Gündəm
Kənan M.M. əməliyyat olundu
Rejissor Kənan M.M. əməliyyat olunub. Rejissor özü bu barədə sosial şəbəkə hesabında bildirib. O, müddətdir sol dizindən əziyyət çəkdiyini qeyd edib: "Sol dizimdə idmanın fəsadları qalmışdı. Çoxdandır məni incidirdi. Bu gün əməliyyat olundum. İndi yaxşıyam”.
ABŞ-ın Türkiyəyə elan olunmamış səssiz müharibəsi
ABŞ-ın kürd terrorçularını silahlandıraraq, Türkiyəyə qarşı müharibə aparması, NATO-nun etibarlılığılna kölgə salmış oldu. “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib: “Bu, necə müttəfiqliq olur ki, ABŞ öz strateji müttəfiqi olan Ankaraya qarşı terrorçular vasitəsilə müharibə aparır. Bəli, ABŞ şimali Suriyada Türkiyəyə qarşı YPG vasitəsilə müharibə aparır.
Rumıniya universiteti ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb
Bakı Mühəndislik Universitetinin rektoru professor Havar Məmmədov və universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Azər Imanquliyev Rumıniyada işgüzar səfərdə olublar. Təhsil ocağından “OLAYLAR”-a bildirilib ki, səfər Buxarest Politexnik Universitetinin rektoru Mihnea Costoiu-nun dəvəti ilə həyata keçirilib. Səfərdə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində müəllim tələbə mübadiləsi birgə layihəĺərin icrası, elmi konfransların təşkili, ikili diplomların təsis edilməsi , müştərək magistr və doktorantura hazırlığı kimi fəaliyyətlər nəzərdə tutulur. Müqavilədə BPU ilə birgə sahibkaryönümlü universitet modeli mövzusunda beynəlxalq konfrans keçirilməsi də əksini tapır. Səfər zamanı nümayəmdə heyyəti BPU elmi tədqiqat və tədris laboratoriyaları ilə tanış olublar.
Deputatlarımız Strasburqa səfər ediblər
Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində təmsil olunan deputatları Azər Kərimli, Elman Nəsirov, habelə Komitəyə yeni seçilmiş üzvlər - Sahibə Qafarova və Çingiz Qənizadə fevralın 5-də Fransanın Strasburq şəhərinə səfər ediblər.
DİN əməliyyat keçirib - Xeyli sayda silah-sursat götürülüb
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat keçirilib.Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Neftçala RPŞ-nin əməkdaşları şəhər sakini Xalid Abdullayevdən “İJ-12” markalı tüfəng və 47 ədəd patron, Sabirabad RPŞ-nin əməkdaşları rayon sakinləri Rizvan Fərzəliyevdən, Elməddin, Nemət və Araz Soltanovlardan müvafiq sənədləri olmayan ümumilikdə 4 ədəd “İJ” markalı tüfəng və 37 ədəd patron, Oğuz RPŞ-nin əməkdaşları Bayan kənd sakini, əvvəllər məhkum olunmuş Vaqif Fərzəliyevdən “İJ-16” markalı tüfəng götürülüb.Bakı şəhər sakini Əzizağa Vəliyev isə istifadəyə yararsız vəziyyətdə olan “Cobra” markalı tüfəngi və “İJ-53-M” markalı pnevmatik tapançanı könüllü olaraq Binəqədi RPİ-nin 4-cü Polis Bölməsinə təhvil verib.
Cəlilabad sakinindən 1 kiloqramdan artıq heroin götürülüb
Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilən əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlər nəticəsində narkotik satışında şübhəli bilinən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, araşdırmalarla onun Cəlilabad rayon sakini Bəhruz Əbilov olduğu məlum olub.
Mağazadan oğurluq edən qardaşlar saxlanıb
Qaxda oğurluq edən iki qardaş saxlanılıb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, şəhər ərazisindəki mağazaların birindən oğurluq edilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Evlərin qənimi saxlanıb
Şəmkir rayonunun Aşağı Seyfəli kənd sakini Mirəzim Məmmədova məxsus evdən qapını sındırmaq yolu ilə 1 ədəd televizor və təmir-tikinti alətlərinin oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.
Lənkəranda külli miqdarda narkotik götürülüb
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik qanunsuz dövriyyədən çıxarılıb, silah-sursat götürülüb. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, narkotik satışında şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Qumbaşı kənd sakini, əvvəllər məhkum olunmuş Sübhan Əliyev olduğu məlum olub. Baxış zamanı üzərindən 1,5 qr tiryək aşkar edilib.Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib.
9 il azadlıqdan məhrum edilən meyxanaçı: "İçkili idim..."
ARB TV-nin "Rezonans" verilişində meyxanaçı Sahib Dadaşovun həbsxana hekayəsi təqdim edirik. 9 il azadlıqdan məhrum edilən sənətçi cəzasının səbəbini açıqlayıb: "Meyxanaçı kimi el şənliklərində iştirak edirdim. Ailəliyəm, 1 oğlum var. Dostlarımla parkda oturmuşduq, içkili idik.
Azərbaycanda bu balıqların nəsli kəsilir - “Qırmızı kitab”
Azərbaycan sularında üzən 9 növ balıq Azərbaycan Respublikasının “Qırmızı kitab”ına daxil edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, Azərbaycanda nadir və nəsli kəsilməkdə olan müxtəlif balıqlar var ki, adları “Qırmızı kitab”a salınıb.
Lənkəranda torpaq sürüşdü-proses davam edir
Lənkəran rayonunda torpaq sürüşməsi hadisəsi baş verib. Lənkəran Şəhər İcra Hakimiyyətindən verilən məlumatda bildirilib ki, Gəgiran kənd yolunda baş verən torpaq sürüşməsi hələ də davam edir. İcra hakimiyyətinin məlumatında bildirilib ki, yolun 30 metr hissəsində çökmə olub: "Fövqəlaə Hallar Nazirliyinin regional idarəsi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 48 nömrəli istismar idarəsinin nümayəndələri hadisə yerində olub, baxış keçirib.
Kartınızda qalan qalıq pullar - Kartla birlikdə YANACAQ!
Məhdud istifadə üçün nəzərdə tutulan “BakıKart”larla bağlı redaksiyamıza müraciət daxil olub. Müraciətdə bildirilir ki, istifadə zamanı bu kartlarda qalıq pul qalır. Belə ki, balansında 40 qəpik olan məhdud istifadə kartları ilə gediş haqqı 30 qəpik olan avtobusa (175 saylı atobus) daxil olan zaman kartda 10 qəpik qalır. Kartın istifadəsi bitdiyi üçün pul kartla birlikdə yanır.
Sevda hamilədir? - Müğənninin yeni görkəmi İDDİALARI ARTIRDI
"Evdəkilərə salam" verilişinin qonağı olan müğənni Sevda Sanəliyevanı görənlər təəccübləniblər. Sosial şəbəkələrdə müğənninin 3-cü övladına hamilə olduğu iddiaları artmaqdadır. Verilişdə artıq çəkisi diqqətdən qaçmayan Sevdanın bu halı sözügedən iddianın ortaya çıxmasına səbəb olub.
Müğənni Vasifin xanımı ilə rəqsi izlənmə rekordu qırdı - Toydan VİDEO
Xəbər verdiyimiz kimi, ötən gün müğənni Vasif Əzimovun qız toyu olub. İfaçının toyundan görüntülər yayılıb. Gəlinlə bəyin rəqsi hamı tərəfindən maraqla qarşılanıb.














