Deputatlarımız Strasburqa səfər ediblər

Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində təmsil olunan deputatları Azər Kərimli, Elman Nəsirov, habelə Komitəyə yeni seçilmiş üzvlər - Sahibə Qafarova və Çingiz Qənizadə fevralın 5-də Fransanın Strasburq şəhərinə səfər ediblər.

Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində təmsil olunan deputatları Azər Kərimli, Elman Nəsirov, habelə Komitəyə yeni seçilmiş üzvlər - Sahibə Qafarova və Çingiz Qənizadə fevralın 5-də Fransanın Strasburq şəhərinə səfər ediblər. MM-dən "Olaylar"a verilən məlumata görə, millət vəkilləri Avropa Parlamentində bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə Azərbaycanla qurum arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlər müzakirə olunacaq. Səfər fevralın 9-da başa çatacaq. Xatırladaq ki, Komitənin Azərbaycan tərəfdən həmsədri Cavanşir Feyziyev bu ölkədə səfərdədir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31