“Azərbaycan jurnalistləri İlham Əliyevi dəstəkləyəcək”

“2018-ci il ölkəmizdə Prezident seçkiləri ilidir. Cənab Prezidentin bu gün imzaladığı Sərəncam dövlətimiz və xalqımız üçün son dərəcə mühüm əhəmiyyət daşıyan bu prosesi 6 ay tezləşdirir”. Bu haqda məlumatı Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov özünün “facebook” səhifəsində paylaşıb.

"2018-ci il ölkəmizdə Prezident seçkiləri ilidir. Cənab Prezidentin bu gün imzaladığı Sərəncam dövlətimiz və xalqımız üçün son dərəcə mühüm əhəmiyyət daşıyan bu prosesi 6 ay tezləşdirir". Bu haqda məlumatı Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov özünün "facebook" səhifəsində paylaşıb.

"Hesab edirəm, bu tezləşdirmə Azərbaycan naminə görüləcək işlərin sürətləndirilməsinin vacibliyi mesajıdır. Mesajın müəllifi olan cənab İlham Əliyevin 11 aprel seçkisində qələbə qazanaraq qarşıdakı 7 il müddətində Azərbaycana rəhbərlik edəcəyinə əminəm. Ona da əminəm ki, Azərbaycan jurnalistləri hər zaman olduğu kimi, yenə də cənab İlham Əliyevi dəstəkləyəcəklər"-deyə, MŞ sədri fikrini tamamlayıb. Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31