Regionların sosial-iqtisadi inkişafı cəbhə bölgəsindəki rayonlara da təsirini göstərib

Bu gün Azərbaycanda ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahədə inkişaf qeydə alınmasın. Dünya ölkələrində iqtisadi geriləmə müşahidə olunduğu bir məqamda Azərbacanda iqtisadi inkişaf qeydə alınmaqdadır. Sirr deyil ki, Azərbaycanın dayanıqlı iqtisadi inkişafa nail olmasının arxasında Prezident İlham Əliyevin çevik, ölkəni davamlı tərəqqiyə aparan praqmatik siyasəti dayanır.

Bu gün Azərbaycanda ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahədə inkişaf qeydə alınmasın. Dünya ölkələrində iqtisadi geriləmə müşahidə olunduğu bir məqamda Azərbacanda iqtisadi inkişaf qeydə alınmaqdadır. Sirr deyil ki, Azərbaycanın dayanıqlı iqtisadi inkişafa nail olmasının arxasında Prezident İlham Əliyevin çevik, ölkəni davamlı tərəqqiyə aparan praqmatik siyasəti dayanır. Bu inkişaf kursuna uyğun olaraq, makroiqtisadi sabitliyin qorunması, innovativ əsaslı iqtisadiyyatın inkişafının təmin edilməsi, qeyri-neft sektorunun stimullaşdırılması, yüksək əlavə dəyər yaradan və ixraca yönələn məhsul istehsalının genişləndirilməsi, ən başlıcası isə qazanılan naliyyətlərin ölkə vətəndaşının rifahının daha da yaxşılaşdırılmasına yönəldilməsi Azərbaycan iqtisadiyyatının prioritetlərini təşkil edir. Bu iqtisadi inkişaf strategiyasında regionların sosial-iqtisadi inkişafı xüsusi əhəmiyyət kəsb edir. Xüsusən, cəbhə bölgələrində həyata keçirilən iqtisadi tədbirlər əhalinin sosial rifah halının yüksəlməsinə xidmət edir. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, "Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Tərtər rayonunda aparılan tikinti-abadlıq və quruculuq işləri 2017-ci ildə uğurla davam etdirilib. İlin doqquz ayında 97 milyon 568,8 min manatlıq tikinti-quraşdırma işləri aparılıb, 9 milyon 153,2 min manat dəyərində əsas fondlar istifadəyə verilib. Rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər surətlə həyata keçirilir. Tərtər şəhərinin prospekt və küçələrinə 8,6 kilometr asfalt-beton örtük salınıb. Şıxarx qəsəbəsində, Həsənqaya və Çaylı kəndlərində məskunlaşmış 78 məcburi köçkün ailəsi üçün fərdi yaşayış evlərinin, İncə çayı üzərində qəzalı vəziyyətdə olan körpünün tikintisi və Seydimli kənd tam orta məktəbində əsaslı təmir işləri başa çatdırılaraq istifadəyə verilib. Prezident İlham Əliyevin Sərəncamına əsasən Tərtər şəhərində çoxmənzilli yaşayış binalarının təmirinə başlanılıb. Ekoloji tarazlığın qorunması məqsədilə yol kənarlarına və rayonun yaşayış məntəqələrində 26 mindən çox müxtəlif növ ağaclar və 6 mindən çox gül kolları əkilib. Hazırda Tərtər çayı sahilində 5 hektar ərazidə yeni park salınır. 1176 məcburi köçkün ailəsi üçün yaşayış məhəlləsinin inşası başa çatmaq üzrədir. Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun tikintisi davam etdirilir. Tikintisi başa çatmış Tarix-diyarşünaslıq muzeyində daxili dizayn və tərtibat işləri görülür. Şəhər 6 nömrəli tam orta və Qazyan kənd ümumi orta məktəbləri əsaslı təmir olunur, Poladlı əsas və Bayandur ibtidai məktəblərində Təhsil Nazirliyi tərəfindən yeni modul tipli məktəb binaları tikilir. Şıxarx qəsəbəsi ərazisində "Marağa-150" abidəsinin ətrafında abadlıq işləri davam etdirilir. Tərtər-Şıxarx avtomobil yolunun kənarlarında yaşıllıq zolaqları salınır. İcra başçısı diqqətə çatdırıb ki, təkcə ötən ilin 9 ayında rayonda ümumi məhsul buraxılışının həcmi 194 milyon 520 min manat olub. Bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 58,5 faiz çoxdur. Bütün maliyyə mənbələri hesabına əsas kapitala 112 milyon 490,4 min manat investisiya yönəldilib. 1083-ü daimi olmaqla, 3933 yeni iş yeri açılıb: "Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda aqrar sahənin inkişafı diqqət mərkəzindədir. Ötən ilin doqquz ayın kənd təsərrüfatı məhsulunun ümumi həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artaraq, 52 milyon 117,5 min manat təşkil edib. Onun 32 min 457,2 min manatı bitkiçilik, 19 min 660,3 manatı heyvandarlıq sahəsinin payına düşür. Cari ilin məhsulu üçün rayonda bütün təsərrüfat kateqoriyaları üzrə 26 min 34 hektar sahədə kənd təsərrüfatı bitkiləri əkilib. Onun 9843 hektarı dənli və dənli paxlalı bitkilər, 6316 hektarı texniki bitkilər, 1581 hektarı kartof, tərəvəz və bostan bitkiləri, 8294 hektarı yem bitkiləridir. Texniki bitkilərin əkini əvvəlki ilə nisbətən 2 dəfə artıb. Belə ki, 3123 hektar sahədə pambıq, 1541 hektar sahədə şəkər çuğunduru, 1637,4 hektar sahədə günəbaxan əkilib. 2016-cı ilə nisbətən pambıq əkini 3 dəfə, şəkər çuğunduru əkini 29,8 faiz, günəbaxan əkini 78.4 faiz çoxdur. 34 min 579,6 ton taxıl, 1386 ton dən üçün qarğıdalı, 3830 ton dən üçün günəbaxan, 5459 ton kartof, 13 min 987 ton müxtəlif növ tərəvəz, 120 ton bostan bitkiləri, 83,7 ton darı, 45,1 ton lobya, 17,2 ton noxud, 2,5 ton qarabaşaq, 1624 ton meyvə, həmçinin 4,6 ton barama tədarük edilib. Hazırda pambıq toplanışı davam edir. Tərtərlilər bu günə kimi 3715 tondan çox "ağ qızıl" toplayıblar". M.Məmmədov qeyd edib ki, rayonda heyvandarlığın inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqəmətində də işlər uğurla davam etdirilir. Belə ki, Aqrolizinq yolu ilə rayona 265 baş cins mal gətirilib. 894 inək və düyə süni yolla mayalandırılıb, 282 baş sağlam bala alınıb. O, təhsil, səhiyyə, mədəniyyət sahələrində həyata keçirilən tədbirlərin, əhalinin elektrik enerjisi, içməli və təsərrüfat suyu ilə təminatı istiqamətində görülən işlərin uğurla davam etdirildiyini bildirib. İcra başçısı bildirib ki, ölkəmizin hər yerində olduğu kimi, Tərtərdə də regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları uğurla həyata keçirilir. Nəzərdə tutulmuş bütün infrastruktur layihələri uğurla icra edilir. Dövlət başçısının Tərtər rayonuna ardıcıl səfərləri, keçirdiyi görüşlər, mövcud problemlərin verilən tövsiyə və tapşırıqlar əsasında həll olunması əhali tərəfindən böyük rəğbətlə qarşılanır: "2016-cı ilin Aprel hadisələri tərtərlilərin Vətənə, torpağa bağlılığını bir daha nümayiş etdirdi. O çətin, ağır, həm də şərəfli günlərdə, cənab Prezident, birinci xanım Mehriban Əliyeva ilə birlikdə Tərtər şəhərinə və təmas xətti ilə 200 metr məsafədə yerləşən Qapanlı kəndinə səfəri, burada sakinlərlə görüşü onlara güc verdi, əminlik yaratdı və əmək coşqunluğunu qat-qat artırdı. Tərtərlilər cəbhə bölgəsində düşmənlə üzbəüz yaşamaqlarına baxmayaraq, quruculuq sürətini azaltmır, yaradır və yüksək nailiyyətlər əldə edirlər". M.Məmmədov bildirib ki, iqtisadiyyatın mühüm sahəsi olan kənd təsərrüfatı bu gün Tərtərdə dirçəliş dövrünü yaşayır. Xüsusən əkinçilik sahəsi sürətlə inkişaf etməkdədir. Çünki kəndlilər, fermerlər dövlətin, şəxsı prezident İlham Əliyevin qayğısını hiss edir, dövlətin dəstəyindən bəhrələnirlər: "Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, ötən il rayonda 3123 hektarda pambıq əkilib, əvvəlki ilə nisbətən bu məhsulun əkin sahələri 3 dəfə artıb. İl ərzində 8419,9 ton pambıq tədarük edilib ki, bu da 2016-cı ildəkindən 3,6 dəfə çoxdur. Pambıq sahələrinin hər hektarından orta məhsuldarlıq da keçən illə müqayisədə 4,5 sentner artaraq 27 sentnerə çatıb, hektardan məhsuldarlığa görə ölkə üzrə ən yüksək göstərici əldə edilib. Prezident İlham Əliyevin Saatlı rayonunda pambıqçılığın inkişafına dair keçirilən müşavirədə söylədiyi "Pambıqçılığın inkişafı Prezident kimi mənim üçün, ilk növbədə, sosial layihədir, ondan sonra iqtisadi layihədir, daha sonra isə valyuta gətirən layihədir" sözləriniz real həyatda öz təsdiqini tapıb. Ötən il pambıq əkini, becərilməsi və yığımı işlərinə 5 minədək insan cəlb edilib, onlar yüksək gəlir götürüblər. Əldə olunan gəlir həm də halal qazanc hesabına kəndlilərimizin evlərinə ruzi-bərəkət gətirib, onların sevincini və razılıq hissini artırıb". Fikirlərini konkret faktlarla əsaslandıran icra başçısı qeyd edib ki, fermerlərdən Habil İbrahimov 118 ton məhsul yığaraq 67 min 200 manat, Qasım Sadıqov 104 ton məhsul toplayaraq 50 min manat, Müslüm Babışov 91 ton məhsul tədarük edərək 45 min manat, Fazil Vəliyev 57 ton məhsul yığaraq 28 min manat, Əzim Qaraşov 34 ton məhsul toplayaraq 20 min manat gəlir əldə ediblər. Cari ildə pambıqçılıq üzrə fermerlərimiz 840 min manatdan çox subsidiya alacaqlar: "Şəkər istehsalında yerli xammaldan istifadənin artırılması barədə prezidentin tövsiyələrinə əməl olunaraq ötən il 1541 hektarda şəkər çuğunduru əkilib. Tərtərdə şəkər çuğunduru ilk dəfə 2005-ci ildə cəmi 8 hektarda əkilmişdi. Rayonumuzda bu qiymətli bitkinin istehsalı əvvəlki ilə nisbətən 15,6 faiz artıb, hər hektardan orta məhsuldarlıq 42,6 ton olmaqla, ümumilikdə 65,7 min ton təşkil edib. Eyni zamanda, ötən il kümçülərimiz 4610 kiloqram barama istehsal ediblər ki, bu da 2016-cı il ilə müqayisədə 4,8 dəfə çoxdur. Son 2 ildə rayonumuzda 125 min tut tingi əkilib. Keçən təsərrüfat ilində ümumilikdə 43 min 658 nəfər kənd təsərrüfatı işlərinə cəlb olunub. Öz Prezidentinə güvənən tərtərlilər qarşıya qoyduğunuz bütün vəzifələri sabaha böyük inam hissi və yüksək əhval-ruhiyyə ilə bundan sonra da layiqincə yerinə yetirəcəklər. Müstəqil dövlətimizin gündən-günə inkişafı və tərəqqisi naminə əlimizdən gələni əsirgəməyəcəyik".
Beləliklə cəbhə bölgəsində olan təkcə bir rayonda qeydə alınan iqtisadi inkişaf deməə əsas verir ki, Ümummilli lider Hedər Əliyevin strateji inkişaf kursunun yeni mərhələdə Prezident İlham Əliyev tərəfindən qətiyyət və uğurla davam etdirilməsi ölkəmizin milli inkişaf modelini formalaşdırıb. Bu modelin yeni qlobal çağırışlara uyğunlaşdırılmaqla tətbiqi bütün sahələrdə əsaslı müsbət dəyişikliklərə, böyük nailiyyətlərə yol açıb, gələcək tərəqqi üçün möhkəm təməl yaradıb.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31