Ermənistanda vəziyyət olduqca çətindir

İşğalçı Ermənistan 2016-cı ilin aprel müharibəsindən keçən dövr ərzində ciddi cəhdlə öz hərbi gücünü artırmağa, Azərbaycan üzərində hərbi üstünlük əldə etməyə çalışır. Ötən müddət ərzində Rusiyadan yeni silahların alınması, paralel olaraq digər ölkələrlə hərbi sahədə əməkdaşlıq imkanlarının götür-qoy edilməsi, eləcə də cəbhə xəttində hərbi texnikaların sayının artırılması deyilənləri təsdiqləyir. Paralel olaraq düşmən informasiya savaşında da üstün mövqelərə sahib olmaq istiqamətində çalışır. Bu günlərdə isə işğalçı öz aləmində ölkə hərbi sahədə daha bir yeniliyə imza atıb. Belə ki, iki gün əvvəl keçirilən hökumət toplantısında Ermənistanda Hərbi Mətbuat Holdinqinin yaradılması ilə bağlı qərar qəbul edilib. Ermənilər bu quruma artıq ad da veriblər:"Zinuj Media" (Hərbi Güc). 

Həm iqtisadi, həm də mənəvi ruh insanlar arasında get-gedə azalmağa doğru gedir

İşğalçı Ermənistan 2016-cı ilin aprel müharibəsindən keçən dövr ərzində ciddi cəhdlə öz hərbi gücünü artırmağa, Azərbaycan üzərində hərbi üstünlük əldə etməyə çalışır. Ötən müddət ərzində Rusiyadan yeni silahların alınması, paralel olaraq digər ölkələrlə hərbi sahədə əməkdaşlıq imkanlarının götür-qoy edilməsi, eləcə də cəbhə xəttində hərbi texnikaların sayının artırılması deyilənləri təsdiqləyir. Paralel olaraq düşmən informasiya savaşında da üstün mövqelərə sahib olmaq istiqamətində çalışır. Bu günlərdə isə işğalçı öz aləmində ölkə hərbi sahədə daha bir yeniliyə imza atıb. Belə ki, iki gün əvvəl keçirilən hökumət toplantısında Ermənistanda Hərbi Mətbuat Holdinqinin yaradılması ilə bağlı qərar qəbul edilib. Ermənilər bu quruma artıq ad da veriblər:"Zinuj Media" (Hərbi Güc). 
Düşmən ölkənin bu qurumu yaratmaqda məqsədini və məramını öz ölkəsinin hökumət üzvlərinə şəxsən müdafiə naziri Vigen Sarkisyanın özü təqdim edib. Məsələ ilə bağlı fikirlərini bölüşən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, ilk baxışdan adi görünə biləcək bir hadisədir. Amma, bu addımın arxasında nəyin və nələrin dayandığını bir balaca incələdikdən sonra, əslində bədnam qonşularımızın yaxın və uzaq hədəflərində nələri ehtiva etdiklərini təxmin etmək mümkündür. Hərbi ekspertin sözlərinə görə, bu nəhəng Hərbi Media Holdinq hazırda Ermənistan Müdafiə Nazirliyinin tabeçiliyində olan üç qurumun - "Zinuj" studiyasının, "Zabitlər Evi" və "Ay zinvor" (Erməni əsgəri) qəzetlərinin birgə fəaliyyət göstərməsi nəticəsində mümkün olacaq: " 
Yeni qurumun əsas vəzifəsi isə televiziya və radioproqramlar vasitəsiylə, həmçinin yazılı mətbuat orqanlarının geniş dəstəyi ilə hərbi xidməti təbliğ etmək, gənclər arasında cəmiyyətdə hərbi-vətənpərvərlik işlərinin konkret istiqamətlər üzrə aparılmasını təmin etmək olacaqdır". Üzeyir Cəfərov bildirib ki, düşmən ölkədə vəziyyət olduqca çətindir. Həm iqtisadi, həm də mənəvi ruh insanlar arasında get-gedə azalmağa doğru gedir: "Bunu hiss edən haylar artıq indidən qabaqlayıcı tədbirlər görməyə başlayıblar. Yayımlanacaq verlişlər və xəbərlər arasında daha çox milli-mənəvi, dini, patriotik ideyaların təşkili və təbliği sözsüz ki, prioritet məsələ olacaq. Bu isə hal-hazırda həm dünyada, həm də regionda gedən amansız informasiya müharibəsinin ən əsas və önəmli şərtlərdən biridir.  Elə yeri gəlmişkən onu da qeyd edim ki, Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyinin, şəxsən nazir general-polkovnik Zakir Həsənovun ilk dəfə indiyə kimi olmuş bütün müdafiə nazirlərindən fərqli olaraq Hərbi Nəşriyyat, Sənədli Film Kinostudiyasına və "Azərbaycan Ordusu" qəzetinə ötən həftələrdə baş çəkməsi də Ermənistanı tez-tələsik belə bir addımı atmasına təkan vermişdir. Bəli, XXI əsrdə yüksək texnologiyaların olduğu bir dönəmdə, informasiya müharibəsinin rolu əvəzsizdir. Bəzən bir böyük hərbi gücün, ordunun edə bilmədiyini və ya bacarmadığını adicə bir xəbər və ya dezinformasiya etmək gücündə olur. Azərbaycan atalar sözündə deyilmiş bir kəlam hər zaman öz aktuallığını qoruyub saxlamaqdadır. Ola bilsin bir qədər uğurlu görünməsin, amma hesab edirəm ki, "Güllə yarası sağalır, söz yarası sağalmır" ifadəsi tam yerində deyilmiş və indiki vəziyyətə adekvat olan bir deyimdir". Hərbi ekspert qeyd edib ki,  biz düşmən ölkənin bütün sahələrdə, xüsusilə də hərbi-siyasi sahədə atdığı, atmaq istədiyi hər addımını davamlı şəkildə izləməli və onun qarşısını ala biləcək, ona qarşı vaxtında lazımı tədbirlərimizi görməliyik: "Bu iş görülür. Amma, hiss edirəm ki, əlavə addımlara da ehtiyac var.  2018-ci il yeni başlasa da, qarşıda bizi hələ xeyli sayda ictimai-siyasi hadisələr gözləyir. Ən önəmlisi isə, Qarabağla bağlı son vaxtlar baş verənlər çox ciddi və ayıq-sayıq olmağımızı tələb edir. Beynəlxalq hiyləgər güclər - BMT, ATƏT, həmçinin ATƏT-in Minsk qrupu adlı nankor, xəyanətkar, vicdansız üçlük çox məharətlə işğalçının xeyrinə addımlar və bəzi narahatedici hərəkətlər etməkdə daha da şirniklənibdir. Zatən onların iç üzü artıq hamımıza bəllidir. Amma, biz bunu içimizdə deyil, yazılı, elektron mass-mediada, daha çox ölkəmizdən kənarda müxtəlif tədbirlər və geniş təbliğat işləri aparmaqla həyata keçirməliyik. Boş-boşuna xərclənən xeyli sayda maliyyə vəsaitlərini biz daha səmərəli, daha məqsədyönlü şəkildə istifadə etməliyik. Qarabağın, eləcə də Azərbaycanımızın gələcək taleyini həll edəcək ən güclü silah əsgərimizin məharəti ilə yanaşı, düşmən və bizi istəməyən qüvvələr üzərində söz savaşiında, informasiya müharibəsində həll ediləcək. Məhz ona görə də, səsimizin daha uca, daha əzəmətli, daha kəskin gəlməsi üçün hər birimiz ən azından gecə-gündüz düşmənlə üz-üzə, mərdi mərdanə dayanmış qəhrəman Azərbaycan əsgərinə sözümüzlə dəstək olmağa borcluyuq. Tanrı Azərbaycanımızın səsini hər zaman uca, adını yüksəklərə qaldırsın. Azərbaycan Ordusuna sıravi əsgərindən tutmuş Ali Baş Komandanına kimi hər zaman bol-bol uğurlar və müvəffəqiyyətlər arzulayaq".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31