9 il azadlıqdan məhrum edilən meyxanaçı: "İçkili idim..."
ARB TV-nin "Rezonans" verilişində meyxanaçı Sahib Dadaşovun həbsxana hekayəsi təqdim edirik. 9 il azadlıqdan məhrum edilən sənətçi cəzasının səbəbini açıqlayıb: "Meyxanaçı kimi el şənliklərində iştirak edirdim. Ailəliyəm, 1 oğlum var. Dostlarımla parkda oturmuşduq, içkili idik.
5 Fevral 2018 16:38 SosialARB TV-nin "Rezonans" verilişində meyxanaçı Sahib Dadaşovun həbsxana hekayəsi təqdim edirik. 9 il azadlıqdan məhrum edilən sənətçi cəzasının səbəbini açıqlayıb: "Meyxanaçı kimi el şənliklərində iştirak edirdim. Ailəliyəm, 1 oğlum var. Dostlarımla parkda oturmuşduq, içkili idik. Qarşıdan 3 nəfər gəlirdi, ikisi ayrıldı, biri bizə tərəf gəlirdi. Dostlarımla yaxınlaşdıq, dedim ki, telefonu mənə ver sabah qaytaracam. O da qorxusundan verdi. Səhər ayılanda görürəm ki, telefon mənim deyil. Telefonu cibimə qoyub həmin parka getdim. Elə orada polis gəlib məni tutdu. İçkili halda nə etdiyimi bilməmişəm. Hakim 9 il cəza verəndə zarafat olduğunu düşündüm. O vaxtdan vicdan əzabı çəkirəm. Həmin oğlan məni bağışladı. "De gəlsin" verilişinə qatılmışdım. Ağasəlim Çıldaq, Baba Pünhan dedilər ki, get, gələn il götürəcəyik səni. Yaşım az idi deyə götürmədilər". Axşam.az