“Seçkinin keçirilməsi üçün ilin başlanğıc aylarını daha məqbul hesab etmək olar”
2016-cı ildə Azərbaycanda referendum keçirildi və Konstitusiyaya müəyyən dəyişikliklər edildi. Prezidentin səlahiyyət müddəti 7 il oldu, vitse-prezidentlik institutu təsis olundu. Növbədənkənar prezident seçkisinin keçirilməsi konstitusiyaya uyğun addımdır.
5 Fevral 2018 17:05 Siyasət2016-cı ildə Azərbaycanda referendum keçirildi və Konstitusiyaya müəyyən dəyişikliklər edildi. Prezidentin səlahiyyət müddəti 7 il oldu, vitse-prezidentlik institutu təsis olundu. Növbədənkənar prezident seçkisinin keçirilməsi konstitusiyaya uyğun addımdır. Bu fikirləri Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Deputatın sözlərinə görə, Prezident seçkilərinin keçirilməsi ilə bağlı optimal vaxt olmalıdır: "Seçkinin keçirilməsi üçün ilin başlanğıc aylarını daha məqbul hesab etmək olar. Qonşu ölkələrdə də prezident seçkiləri ilin birinci yarısına təsadüf edir. Digər tərəfdən, prezident İlham Əliyevin yenidən prezident seçiləcəyi ilə bağlı heç bir tərəddüd və şübhə yoxdur. Yəni YAP tərəfindən bu məsələ ilə bağlı heç narahatlıq yoxdur". A. Hüseynov vurğulayıb ki, seçkinin ilin birinci yarısına düşməsi siyasi aktivlik baxımından əhəmiyyətlidir. aO vurğulayıb ki, Prezident İlham Əliyev cəmiyyət tərəfindən dəstəklənir: "İki ay bundan əvvəl keçirilən sorğu da göstərdi ki, ölkə əhalisinin 98%-ə qədəri hakimiyyətə etimad göstərir. Prezident son 14 ildə ölkə iqtisadiyyatını 3.2 dəfə artırıb. Əgər 2003-cü ildə valyuta ehtiyatı 1 milyard 8 milyon dollar idisə, indi 42 milyard dollardır. Ölkədə 2 milyona yaxın iş yeri açılıb. Azərbaycanda tolerantlıq, multikultiralizm, demokratik prinsiplər mövcuddur".
Deputat sonda vurğulayıb ki, regionda gedən prosesləri izlədikdə görürük ki, aprel ayı seçki keçirilməsi üçün optimal variantdır. Azadinform.az