Gündəm
Fazil Mustafa prezident seçkisinin tarixi barədə: “Çox güman ki, onu ortadan qaldırmaq üçün…”
“Növbədənkənar prezident seçkilərini təyin etmək Azərbaycan prezidentinin müstəsna səlahiyyətibə aid olan məsələdir və belə bir qərar qəbul etməyə ixtiyarı var”. Bunu “Bizim Yol“a açıqlamasında Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa deyib. Seçkilərin vaxtının dəyişdirilməsi zərurətinə gəlincə, Fazil Mustafa deyir: “2025-ci ildə prezident və parlament seçkilərinin üst-üstə düşməsi ilə bağlı problem vardı. Çox güman ki, onu ortadan qaldırmaq üçün belə bir addım atılıb”.
Türkün qızıl kitabı masa üstündə...
Karateçilərimizdən tarixi nəticə
Karateçilərimiz Rusiyanın Soçi şəhərində yeniyetmələr arasında 45-ci, 21 yaşadək gənclərin 10-cu Avropa çempionatında tarixi nəticə göstəriblər. Federasiyanın mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, qazanılan altı medaldan dördü qızıl, biri gümüş və bürünc mükafatdır. Yarışın son günü 21 yaşadək gənclərdən Hüseyn Əliyev (-67 kq, şəxsi məşqçisi Elnur Həsənov) qitə çempionu olub. Murad Hacızadə (+84 kq, şəxsi məşqçisi Rafael Məmmədov) isə ardıcıl olaraq ikinci dəfə avropa üçüncülüyünü qazanıb.
Azərbaycan məhsulları “Fruit logistica” meyvə-tərəvəz sərgisində
Fevralın 7-dən 9-dək Almaniyanın Berlin şəhərində "Fruit Logistica" meyvə-tərəvəz Sərgisi keçiriləcək. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Azərbaycan məhsullarının da nümayiş olunacağı sərgidə dünyanın 84 ölkəsindən 3000-dən çox şirkətin iştirakı nəzərdə tutulur. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə 9 ixracatçı Azərbaycan şirkətinin istehsal etdiyi meyvə-tərəvəz məhsulları vahid ölkə stendi ilə bu beynəlxalq sərgidə ziyarətçilərə təqdim ediləcək.
Gürcüstan məktəblərində din dərslərinin tədrisi planlaşdırılmır
“Gürcüstan orta məktəblərində dini dərslərin keçirilməsi planlaşdırılmır”. Məlumata görə, bu barədə Gürcüstan təhsil və elm nazirinin müavini Liya Giqauri deyib. O bildirib ki, nazirin təşəbbüsü dinlərin tarixi və mədəniyyətləri barədə seçim əsasında dərslərin keçirilməsi ilə bağlı olub: “Bu istiqamətdə işlər hələ başlamayıb. Bu, yalnız ideyadır və müzakirə olunur”.
Regionların sosial-iqtisadi inkişafı cəbhə bölgəsindəki rayonlara da təsirini göstərib
Bu gün Azərbaycanda ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahədə inkişaf qeydə alınmasın. Dünya ölkələrində iqtisadi geriləmə müşahidə olunduğu bir məqamda Azərbacanda iqtisadi inkişaf qeydə alınmaqdadır. Sirr deyil ki, Azərbaycanın dayanıqlı iqtisadi inkişafa nail olmasının arxasında Prezident İlham Əliyevin çevik, ölkəni davamlı tərəqqiyə aparan praqmatik siyasəti dayanır.
Baş nazirin evindən qızıl tapança çıxdı
Dağıstanın Baş naziri Əbdüssəməd Həmidovun evindən axtarış zamanı TT markalı qızıl tapança, “Beretta” və PM tapançası, iki “Kalaşnikov” avtomatı aşkar edilib. Bu barədə informasiyanı Rusiya İstintaq Komitəsi yayıb.
Millət vəkili: İlham Əliyevin dövlət başçısı kimi fəaliyyəti yenidən prezident seçilməsinə şərait yaradır
“Prezident İlham Əliyev Konstitusiyada dövlət başçısına verilmiş hüququndan istifadə edərək Azərbaycanda növbədənkənar prezident seçkilərini elan etdi. Azərbaycan Prezidentinin belə bir səlahiyyəti var və bundan irəli gələrək növbədənkənar prezident seçkiləri təyin edilə bilər”. Bunu Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının Aydın Mirzəzadə, üzvü deyib.
Dünya xalqlarının rəqsləri Bakıda
Heydər Əliyev Sarayında Azərbaycan və Gürcüstan rəqs kollektivlərinin iştirakı ilə “Dünya xalqlarının rəqsləri” adlı konsert proqramı təqdim edilib. Sarayın mətbuat xidmətindən Olaylar.az -a bildirilib ki, konsertdə Azərbaycan, gürcü rəqsləri ilə bərabər, Şərq və Avropa xalqlarının rəqsləri də təqdim olunub.
Siyasətin sağlam idmana müdaxiləsinin acı nəticəsi
Son vaxtlar beynəlxalq supergüclərin təkcə siyasi sferasında deyil, eləcə də idman həyatında diqqət çəkən, eyni zamanda tənqidə səbəb olan proseslər, hadisələr yaşanır. Bu mənfi tendensiya daha çox siyasi cəbhədə baş-başa gələn Rusiya və Birləşmiş Ştatlarda müşahidə edilməkdədir.
AHİK İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürdü
Fevralın 5-də Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V qurultayı keçirilib. Qurultay öz işinə Azərbaycanın dövlət himninin səsləndirilməsilə başlayıb. AHİK sədri Səttar Möhbalıyev qurultayda həmkarlar ittifaqları təşkilatlarından 1300-dək nümayəndənin, dövlət və hökumət təmsilçilərinin, eləcə də 30 ölkədən 85 nəfər beynəlxalq həmkarlar ittifaqı liderləri və fəalların iştirak etdiyini bildirib.
“Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir”
“ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri adətən texniki xarakter daşıyır”. Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşlərindən sonra bu səfərin həyata keçirildiyini nəzərə alsaq, o zaman belə qənaətə gəlmək olar ki, səfərin əsas məqsədi tərəflər arasındakı daha öncə müzakirə olunan məsələlər ətrafında müzakirə aparmaqdan ibarətdir: “Prinsip etibarilə həmsədrlərin səfəri ənənəvi xarakter daşıyır və bu bütövlükdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə hər hansı bir formada təsir göstərə bilməz. Həmsədrlər yalnız tərəflərin mövqeyini öyrəndikdən sonra ya XİN rəhbərlərinin növbəti görüşünü, ya da prezidentlərin görüşünü təşkil edir”.
"Çelsi" Antonio Konte ilə yollarını ayıra bilər
"Çelsi" baş məşqçisi Antonio Konte ilə mövsümün sonunda yollarını ayıra bilər. Məlumata görə, bu barədə "The Express" qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, bu mövsüm istənilən çıxışı sərgiləməyən komanda baş məşqçi Konteni mövsümün sonunda yola salmaq istəyir. Əgər "Çelsi" uğursuz çıxışlara davam etsə, Kontenin istefası daha tez reallaşa bilər.
Rus qadını Ermənistanda soydular
Ermənistanın Gümrü şəhərində Rusiya vətəndaşı Natalya Vorobyeva qarət olunub. Qarət zamanı zərərçəkmişin yanında həmçinin rəfiqəsi – Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının əməkdaşı olub. Vorobyevanın oğurlanan çantasında 15 min rubl və 20 min dram pul olub.
“Reket jurnalistika” ilə məşğul olan 9 KİV “qara siyahı”ya daxil edilib
Azərbaycan Mətbuat Şurasının 2017-ci ildə gördüyü işlərə dair hesabatının müzakirəsi olub. Bununla bağlı sədr Əflatun Amaşov çıxış edərək bildirib ki, Azərbaycan Mətbuat Şurasına 2017-ci ildə 602 müraciət qeydə alınıb. Bunlardan 171-i kütləvi informasiya vasitələrinin, o cümlədən internet xəbər portallarının fəaliyyətindən yazılı, 203-ü şifahi şikayətlərdir. Daxil olan 171 şikayətin 88-nə bilavasitə Şuranın Katibliyində baxılıb. 88 şikayətin 35-i ilə əlaqədar şikayət müəllifi ilə müvafiq izahat işi aparılıb. 53 şikayət üzrə şikayətçi və cavabdeh tərəf Şuraya dəvət edilib və məsələnin həlli ilə bağlı Katiblik tərəfindən təqdim edilmiş variantlar tərəfləri qane etdiyindən məsələ bitmiş hesab olunub.














