“NATO da ATƏT kimi mənasız quruma çevrilir” - MÜNASİBƏT
“NATO da ATƏT kimi mənasız quruma çevrilir”. Bunu politoloq Elxan Şahinoğlu deyib. “Ordusunun gücünə görə NATO-da birinci dövlət olan ABŞ-la NATO-nun ikinci dövləti olan Türkiyə arasında Suriyada böhran yaşanır, “müttəfiq dövlətlərin” hərbçilərinin üz-üzə gəlmək risqi var, Brüsseldən isə “tık” səsi çıxmır və beləcə, təhlükəni taleyin ümidinə buraxıblar.
5 Fevral 2018 14:55 Siyasət"NATO da ATƏT kimi mənasız quruma çevrilir". Bunu politoloq Elxan Şahinoğlu deyib. "Ordusunun gücünə görə NATO-da birinci dövlət olan ABŞ-la NATO-nun ikinci dövləti olan Türkiyə arasında Suriyada böhran yaşanır, "müttəfiq dövlətlərin" hərbçilərinin üz-üzə gəlmək risqi var, Brüsseldən isə "tık" səsi çıxmır və beləcə, təhlükəni taleyin ümidinə buraxıblar.
Sabah bu iki dövlətin hərbçisi bir-birinə atəş açsa, NATO bir təşkilat olaraq tamamilə nüfuzdan düşəcək. Bu necə təşkilatdır ki, ABŞ NATO-dakı müttəfiqi Türkiyəni deyil, onun düşmənlərini dəstəkləyir, onlara silah verir? Hələ mədət umuruq ki, ABŞ niyə Qarabağ münaqişəsinin həllində fəal deyil? Yaxşı ki, fəal deyil, yoxsa Qarabağdakı separatçılara maliyyə ilə yanaşı silah da verər", - deyə, E.Şahinoğlu fikrini tamamlayıb. Sia.az