Əsəd rejimi Şərqi Qutanı vurdu – 30 ölü, 170 yaralı

Bəşər Əsəd rejimi mühasirədə saxlanılan Şərqi Quta ərazisinə aviazərbələr endirib. Hücum nəticəsində 30 dinc sakin həlak olub, 170 nəfər yaralanıb. Məlumata görə, Əsəd rejimi hədəf kimi Şərqi Qutanın Beyt Sava, Hazza, Zemalka və Hamuriyə bölgələrini seçib. Endirilən zərbələrdən bir neçəsinin bazar meydanına düşməsi tələfatı daha da artırıb.

Qeyd edək ki, uzun müddətdir Əsəd rejiminin mühasirədə saxladığı Şərqi Qutada təxminən 400 min insan yaşayır. Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31