Karateçilərimizdən tarixi nəticə
Karateçilərimiz Rusiyanın Soçi şəhərində yeniyetmələr arasında 45-ci, 21 yaşadək gənclərin 10-cu Avropa çempionatında tarixi nəticə göstəriblər. Federasiyanın mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, qazanılan altı medaldan dördü qızıl, biri gümüş və bürünc mükafatdır. Yarışın son günü 21 yaşadək gənclərdən Hüseyn Əliyev (-67 kq, şəxsi məşqçisi Elnur Həsənov) qitə çempionu olub. Murad Hacızadə (+84 kq, şəxsi məşqçisi Rafael Məmmədov) isə ardıcıl olaraq ikinci dəfə avropa üçüncülüyünü qazanıb.
5 Fevral 2018 16:21 İdmanKarateçilərimiz Rusiyanın Soçi şəhərində yeniyetmələr arasında 45-ci, 21 yaşadək gənclərin 10-cu Avropa çempionatında tarixi nəticə göstəriblər. Federasiyanın mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, qazanılan altı medaldan dördü qızıl, biri gümüş və bürünc mükafatdır. Yarışın son günü 21 yaşadək gənclərdən Hüseyn Əliyev (-67 kq, şəxsi məşqçisi Elnur Həsənov) qitə çempionu olub. Murad Hacızadə (+84 kq, şəxsi məşqçisi Rafael Məmmədov) isə ardıcıl olaraq ikinci dəfə avropa üçüncülüyünü qazanıb.
44 ölkədən 956 idmançının iştirak etdiyi Avropa çempionatında Azərbaycan 5-ci yeri tutub. Qitə çempionatında idmançılarla birlikdə olan Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və Baş katib MirHəsən Seyidov federasiyanın tarixində ilk olan bu nəticəni yüksək qiymətləndiriblər. Yeniyetmə karateçilərin bu ilin yayında Argentinanın paytaxtı Buenos Ayresdə Yeniyetmələrin Olimpiadasına qatılmaq üçün hazırlıqları davam edəcək.