ABŞ-ın Türkiyəyə elan olunmamış səssiz müharibəsi

ABŞ-ın kürd terrorçularını silahlandıraraq, Türkiyəyə qarşı müharibə aparması, NATO-nun etibarlılığılna kölgə salmış oldu. “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib: “Bu, necə müttəfiqliq olur ki, ABŞ öz strateji müttəfiqi olan Ankaraya qarşı terrorçular vasitəsilə müharibə aparır. Bəli, ABŞ şimali Suriyada Türkiyəyə qarşı YPG vasitəsilə müharibə aparır.

ABŞ-ın kürd terrorçularını silahlandıraraq, Türkiyəyə qarşı müharibə aparması, NATO-nun etibarlılığılna kölgə salmış oldu. "OLAYLAR" xəbər verir ki, belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib: "Bu, necə müttəfiqliq olur ki, ABŞ öz strateji müttəfiqi olan Ankaraya qarşı terrorçular vasitəsilə müharibə aparır. Bəli, ABŞ şimali Suriyada Türkiyəyə qarşı YPG vasitəsilə müharibə aparır. Afrində gedən müharibə, Türkiyə-ABŞ müharibəsidir. Qeyd edim ki, Türkiyəsiz NATO fəaliyyətsiz bir blokdur. Və, ABŞ-ın Türkiyəyə qarşı xain planı NATO-nun zəifləməsinə gətirir". Politoloq deyib ki, ABŞ-ın Ərdoğanla problemi olsa da, ancaq onun hazırkı siyasəti Türkiyəyə qarşı müharibədir: "Əgər, Yaxın Şərqdə ABŞ-ın müttəfiqi NATO çərçivəsində Türkiyədirsə, kürd terrorçulardan müttəfiqlik ABŞ-ın nəyinə gərəkdi idi? Bəli, ABŞ-ın məqsədi Suriyanı parçalayıb Türkiyəni zəiflətmək və Kürdüstan qurmaqdı. ABŞ bəhanə edir ki, YPG İŞİD-ə qarşı mübarizə aparır. Vaxtı ilə ABŞ hakimiyyətinin İŞİD-ə dəstəyi yetərincə idi və məqsəd Əsədi devirmək idi. Rusiya İŞİD-i sıradan çıxartdıqdan sonra, strateji maraqlar dəyişdi Sonradan ABŞ İŞİD bəhanə edərək YPG-ni Türkiyəyə qarşı silahlandırdı". Məhəmməd Əsədullazadə hesab edir ki, regionda vəziyyət mürəkkəb olaraq qalır: "ABŞ -ın Türkiyəyə qarşı savaşı iki müttəfiq ölkənin düşmən olmasına aparır. ABŞ terrorizmə şimali Suriyada dəstək siyasətindən əl çəkməyincə, Ankara-Vaşinqton müharibəsi davam edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31