Gündəm
Türkiyəli nazirdən çağırış: "Kəndinizə qayıdın"
Türkiyənin ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Əhməd Əşrəf Fakıbaba kəndliləri böyük şəhərləri tərk etməyə və kənd təsərrüfatı ilə məşğul olmağa çağırıb. Nazir kəndlərə qayıdacaq kəndlilərə 300 baş kiçik buynuzlu mal-qara, eləcə də əlavə əməkhaqqı veriləcəyini deyib. Nazir vurğulayıb ki, Türkiyə hökuməti heyvandarlığın inkişafı proqramını işə salır.
NATO-dan Afrin çıxışı: Türkiyə bizi məlumatlandırır
Türkiyə Afrində keçirilən “Zeytun budağı” əməliyyatı ilə bağlı mütəmadi olaraq NATO-ya məlumat verir. Bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib. “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digər türk rəsmilərlə aparılan danışıqlarda beynəlxalq koalisiya təmsilçilərinin bir-biri ilə vuruşmaması üçün Suriyada quru əməliyyatı təşkil edən ölkələr arasında təmas qurulmasının önəmli olduğunu dilə gətirdim.
ABŞ-da qripdən 16 uşaq ölüb
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısını Alma Mərkəzinin (CDC) cümə günü dərc etdiyi hesabatında keçən həftə ərzində 16 uşağın qrip xəstəliyindən öldüyü bildirilir. Bu isə hər il noyabr ayından mart ayına kimi davam edən qrip mövsümü ərzində bu xəstəlikdən ölənlərin sayını 53-ə gətirib çıxarır.
Azərbaycan Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi yaradılıb
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Ramaldanov: "Ermənistana verilən “Kornet” raket kompleksləri Azərbaycan Ordusunun silahlanmasına on il əvvəl qəbul edilib"
“Ermənistan silahlı qüvvələrinin arsenalına Rusiya istehsalı olan “Kornet E” tank əleyhinə raket komplekslərinin daxil edilməsi bölgədə hərbi balansa heç bir təsir edə bilməz”. Məlumata görə, bunu hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Ermənistan mətbuatının “Kornet E” tank əleyhinə raket komplekslərinin (TƏRK) alınması ilə bağlı yaydığı məlumatı şərh edərkən bildirib.
“Keşlə” özünə yeni baza axtarır - SƏBƏB
Qış təlim-məşq toplanışını başa vuran “Keşlə” klubu özünə yeni məşq bazası axtarır. Buna səbəb baş məşqçi Ramiz Məmmədovun arenanın ot örtüyündən narazı qalması olub. Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovun saytımıza verdiyi açıqlamada bildirib ki, qış toplanışında təbii ot örtüyündə məşq edən komanda artıq süni ot örtüyündə məşq etmək istəmir: “Oyunların keçirilmə yeri yenə də “Şəfa” stadionu olacaq. Ancaq komanda məşq yerini dəyişmək niyyətindədir. Ola bilər ki, “Neftçi”nin bazasına keçdik. Ola bilsin, “Dalğa Arena” və yaxud “Olipmiya Stadionu”nun ehtiyat bazası olsun.
“Mehmetcik”dən Afrində strateji QƏLƏBƏ
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində növbəti qələbələrini qazanıb. Dikmetaş dağı və Sarıkaya təpəsi PKK/PYD terrorçularından təmizlənib.
Əsəd rejimi Şərqi Qutanı vurdu – 30 ölü, 170 yaralı
Bəşər Əsəd rejimi mühasirədə saxlanılan Şərqi Quta ərazisinə aviazərbələr endirib. Hücum nəticəsində 30 dinc sakin həlak olub, 170 nəfər yaralanıb. Məlumata görə, Əsəd rejimi hədəf kimi Şərqi Qutanın Beyt Sava, Hazza, Zemalka və Hamuriyə bölgələrini seçib. Endirilən zərbələrdən bir neçəsinin bazar meydanına düşməsi tələfatı daha da artırıb.
Azərbaycan nümayəndə heyəti Çində səfərdədir
İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, səfərin ilk günü - fevralın 5-də İqtisadiyyat naziri Şahin Mustafayev bir sıra görüşlər keçirib. Çinin Nəqliyyat naziri Li Siaopan ilə keçirilmiş görüşdə nazir Şahin Mustafayev Azərbaycanın Çin ilə ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verdiyini qeyd edib.
14 ildə ölkə miqyasında bir çox önəmli sosial layihələr icra edilib
“Azərbaycan sosial dövlətdir və ölkəmizdə dinamik iqtisadi inkişaf bir qayda olaraq genişməzmunlu sosial təşəbbüslərlə tamamlanır”. “OLAYLAR” yap.org.az-a istinadən xəbər verir ki, bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev səsləndiriib.
Məhkəmə Saakaşvilinin şikayətini rədd etdi
Kiyev Apelyasiya Məhkəməsi Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Miqrasiya Xidmətinin qərarından etdiyi şikayəti rədd edib. Bu haqda “İnterfaks-Ukrayna” agentliyi yazıb.
Seyfdən pul oğurlayan yaxalanıb
Yasamal rayonu ərazisindəki marketlərdən birinin müdiri 29-cu Polis Bölməsinə müraciət edərək oradakı seyfdən 6050 manatın oğurlandığını bildirib. Daxili İşlər Nazirliyindən “Olaylar”a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluq hadisəsinin əvvəllər orada işləmiş şəxs tərəfindən törədilməsi müəyyən olunub. Əməliyyat-axtarış tədbirləri ilə saxlanılan Xırdalan şəhər sakini Cavanşir Səfərov törətdiyi cinayət əməlini etiraf edib.Faktla bağlı cinayət işi başlanılıb.
Radikallar uduzacaqlarının fərqindədirlərTƏRS BAXIŞ
Ölkə başçısının prezident seçkilərinin vaxtının Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, eyni zamanda Azərbaycan Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq verdiyi sərəncamının ardınca radikal müxalifət düşərgəsində sanki bir çalxalanma, təlaş baş qaldırıb. Xüsusilə, sosial şəbəkələrdə və düşərgəyə məxsus media səhifələrində bu amil daha çox diqqəti çəkməkdədir.
Kafedra müdiri, dekan vəzifələrinin tutulması qaydalarının tətbiqi barədə əmr imzalanıb
Təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramov “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları”nın tətbiqi barədə əmr imzalayıb. Əmrlə Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş Təhsil Nazirliyinin Kollegiyasının 15.11.2017-ci il tarixli 5/5 nömrəli qərarı rəhbərlik və icra üçün qəbul edilib.
Prezident: “265 min nəfər dövlət hesabına mənzillə təmin olunub”
“Azərbaycanda 265 min nəfər dövlət hesabına mənzillə təmin olunub”. Məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayında iştirak edən beynəlxalq və xarici ölkələrin həmkarlar ittifaqlarının nümayəndə heyətinin bir qrupu ilə görüşü zamanı deyib.














