2500-ə yaxın gənc ədliyyə orqanlarına qulluğa qəbul olunub

Azərbaycanda həyata keçirilən dövlət siyasətinə uyğun olaraq ədliyyə orqanlarında gənclər geniş təmsil olunur, onlara xüsusi qayğı ilə yanaşılır, işlə təminatı daim diqqətdə saxlanılaraq son illər 2.500-ə yaxın gənc şəffaf seçimlər əsasında ədliyyə orqanlarına qulluğa qəbul olunub, onlarla hazırlıqlı mütəxəssis vəzifədə irəli çəkilib, nazirliyin aparatına təyinatlar alıblar.

Azərbaycanda həyata keçirilən dövlət siyasətinə uyğun olaraq ədliyyə orqanlarında gənclər geniş təmsil olunur, onlara xüsusi qayğı ilə yanaşılır, işlə təminatı daim diqqətdə saxlanılaraq son illər 2.500-ə yaxın gənc şəffaf seçimlər əsasında ədliyyə orqanlarına qulluğa qəbul olunub, onlarla hazırlıqlı mütəxəssis vəzifədə irəli çəkilib, nazirliyin aparatına təyinatlar alıblar. Hazırda növbəti açıq müsabiqədən uğur qazanmış 95 namizəd peşə fəaliyyətinə buraxılışla əlaqədar Ədliyyə Akademiyasında icbari təlim keçirlər. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, bu gün ədliyyə sistemində çalışan işçilərin təxminən yarısını gənclər təşkil edir və onlar ədliyyənin müxtəlif sahələrində uğurla fəaliyyət göstərirlər. Dövlət başçısının təşəbbüsü ilə yaradılmış könüllülər institutunun təşviqinə xüsusi diqqət yetirilərək, son bir ildə 250-dək gənc ədliyyə orqanlarında və məhkəmələrdə könüllü fəaliyyətə cəlb olunub. Ölkə başçısının penitensiar xidmətin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tapşırığına uyğun olaraq xidmətin kadr korpusunun möhkəmləndirilməsi üzrə tədbirlər görülür, bu ərəfədə 40-dək gənc icbari təlimdən müvəffəqiyyətlə keçərək penitensiar xidmətə təyinat alıb, onlara ilk xüsusi rütbələr verilib, daha 75 nəfər isə hazırda Ədliyyə Akademiyasında icbari təlim keçirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31