Gündəm

Gürcü qızlarının sayı sürətlə azalır: Dünyanın ən dəhşətli "SOYQIRIMI"

5 Fevral 2018 15:26

İki il əvvəl Teona xala ola bilərdi. Bacısı ilk hamiləliyini yaşayırdı. Gələcək valideynlər oğlan arzusuda idilər. Hətta qohumlar körpəyə ad da düşünmüşdülər. Lakin bu xoşbəxtlik çox sürmədi. Həkimlər dölün cinsiyyətini açıqlayanda hər kəsin ümidləri puç oldu.

“Interfaks-Azərbaycan”a yeni baş direktor təyin olunub

5 Fevral 2018 15:24

“Interfaks-Azərbaycan” İnformasiya Agentliyinə yeni baş direktor təyin olunub. Məlumata görə, agentliyin yeni baş direktoru agentlikdə baş redaktor vəzifəsində işləmiş Anar Əzizovdur. Anar Əzizov 2003-cü ildən “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyində çalışır. 2015-ci ildən agentliyin baş redktorudur.

Niderland səfirini Türkiyədən geri çağırdı: yenisini təyin etməyəcək

5 Fevral 2018 15:23

Niderland səfirini Türkiyədən geri çağırıb. Məlumata görə, bundan sonra Niderland Türkiyədə səfir təyin etməyəcək. Rəsmi Amsterdamın bu addımının səbəbi barədə hər hansı məlumat verilmir. 

NASA kosmosda həyat qaynağı olan yer tapdı: SENSASİYALI KƏŞF

5 Fevral 2018 15:21

ABŞ Aviasiya və Kosmik Agentliyinin (NASA) mütəxəssisləri Saturn planetinin ən böyük peyki olan Titanın atmosferində həyat əlaməti olan yeni tapıntılara rast gəlib.  Titanın atmosefrindəki araşdırmaları davam etdirən mütəxəssislər bu peykdə mikroorqanizmlərin yaşamasına dair sübut tapıb. Titanın səthindən 200 km yuxarıda tapılan “akrilonitril” (vinil siyanid) adlı yaşamın quruluş daşı hüceyrə memarlığının yaradılmasını təmin edən kimyəvi maddədir.

Adanada Cahangir Novruzovun yeni tamaşasının premyerası olub

5 Fevral 2018 15:21

Türkiyənin Adana şəhərində yaşayan Azərbaycanın Əməkdar incəsənət xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzovun quruluş verdiyi yeni tamaşanın premyerası keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, yunan yazıçı Yakovos Kambanellisin “Möcüzələr həyəti” (“Harikalar Avlusu”) adlı tamaşaya baxış Adana Böyükşəhər Bələdiyyə Teatrının səhnəsində gerçəkləşib. Premyerada Adana Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrlarının Baş rejissoru və “Altın Koza” Film Festivalının Baş direktoru İsmail Dikilitaş, eləcə də yüzlərlə sənətsevər iştirak edib.

Deputat: “Növbədənkənar seçki danışıqlar prosesinə maneə yaranmamasına yol aça bilər”

5 Fevral 2018 15:21

“Prezidentin belə bir sərəncam verməsi üçün səlahiyyəti var, bu məsələnin hüquqi tərəfidir. Lakin məsələnin hansı siyasi zərurətdən irəli gəlməsi barədə Prezident Administrasiyası tərəfindən yaxın zamanlarda açıqlama veriləcək”.

Güclü külək əsəcək - XƏBƏRDARLIQ

5 Fevral 2018 15:17

Bakıda və Abşeron yarımadasında sabah ava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Güclü şimal-qərb küləyi əsəcək, axşama doğru mülayimləşəcək.

Tarix İnstitutu “Gənclərin dostu” mükafatını təsis edib

5 Fevral 2018 15:13

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu “Gənclərin dostu” mükafatını təsis edib. Tarix İnstitutundan verilən məlumata görə, bu barədə qərar institutun genişləndirilmiş Elmi Şurasının 2 fevral - Gənclər Gününə həsr olunmuş iclasında verilib.

Azərbaycanda yeni lisey fəaliyyətə başladı

5 Fevral 2018 15:03

Azərbaycanda yeni lisey fəaliyyətə başlayıb. “OLAYLAR” xəbər verir ki, "Hədəf Kursları” MMC-nin bazası əsasında təsis edilən təhsil müəssisəsi 2018-2019-cu tədris ili üçün şagird qəbulu elan edir. Lisey, STEM qısaltmasının təmsil etdiyi elm, texnologiya, mühəndislik və riyaziyyat disiplinlərinin qarşılıqlı əlaqədə və "toxunaraq öyrənmək” prinsipinə əsaslanaraq tədris edilməsi məqsədi daşıyır.

Ahmed Hamdi Tanpınara məktub yazılacaq - MÜSABİQƏ

5 Fevral 2018 15:02

Türkiyə Cümhuriyyəti, Bursa şəhər Osmanqazi Bələdiyyəsi tərəfindən hər il həyata keçirilən Ahmed Hamdi Tanpınar adına yarışma başlayıb. Yarışmanın Azərbaycan koordinatorluğundan Olaylar.az – a verilən xəbər görə, bu il yarışmaya əsərlər məktub janrında qəbul olunacaq. Məktublar A.H.Tanpınara ünvanlanacaq. Əsərlər Türkiyə türkcəsində yazılmalı, mətnin həcmi məktub janrına uyğun olmalıdır. Yarışmaya bir müəllif yalnız bir əsər göndərə bilər.

Əli Həsənov: “Bu dəfə də bütün həmkarlar ittifaqları işçilərini İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləməyə çağırırıq"

5 Fevral 2018 15:00

Fevralın 5-də Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V qurultayı keçirilib. Qurultayda çıxış edən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının növbəti qurultayı ölkəmizin sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni – dərin islahatlarla səciyyələnən yüksəliş mərhələsinə qədəm qoyduğu, cəmiyyətimizin ictimai-siyasi və mədəni həyatında dinamik proseslərin getdiyi, xalqımızın tarixinin həm acı, həm də əlamətdar hadisələrini qeyd etməyə hazırlaşdığımız bir dövrə təsadüf edir: “Bu ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 ili, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 ili tamam olur.

“NATO da ATƏT kimi mənasız quruma çevrilir” -  MÜNASİBƏT

5 Fevral 2018 14:55

“NATO da ATƏT kimi mənasız quruma çevrilir”. Bunu  politoloq Elxan Şahinoğlu deyib. “Ordusunun gücünə görə NATO-da birinci dövlət olan ABŞ-la NATO-nun ikinci dövləti olan Türkiyə arasında Suriyada böhran yaşanır, “müttəfiq dövlətlərin” hərbçilərinin üz-üzə gəlmək risqi var, Brüsseldən isə “tık” səsi çıxmır və beləcə, təhlükəni taleyin ümidinə buraxıblar.

Azərbaycanda 6 mindən çox POS-terminal ləğv olunub

5 Fevral 2018 14:53

Azərbaycanda bankomatların ümumi sayı illik müqayisədə 23 ədəd və ya 0,9% azalaraq 2018-ci il yanvarın 1-nə 2 431-ə düşüb. Dövriyyədə olan bankomatların 1 308-ü və ya 53,8%-i Bakı, 1 123-ü və ya 46,2%-i regionların payına düşüb.  Hesabata ilində POS-terminalların sayı da 6 335 və ya 8,8% azalaraq 2018-ci il yanvarın 1-nə 65 471 ədədə enib. Bunun da 37 068-i və ya 56,6%-i paytaxt, 28 403-ü və ya 43,4%-i regionlarda yerləşdirilib. 

Azərbaycan jurnalistlərinin VII qurultayı martın 10-na təyin olunub

5 Fevral 2018 14:51

Ölkə jurnalistlərinin VII qurultayı mart ayının 10-da keçiriləcək. Mətbuat Şurasından  verilən xəbərə görə, bu barədə Şuranın İdarə Heyətinin iclasında qərar qəbul edilib. MŞ sədri Ə.Amaşov bildirib ki, Şuranın Nizamnamə tələblərinə uyğun olaraq qurumun İdarə Heyətinin üzvləri qurultay üzrə Təşkilat Komitəsinin tərkibinə daxil edilirlər. İclasda qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb. Qərara əsasən Şuraya üzv gündəlik qəzetlər və informasiya agentlikləri qurultayda 2, həftəlik və aylıq qəzetlər, bölgə nəşrləri, jurnallar, jurnalist təşkilatları və internet informasiya saytları isə 1 nümayəndə ilə iştirak edəcəklər.

Ermənistanda vəziyyət olduqca çətindir

5 Fevral 2018 14:50

İşğalçı Ermənistan 2016-cı ilin aprel müharibəsindən keçən dövr ərzində ciddi cəhdlə öz hərbi gücünü artırmağa, Azərbaycan üzərində hərbi üstünlük əldə etməyə çalışır. Ötən müddət ərzində Rusiyadan yeni silahların alınması, paralel olaraq digər ölkələrlə hərbi sahədə əməkdaşlıq imkanlarının götür-qoy edilməsi, eləcə də cəbhə xəttində hərbi texnikaların sayının artırılması deyilənləri təsdiqləyir. Paralel olaraq düşmən informasiya savaşında da üstün mövqelərə sahib olmaq istiqamətində çalışır. Bu günlərdə isə işğalçı öz aləmində ölkə hərbi sahədə daha bir yeniliyə imza atıb. Belə ki, iki gün əvvəl keçirilən hökumət toplantısında Ermənistanda Hərbi Mətbuat Holdinqinin yaradılması ilə bağlı qərar qəbul edilib. Ermənilər bu quruma artıq ad da veriblər:"Zinuj Media" (Hərbi Güc).