Gənclər xeyriyyə askiyası təşkil edib

4 fevral “Dünya Xərçəng Günü” ilə bağlı Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə Park Bulvar” AVM-də “We Can, I can” (Biz bacararıq, Mən bacararam) sosial-xeyriyyə aksiyası keçirilib. “OLAYLAR” xəbər verir ki, aksiya Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi, “Park Bulvar” AVM, Mərkəzi Qan Bankı və “Qan Donorları Asossasiyası” İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilib.

4 fevral "Dünya Xərçəng Günü" ilə bağlı Gənclər Təşkilatları Milli Şurasının təşəbbüsü ilə Park Bulvar" AVM-də "We Can, I can" (Biz bacararıq, Mən bacararam) sosial-xeyriyyə aksiyası keçirilib. "OLAYLAR" xəbər verir ki, aksiya Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi, "Park Bulvar" AVM, Mərkəzi Qan Bankı və "Qan Donorları Asossasiyası" İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilib.

Aksiyasının əsas məqsədi 4 fevral - Dünya Xərçəng Gününün ölkəmizdə tanıdılması, xeyriyyəçilik fəaliyyətinin təbliği, cəmiyyətimizdə bu xəstəliyə tutulmuş şəxslərə qarşı diqqət yaratmaqdır.

"Dünya Xərçəng Günü"nə həsr olunmuş tədbirdə qan vermə askiyası və müsiqili proqram təşkil olunub. Sosial-xeyriyyə tədbirində 100-ən yaxın insan qan verərək qan xərçəngindən əziyyət çəkən xəstələrə dəstək olublar. Qeyd edək ki, qan vermədə Azərbaycan vətəndaşları ilə yanaşı xarici qonaqlarda iştirak edib. Tədbirdə "Park Bulvar" AVM-də qan vermə aksiyası yanaşı musiqili proqram da təşkil olunub. Gənc müğənnilər müxtəlif musiqilər ifa edərək aksiya dəstək olublar. Aksiya müddətində gənc könüllülər "Park Bulvar"a gələn qonaqlara bukletlər paylayaraq "Dünya Xərçəng Günü" və təşkil sosial-xeyriyyə aksiyası bağlı ətraflı məlumat verib. Gənclər Təşkilatları Milli Şurasının Baş katibi Məryəm Məcidova qeyd edib ki, "Çox xoş bir haldır ki, insanların aksiyada xərçəng xəstələri üçün qan verməyə təşəbbüskar olduğunu görürük. Ümid edirəm ki, belə layihələr davamlı və uğurlu şəkildə həyata keçirilməyə davam edəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31