Azərbaycanda yeni lisey fəaliyyətə başladı

Azərbaycanda yeni lisey fəaliyyətə başlayıb. “OLAYLAR” xəbər verir ki, "Hədəf Kursları” MMC-nin bazası əsasında təsis edilən təhsil müəssisəsi 2018-2019-cu tədris ili üçün şagird qəbulu elan edir. Lisey, STEM qısaltmasının təmsil etdiyi elm, texnologiya, mühəndislik və riyaziyyat disiplinlərinin qarşılıqlı əlaqədə və "toxunaraq öyrənmək” prinsipinə əsaslanaraq tədris edilməsi məqsədi daşıyır.

Azərbaycanda yeni lisey fəaliyyətə başlayıb. "OLAYLAR" xəbər verir ki, "Hədəf Kursları" MMC-nin bazası əsasında təsis edilən təhsil müəssisəsi 2018-2019-cu tədris ili üçün şagird qəbulu elan edir. Lisey, STEM qısaltmasının təmsil etdiyi elm, texnologiya, mühəndislik və riyaziyyat disiplinlərinin qarşılıqlı əlaqədə və "toxunaraq öyrənmək" prinsipinə əsaslanaraq tədris edilməsi məqsədi daşıyır. Hədəf Liseyinin tədris proqramı milli və mütərəqqi beynəlxalq kurikulumların inteqrasiyasından ibarətdir. Şagirdlər üçün müasir tələblərə cavab verən tədris mühitinin yaradılması ilə birlikdə, lisey təhsil proqramında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafı və müasirləşməsi strategiyasına müvafiq olaraq, STEM konseptini əsas götürür.

Qeyd edək ki, Hədəf Liseyi, ölkəmizin STEM+A əsaslı təhsil verən ilk özəl liseyidir.

Hədəf Liseyinin qurucu direktoru tanınmış pedaqoq, dosent Şəmil Sadiqdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31