AHİK İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürdü

Fevralın 5-də Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V qurultayı keçirilib. Qurultay öz işinə Azərbaycanın dövlət himninin səsləndirilməsilə başlayıb. AHİK sədri Səttar Möhbalıyev qurultayda həmkarlar ittifaqları təşkilatlarından 1300-dək nümayəndənin, dövlət və hökumət təmsilçilərinin, eləcə də 30 ölkədən 85 nəfər beynəlxalq həmkarlar ittifaqı liderləri və fəalların iştirak etdiyini bildirib.

Səttar Mehbalıyev: "Biz İlham Əliyevin namizədliyini dəstəkləyəcək, xalq arasında onun könüllü vəkilləri olacağıq"

Fevralın 5-də Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V qurultayı keçirilib. Qurultay öz işinə Azərbaycanın dövlət himninin səsləndirilməsilə başlayıb. AHİK sədri Səttar Möhbalıyev qurultayda həmkarlar ittifaqları təşkilatlarından 1300-dək nümayəndənin, dövlət və hökumət təmsilçilərinin, eləcə də 30 ölkədən 85 nəfər beynəlxalq həmkarlar ittifaqı liderləri və fəalların iştirak etdiyini bildirib. Reqlamentə uyğun olaraq qurultayın gündəliyi təsdiq edilib, rəhbər orqanları-Rəyasət Heyəti,Redaksiya, Mandat və Hesablayıcı komissiyaların tərkibi seçilib. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V Qurultayının iştirakçılarına təbrik məktubunu prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov oxuyub. Dövlət başçısı təbrik məktubunda bildirib ki, həmkarlar İttifaqları müstəqillik illərində böyük inkişaf yolu keçib: "Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vətəndaşların sosial hüquqlarının qorunmasında böyük rol oynayır. Hökumət əmək hüquqlarının tənzimlənməsində, sosial məsələlərin həllində həmkarlar ittifaqlarının rolunu yüksək qiymətləndirir. Həmkarlar ittifaqlarının öz işlərini müasir dövrün tələblərinə uyğun qurması üçün şərait yaradılıb". Azərbaycan prezidenti qeyd edib ki, görülən işlər yoxsulluğun və işsizliyin aşağı səviyyəyə salınmasına imkan yaradıb: "Aparılmış islahatlar nəticəsində qeyri-neft sektorunun həcmi ildən-ilə artır, çoxlu iş yeri açılır. Əldə olunan bu uğurlar əhalinin sosial hüquqlarının qorunması, ictimai həmrəyliyin yüksəldilməsi baxımından həmkarlar ittifaqlarının rolunu artırır. Həmkarlar ittifaqları müxtəlif sahələrdəki təşkilatlarda fəaliyyətini genişləndirməli, işçilərin hüquqlarının qorunmasını diqqət mərkəzində saxlamalıdır. İnanıram ki, bu qurultay həmkarlar ittifaqlarının fəaliyyətinə mühüm töhfə verəcək".
Qurultayda AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, sıralarında 1 milyon 500 minə yaxın üzvü birləşdirən Azərbaycan Həmkarlarİttifaqları Konfederasiyası respublikamızın ən böyük ictimai təşkilatıdır. Ümumilli lider Heydər Əliyevin 1994-cü ildə imzaladığı "Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanunu Azərbaycan həmkarlar ittifaqları hərəkatının müasir inkişafına təkan vermiş, bu təşkilatın cəmiyyətdəki rolunu gücləndirmişdir. Hazırda Azərbaycan Respublikasında ümummil lilider Heydər Əliyevin müdrik və uzaqgörən strategiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən layiqincə həyata keçirilir. Möhtərəm Prezidentimiz İlham Əliyev ulu öndərin siyasi təlimini ardıcıllıqla və yaradıcılıqla davam etdirən, yeni dövrün və müasir Azərbaycanın reallıqları ilə daha da zənginləşdirən görkəmli siyasi xadimdir. AHİK sədri bildirib ki, 25 illik fəaliyyətimizi dünya həmkarlar ittifaqı hərəkatından ayırmaq mümkün deyil. AHİK dünyanın əksər mütərəqqi həmkarlar ittifaqı mərkəzləri ilə əməkdaşlıq edir: "Hazırda Konfederasiyamızın ətrafında 1 milyon 500 minə yaxın üzvü birləşdirən 16901 həmkarlar ittifaqları təşkilatları fəaliyyət göstərir. Son 5 ildə 507 yeni ilk həmkarlar ittifaqı təşkilatı yaradılmış, həmkarlar ittifaqı üzvlərinin sırasına 56.497 nəfər cəlb edilmişdir. Biz bütün uğurlarımızın gələcəyini sosial tərəfdaşlığın daha da inkişaf etdirilməsində görürük. Bu sahədə işçilərin hüquq və mənafelərinin qorunması ilə yanaşı, sahibkarlarla danışıqlarda məsələnin optimal həlli üçün, yeri gəldikdə güzəştə getmək də nəzərdə tutulub. Sosial tərəfdaşlıq çərçivəsində görülən işlər öz müsbət nəticəsini verməkdədir. Azərbaycan həmkarlar ittifaqları tripartizmi dəstəkləyir, sosial dialoq və sosial ədalət prinsiplərinə tərəfdardır". S.Mehbalıyev bildirib ki, AHİK uzun müddət idi ki, Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya yaradılması üçün təkliflər irəli sürürdü. Nəhayət, 2016-cı ilsentyabrın 30-da Azərbaycan Respublikası Nazirlər Kabineti, AHİK və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın təsis edilməsi haqqında birgə qərar imzalandı. Bununla Azərbaycan həmkarlar ittifaqları yeni bir inkişaf mərhələsinə daxil oldu: "Bu sırada Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli "Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinintəkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı ilə Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyası yaradılmasının xüsusi önəmi olmasını vurğulamaq istəyirəm. Əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı Tədbirlər Planı təsdi qedilib, işçi qrupu, Komissiya yanında Qeyri-Rəsmi Məşğulluqla Mübarizə Mərkəzi qurulub. Komissiyaya icra orqanlarının rəhbərləri ilə yanaşı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti daxil olunublar. Tədbirlər Planının icrası nəticəsində mərhələli şəkildə qeyri- rəsmi fəaliyyətlə məşğul olanların 1 milyon nəfərinin real iş sektoruna cəlb olunması gözlənilir". AHİK sədri qurultayda üzərinə düşən missiyanı elan edib: "Elə bu məqamda mənə həvalə olunmuş böyük bir missiyanı yerinə yetirmək istəyirəm. Yüz minlərlə həmkarlar ittifaqları üzvləri qurultayqabağı toplantılarında bu ilki prezident seçkilərində möhtərəm prezidentimiz İlham Heydər oğlu Əliyevin namizədliyini dəstəkləyəcəkləri barədə qərar qəbul etmişlər. Qurultayımıza da onların bu istəklərinin rəsmi sənədlərdə öz əksini tapması üçün mandat vermişlər. Biz 2008 və 2013-cü il preziden tseçkilərində olduğu kimi, bu dəfə də ənənəmizə sadiq qalaraq cənab İlham Əliyevin namizədliyini dəstəkləyəcək, xalq arasında onun könüllü vəkilləri olacağıq". AHİK-in V qurultayının nümayəndələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar bütün dünya həmkarları ittifaqlarına müraciət səsləndirilib. Qurultayda həmçinin bu il keçiriləcək növbədənkənar prezident seçkilərində İlham Əliyevin yenidən namizədliyi irəli sürülüb və qurultay nümayəndələri adından prezident İlham Əliyevə müraciət qəbul olunub.
Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31