Radikallar uduzacaqlarının fərqindədirlərTƏRS BAXIŞ

Ölkə başçısının prezident seçkilərinin vaxtının Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, eyni zamanda Azərbaycan Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq verdiyi sərəncamının ardınca radikal müxalifət düşərgəsində sanki bir çalxalanma, təlaş baş qaldırıb. Xüsusilə, sosial şəbəkələrdə və düşərgəyə məxsus media səhifələrində bu amil daha çox diqqəti çəkməkdədir.

Yaxud, müxalifət "liderləri" niyə əl-ayağa düşdülər?

Ölkə başçısının prezident seçkilərinin vaxtının Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, eyni zamanda Azərbaycan Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq verdiyi sərəncamının ardınca radikal müxalifət düşərgəsində sanki bir çalxalanma, təlaş baş qaldırıb. Xüsusilə, sosial şəbəkələrdə və düşərgəyə məxsus media səhifələrində bu amil daha çox diqqəti çəkməkdədir.

Bu isə həmçinin belə qənaətə gəlməyə zəmin yaradır ki, müxalifət "liderləri", daha dəqiq desək seçkilərə namizəd olaraq qatılacaqlarını iddia edən tərəflər uduzacaqlarının fərqinə varmağa başlayıblar. Məsələ ondadır ki, sözügedən sərəncam imzalanmamışdan öncə, düşərgə təmsilçiləri uzun müddət aksiyalar, toplantılar vasitəsi ilə elektorat toplamağa çalışdılar. Ancaq bu proses onların xeyrinə deyil, əksinə, ziyanlarına işlədi.

Mövzu aksiyalara gəlib-çatanda sübut olundu ki, radikal müxalifətin sıralarını ayrı-ayrılıqda bir neçə yüz adam təşkil edir

Başqa tərəfdən, sübut olundu ki, hətta özlərini "ana müxalifət lideri" olaraq zorla ictimai rəyə sırımağa çalışanlar belə, heç bir siyasi uğur əldə edə bilmədilər. Düzdür, sosial şəbəkələrdə beşinci kolonun trolları, yəni saxta profillərlərlə status yazanlar az qala "minlərlə insan"obrazını yarada bildilər, ancaq mövzu aksiyalara gəlib-çatanda sübut olundu ki, radikal müxalifətin sıralarını ayrı-ayrılıqda bir neçə yüz adam təşkil edir. Beləliklə, özlərini xalqdan təcrid edənlər toplumu kimi tanıdan radikal kəsimin "liderləri" də anladılar ki, kütləvi dəstək qazanmaq onlara müyəssər olmayacaq. O cümlədən, vaxtilə xarici dəstəklə siyasi dividentlərini artırmağa çalışanlar indi bu dəstəklərdən də məhrum olmağa başlayıblar. Biz, elə də uzağa getməyərək, bir neçə ay öncə AXCP sədri Əli Kərimlinin, Müsavatın sabiq başqanı İsa Qəmbərin və s. müxalifətçilərin Qərb ölkələrinin səfirlikləri qarşısında görünmələrini xatırlada bilərik. Xüsusilə, ABŞ səfirliyində "randevu" alan "liderlərə" səfir tərəfindən uzağı beş dəqiqə zaman ayrılması da bu həqiqəti kifayət qədər isbatlamaqdadır.

Tarixin arxivi artıq onların yolunu səbirsizliklə gözləyir...

Əgər nəzərə alsaq ki, seçkilərə 2 ay qalıb və bu iki ay ərzində 26 ilə yaxındır xalqdan dəstək ala bilməyənlər heç bir nailiyyət əldə edə bilməyəcəklər, onda qarşı tərəflərin əndişələrini anlamaq elə də çətin olmaz. Uduzacaqlarının və bu dəfə daha rüsvayçı məğlubiyyətə uğrayacaqlarının fərqinə varmağa başlayanlar bu hisslərini keçirməsəydilər, ən azından, sakit şəkildə seçkilərə hazırlaşa və bütövlükdə sosial mediada qaragüruhçu çağırışlara yol verməzdilər. Ümumiyyətlə, tam əminliklə deyə bilərik ki, 2018-ci ilin apreli bu kimi qaragüruhçu tolumun siyasi ölüm ili olacaq və tarixin arxivi necə deyərlər, artıq onların yolunu səbirsizliklə gözləyir...

Rövşən NURƏDDİNOĞLU

P.S. Fatihəsi oxunmuş radikal müxalifətə daha bir fatihə oxumaq "savabdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31