömrəli texniki-humanitar liseyin IX sinif şagirdi Tale Yaqubov Rusiyanın Soçi şəhərində 14-18 yaşlı idmançılar arasında keçirilən 45-ci qitə çempionatında I yeri tutub. O, 63 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanaraq, qızıl medalla təltif olunub.
5 Fevral 2018 13:07 İdmanPaytaxt məktəblisi karate idman növü üzrə Avropa çempionu adına layiq görülüb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "OLAYLAR"-a bildirilib ki, İdarənin tabeliyindəki 147 nömrəli texniki-humanitar liseyin IX sinif şagirdi Tale Yaqubov Rusiyanın Soçi şəhərində 14-18 yaşlı idmançılar arasında keçirilən 45-ci qitə çempionatında I yeri tutub. O, 63 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanaraq, qızıl medalla təltif olunub.
Qeyd edək ki, T.Yaqubov 2017-ci ildə karate idman növü üzrə Azərbaycan çempionu olub.