“Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir”
“ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri adətən texniki xarakter daşıyır”. Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşlərindən sonra bu səfərin həyata keçirildiyini nəzərə alsaq, o zaman belə qənaətə gəlmək olar ki, səfərin əsas məqsədi tərəflər arasındakı daha öncə müzakirə olunan məsələlər ətrafında müzakirə aparmaqdan ibarətdir: “Prinsip etibarilə həmsədrlərin səfəri ənənəvi xarakter daşıyır və bu bütövlükdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə hər hansı bir formada təsir göstərə bilməz. Həmsədrlər yalnız tərəflərin mövqeyini öyrəndikdən sonra ya XİN rəhbərlərinin növbəti görüşünü, ya da prezidentlərin görüşünü təşkil edir”.
5 Fevral 2018 15:50 Dünya"ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri adətən texniki xarakter daşıyır". Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşlərindən sonra bu səfərin həyata keçirildiyini nəzərə alsaq, o zaman belə qənaətə gəlmək olar ki, səfərin əsas məqsədi tərəflər arasındakı daha öncə müzakirə olunan məsələlər ətrafında müzakirə aparmaqdan ibarətdir: "Prinsip etibarilə həmsədrlərin səfəri ənənəvi xarakter daşıyır və bu bütövlükdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə hər hansı bir formada təsir göstərə bilməz. Həmsədrlər yalnız tərəflərin mövqeyini öyrəndikdən sonra ya XİN rəhbərlərinin növbəti görüşünü, ya da prezidentlərin görüşünü təşkil edir".
E.Mirzəbəyli əlavə edib ki, bütün bunlara baxmayaraq Ermənistanın mövqeyi prinsip etibarilə ortalıqdadır: "Ermənistan tərəfi hər dəfə danışıqlar prosesində razılaşma məqamları olduqda özünün qeyri-konstruktiv mövqeyini nümayiş etdirir və danışıqların pozulmasına zəmin yaradır. Məqsəd status-kvonu qoruyub saxlamaqdan ibarətdir. Əgər Ermənistan yenidən qeyri-konstruktiv mövqe nümayiş etdirərsə, o zaman beynəlxalq hüququn prinsiplərindən irəli gələn sanksiyaların işə düşməsi istiqamətində addımlar atılmalıdır".
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Endryü Şxofer Azərbaycana səfərə gəlib. Səfərdə məqsəd Azərbaycan rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə dair müzakirələri davam etdirməkdir. Minsk qrupunun digər həmsədrləri Stefan Viskonti (Fransa) və İqor Popov isə fevralın 6-da Bakıya gələcək. Onların Azərbaycan prezidenti və XİN rəhbəri ilə görüşləri nəzərdə tutulub.
Bakı səfərindən sonra həmsədrlər İrəvana, daha sonra işğal altında olan Qarabağ bölgəsinə səfər edəcəklər. Sia.az