Deputat: “Növbədənkənar seçki danışıqlar prosesinə maneə yaranmamasına yol aça bilər”

“Prezidentin belə bir sərəncam verməsi üçün səlahiyyəti var, bu məsələnin hüquqi tərəfidir. Lakin məsələnin hansı siyasi zərurətdən irəli gəlməsi barədə Prezident Administrasiyası tərəfindən yaxın zamanlarda açıqlama veriləcək”.

"Prezidentin belə bir sərəncam verməsi üçün səlahiyyəti var, bu məsələnin hüquqi tərəfidir. Lakin məsələnin hansı siyasi zərurətdən irəli gəlməsi barədə Prezident Administrasiyası tərəfindən yaxın zamanlarda açıqlama veriləcək".

Bu fikri Milli Məclisin deputatı Rasim Musabəyov prezident İlham Əliyevin növbədənkənar prezident seçkiləri barədə sərəncamını şərh edərkən deyib. Deputat bu məsələ ilə bağlı bəzi fikirlərin irəli sürüldüyünü deyib. Onun sözlərinə görə, belə fərziyyələr var ki, AXC-nin 100 illiyi ilə bağlı keçiriləcək  tədbirlərdə yeni seçilmiş prezidentin iştirakı yaxşı olardı. Deputat həmçinin vurğulayıb ki, 2025-ci ildə prezident və parlament seçkilərinin üst-üstə düşməsinin qarşısını almaq üçün bu addım atılmış ola bilər. 

R. Musabəyovun fikrincə, belə bir qərarın verilməsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesinin rolu var: "Ermənistanla ciddi danışıqlar başlanıb. Apreldə Ermənistanda hakimiyyətin təzələnməsi gözlənilir. Yəni prezident üsul idarəsindən parlament üsul idarəsinə keçiləcək. Ermənilər bəhanə edə bilər ki, Azərbaycanda prezident seçkiləri hələ payızda keçiriləcək. Hesab edirəm ki,  növbədənkənar seçki danışıqlar prosesinə maneə yaranmamasına yol aça bilər. Bu məsələ ilə bağlı rəsmi izahatın verilməsini gözləmək lazımdır".  Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31