Siyasətin sağlam idmana müdaxiləsinin acı nəticəsi
Son vaxtlar beynəlxalq supergüclərin təkcə siyasi sferasında deyil, eləcə də idman həyatında diqqət çəkən, eyni zamanda tənqidə səbəb olan proseslər, hadisələr yaşanır. Bu mənfi tendensiya daha çox siyasi cəbhədə baş-başa gələn Rusiya və Birləşmiş Ştatlarda müşahidə edilməkdədir.
5 Fevral 2018 15:59 Dünyaİlqar Altay: "Bəzən Qərb, Avropa, Birləşmiş Ştatlarda da elə biabırçı faktlar üzə çıxır ki, Şərq dünyası yalan olur"
Son vaxtlar beynəlxalq supergüclərin təkcə siyasi sferasında deyil, eləcə də idman həyatında diqqət çəkən, eyni zamanda tənqidə səbəb olan proseslər, hadisələr yaşanır. Bu mənfi tendensiya daha çox siyasi cəbhədə baş-başa gələn Rusiya və Birləşmiş Ştatlarda müşahidə edilməkdədir. Bir sıra sahələrdə, eləcə də idmanda dünyaya nümunə ölkə kimi göstərilən Rusiyada günümüzdə idman əsl qalmaqallı sahəyə çevrilib desək yanılmarıq. Hətta vəziyyət o həddə çatıb ki, Rusiya idmançıları bir sıra beynəlxalq yarışlardan uzaqlaşdırılıb. Bunların əsas səbəbi isə rus idmançıların dopinqdən istifadə etməsi olub. Vəziyyət kifayət qədər ciddi xarakter daşıdığından Kreml rəhbəri də idman sahəsində yaşanan xoşagəlməz olaylardan dolayı üzr istəməli olub. İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay da deyir ki, idman sahəsində qeydə alınan beynəlxalq qalmaqalların böyük əksəriyyəti məhz dopinqlə əlaqədar olur. O, bildirib ki, Vladimir Putin dövlət səviyyəsində aparılan total dopinq siyasəti ilə ölkə olimpiya idmanına, idmançılara vurulan agır beynəlxalq zərbəyə görə ūzr istəyib. İlqar Altayın sözlərinə görə, bu biabırçılıq Soçidə keçirilən qış 2014-cū il olmpiadasından başlanıb: "Yarışların öz ölkəsində keçirilməsinə arxayın olan Rusiya idman və siyasi rəhbərliyi, çirkli dopinq yolu ilə görūnməmiş sayda çoxlu medallar əldə etmək planı qurub. Dūnya olimpiya hərəkatı və idman ictimaiyyətini primitiv aldatma yolu seçib. Bu maxinasiya Soçi Olimpiadasının yerli Rusiya təşkilatçıları və FSB xūsusi xidmət orqanına tapşırılır. İcra edənlər isə dövlət himayəsindən arxayınlaşıb maxinasiyanı kobud bivec surətdə həyata keçirirlər. O qədər kobud ki, əvvəlcədən dopinq paylanmış rus idmançıların beynəlxalq ekspertlər tərəfində götūrūlmūş dopinq-kontrol qan-sidik analiz nūminələrini gizli dəyişmədəki biabırçı səhvlər ediblər. Həmin nūmunələr olan möhūrlū otaģın divarında gecə deşik acıb yarıb içəriyə girirlər, seyflərdəki dopinqli nūmunələrin saglamlarla dəyişilməsində səhv edirlər. Nədə? Olimpiada bitdikdən sonra həmin dəyişdirilmiş nūmunələr yoxlanma ūçūn Beynəlxalq Olimpiya antidopinq mərkəzinə aparılır. Baxıb görūrlər ki, kişi idmançıların sidik nūmunələri yerinə qadın, qadınlarınkının yerinə kişilərinki qoyulub. Daha dərin analizlər aparanda ūmumiyyətlə, analizlər nūmunələrinin tamamilə qeyri-idmançı insanlar qrupuna aid oldugu məlum olub. Fakt, sūbutlar o qədər təkzibolunmaz olub ki, Rusiya rəhbərliyi heç bir əks-arqument qoya bilməyib.
Buna görə nə qədər FSB rəhbər və əməkdaşları, məsul idman rəhbərləri işdən qovuldu. Rusiya olimpiya rəhbərliyi bu hadisəyə görə Beynəlxalq Olimpiya Komitəsindən ūzr ustədi. Amma xeyri olmadı. BOK Rusiya Olimpiya Komitəsinə qarşı sərt cəza tətbiq etdi: mūddətsiz diskfalifikasiya, 2018-ci il Olimpiadasına buraxmama, dopinqli idmançılar və Rusiya olimpiya və idman rəhbər şəxslərinin ömūrlūk dūnya idmanından kənara qoyulması. Ūstəlik milyonlarla pul cəzaları". İlqar Altay bildirib ki, nə qədər vicdanlı istedadlı idmançılar, illərlə gecə-gūndūz Olimpiadaya hazırlaşanlar da bu yarışlardan kənarda qaldı: "Olimpiadada iştirak icazəsi alanlar da Rusiya bayragi, gerbi, idman formasız neytral ölkenin nūmayəndələri kimi biabırçı durumda iştirak edəcəklər. Rusiya dövlət rəhbərliyi də bu şərtə razı oldu öz gūnahı oldugu ūçūn bu Olimpiadanî boykot etmədi. Düşünürəm ki, bununla Rusiya dunya olimpiya hərəkatına misli görūnməmiş zərbə vurdu. Və Rusiya özū də misli görūnməmiş agır zərbə və biabırçılıqla ūzləşdi. Krımın alınmasını, Donbas ūzərində Boeng sərnişin təyyarəsinin vurulması kimi faktları təkzib edən Rusiya bu dəfə dopinq faktları gūcū qarsısında aciz qaldı. Çirkli siyasətin saglam idmana mūdaxiləsinin nəticəsi budur".
İlqar Altay deyir ki, idman sahəsində qalmaqalın yaşandığı digər ölkə Birləşmiş Ştatlardır. O, bildirib ki, okeanın o tayında da idman sahəsində biabırçı hadisə qeydə alınıb: "Belə ki, neçə illər boyu ABŞ olimpiya yığma komandası həkimi işləmiş Larry Nassar gimnast qızlara qarşı müayinə və ya müalicə adı ilə (adətən gimnast qızlar azyaşlı olur) seksual motiv ilə əxlaqsız pozğun hərəkətlər edib. Qızların çoxu psixoloji təsirlə və ya qorxu ilə əlaqədar susublar. Bu barədə komanda rəhbrəliyi bildiyi halda isə, qızlara azyaşlı bilib inamsızlıqdan ya da səs-küy başağrısı yaranmamasına görə faktları gizlədiblər. Neçə illər sonra, işdən kənarlaşdırılan həmin həkim internetdə uşaq parnoqrafiyası yayımına görə həbs olunur. Təbii ki, bu pozuntuya görə ona yüngül cəza düşür. Ancaq bu faktın üzə çıxıb mətbuata yayılması bir neçə gimnast qızın cürət edib şikayət verməsi üçün stimul olur. İstintaq başlayanda aydın olur ki, həkim nə az nə çox 265 nəfər gimnast qıza qarşı bu cür seksual əxlaqsızlıqlar edib. İş böyüyüb, 160 zərəçəkmiş qız-qadın üzə durub". İlqar Altay bildirib ki,
zərəçəkmişlər içində Olimpiya çempionları da var: "Həkim ittihamı qəbul edib, üzr istəyib və Miçiqan məhkəməsi ona üst-üstə 175 il iş kəsib. Adətən, Rusiya ya Şərq ölkələri içərisindəki mənfi ictimai kriminal biabırçı iyrənclikləri diqqətə alıb qabardırıq. Ancaq bəzən Qərb, Avropa, Birləşmiş Ştatlarda da elə biabırçı faktlar üzə çıxır ki, Rusiya, Şərq dünyası yalan olur".
Məhəmməd