Gündəm

Azərbaycanda I sinfə elektron şagird qəbulunun əhatə dairəsi genişləndirilib -  ƏMR

5 Fevral 2018 17:49

Azərbaycanda 2018/2019-cu dərs ilində elektron sistem vasitəsilə I sinfə şagird qəbulunun əhatə dairəsinin genişləndirilməsi barədə əmr imzalanıb.  Təhsil nazirinin vəzifələrini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramovun imzaladığı əmrə əsasən Bakı, Gəncə, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində 2018/2019-cu dərs ili üçün I sinfə şagird qəbulu ərizələrin onlayn qeydiyyatı aparılmaqla elektron sistem vasitəsilə həyata keçiriləcək.

FETÖ-çudan qandonduran ifadə:  “Tankla əz” dedilər...

5 Fevral 2018 17:44

Türkiyədə FETÖ istintaqı çərçivəsində həbs edilən hərbçi Ömər Qalının məhkəməyə verdiyi ifadə qardaş ölkədə rezonans doğurub. İdarə etdiyi tankla 4 nəfəri əzərək öldürən və bir çox şəxsi yaralayan Qalın bunu komandirlərinin əmri ilə etdiyini bildirib. Tankın irəliləyə bilmədiyini söyləyən Qalın deyib: “Polkovnik Fatih Sönməz “Əz” əmrini verdi.

İran İrəvanla əlaqələri genişləndirir – Yol xəritəsi

5 Fevral 2018 17:42

İran hökuməti Ermənistanla əlaqələrinin inkişafı yolunda daha bir addım atılıb. Urmiya Universitetini Ermənistanla elmi sahədə əməkdaşlıq üçün koordinasiya mərkəzi seçən İran Elmi Araşdırma və Texnologiya Nazirliyinin beynəlxalq məsələlər üzrə müavini Hüseyin Salar Amoli iki ölkə arasında elmi əməkdaşlığın digər sahələrdə də əməkdaşlığa töhfə verəcəyini bildirib.

“Azərbaycan jurnalistləri İlham Əliyevi dəstəkləyəcək”

5 Fevral 2018 17:38

“2018-ci il ölkəmizdə Prezident seçkiləri ilidir. Cənab Prezidentin bu gün imzaladığı Sərəncam dövlətimiz və xalqımız üçün son dərəcə mühüm əhəmiyyət daşıyan bu prosesi 6 ay tezləşdirir”. Bu haqda məlumatı Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov özünün “facebook” səhifəsində paylaşıb.

Sabah MSK növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək

5 Fevral 2018 17:36

Sabah Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkiləri ilə bağlı qərar verəcək. MSK Katibliyinin  Media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, sabah saat 16:00-da MSK-nın iclası keçiriləcək. 

Yaxın günlərdə Yeni Azərbaycan Partiyası prezidentliyə namizədini irəli sürəcək

5 Fevral 2018 17:35

Yaxın günlərdə Yeni Azərbaycan Partiyasının (YAP) qurultayı keçiriləcək. Bunu YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, Yeni Azərbaycan Partiyası qurultay keçirərək rəsmi qaydada prezidentliyə namizədini irəli sürəcək.

Bağlı qapı arxasında huşsuz vəziyyətdə qalan xilas edilib

5 Fevral 2018 17:33

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və halsız vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

Azərbaycan məhsulları “Prodexpo 2018” Sərgisində nümayiş olunur

5 Fevral 2018 17:31

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində “Prodexpo 2018” Beynəlxalq Ərzaq Sərgisi öz işinə başlayıb. Fevralın 9-dək davam edəcək sərgidə dünyanın 65 ölkəsindən 2000-dən çox şirkətin məhsulları nümayiş olunur.

2500-ə yaxın gənc ədliyyə orqanlarına qulluğa qəbul olunub

5 Fevral 2018 17:30

Azərbaycanda həyata keçirilən dövlət siyasətinə uyğun olaraq ədliyyə orqanlarında gənclər geniş təmsil olunur, onlara xüsusi qayğı ilə yanaşılır, işlə təminatı daim diqqətdə saxlanılaraq son illər 2.500-ə yaxın gənc şəffaf seçimlər əsasında ədliyyə orqanlarına qulluğa qəbul olunub, onlarla hazırlıqlı mütəxəssis vəzifədə irəli çəkilib, nazirliyin aparatına təyinatlar alıblar.

AMEA Naxçıvan Bölməsində seçki

5 Fevral 2018 17:28

AMEA Naxçıvan Bölmənin Rəyasət Heyətinin növbəti iclasında bölmənin elmi-tədqiqat müəssisələrində şöbə müdiri, aparıcı və böyük elmi işçi vəzifələrini tutmaq üçün seçkilər keçirilib.

Palçıq vulkanı daha güclü püskürə bilər

5 Fevral 2018 17:25

Akademik Ramiz Məmmədovun sədrliyi ilə AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi seminarında İnstitut əməkdaşları, c.ü.f.d. Elxan Məmmədbəyovun c.ü.f.d. Mirnuh İsmayılovla birgə Şamaxı rayonunun Quşçu palçıq vulkanına ezamiyyələri haqqında məlumatı dinlənilib. AMEA-dan SİA-ya verilən xəbərə görə, tədqiqatçı alimlər Quşçu kəndində püskürmüş palçıq vulkanında olmuş, ərazini tədqiq edib, yerli sakinlərlə görüş keçiriblər. Məruzəçi bildirib ki, Quşçu palçıq vulkanı Şamaxı şəhərindən 20 km cənubda Ləngəbiz silsiləsi üzərində eyni adlı kənddən 150-200 m şimal-şərqdə yerləşir.

“Seçkinin keçirilməsi üçün ilin başlanğıc aylarını daha məqbul hesab etmək olar”

5 Fevral 2018 17:05

2016-cı ildə Azərbaycanda referendum keçirildi və Konstitusiyaya müəyyən dəyişikliklər edildi. Prezidentin səlahiyyət müddəti 7 il oldu, vitse-prezidentlik institutu təsis olundu. Növbədənkənar prezident seçkisinin keçirilməsi konstitusiyaya uyğun addımdır. 

Əli Həsənov: "Növbədənkənar seçkilərin keçirilməsi haqqında sərəncam Konstitusiyanın və ölkə qanunvericiliyinin tələblərinə tam uyğundur"

5 Fevral 2018 17:03

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamını şərh edib.

Mağaza qatığındakı 5 rəqəminin sirri - Bizi dəhşətli xəstəliklər, hətta ölümlə üz-üzə qoya bilər- VİDEO

5 Fevral 2018 16:56

Marketlərdən məhsul alarkən diqqət etməli olduğumuz vacib məqamlar var. Bunlardan biri də məhsulların üzərindəki üçbucaq işarələrinin içindəki rəqəmlərdir. Bu rəqəmlərin fərqinə varmamaq bizi dəhşətli xəstəliklərlər, hətta ölümlə üz-üzə qoya bilər.