Media nüfuzuna xələl gətirən ünsürlərdən azad olmalıdır

Azərbaycan Mətbuat Şurası 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. 170-ə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Mətbuat Şurasının rəhbər heyəti seçilib. Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

Əflatun Amaşov: "Bunun yolu Mətbut Şurasının fəaliyyət formasında hüquqi təkmilləşdirmə işinin aparılmasından keçir"

Azərbaycan Mətbuat Şurası 15 mart 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında 180-dək aparıcı kütləvi informasiya vasitəsinin təsisçiliyi ilə yaradılıb. 170-ə yaxın KİV və jurnalist təşkilatını təmsil edən 400-ə yaxın nümayəndənin iştirak etdiyi qurultayda Mətbuat Şurasının rəhbər heyəti seçilib. Həmin il aprelin 24-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. Mətbuat Şurasının məqsədi jurnalistlərin öz peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etməsinə ictimai nəzarətin həyata keçirilməsi, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasından ibarətdir. Şura media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulu, öyrənilməsi və bununla bağlı qərarların çıxarılmasını həyata keçirir. Lakun qurumun cəzalandırma səlahiyyəti olmadığından mediada sui-istifadə halları davam etməkdədir.
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, ölkədə medianın özünücəzalandırma orqanı kimi Azərbaycan Mətbuat Şurası fəaliyyət göstərir. Qurumun əsas missiyası media ilə bağlı şikayətlərin araşdırılmasından ibarətdir. İl ərzində Şuraya təxminən 4450 şikayət daxil olur. Bununla bağlı qərarlar çıxarılır ki, həmin qərarlar ictimai qınağa əsaslanır. Çıxarılan qərarlarda heç bir hüquqi məsuliyyət nəzərdə tutulmur: "Əlbəttdə bu bir tərəfdən çox yaxşıdır ki, media ilə bağlı məsələlər birbaşa media müstəvisində araşdırılır. Mətbuat Şurası yaranmazdan öncə məhkəmələrdə kütləvi informasiya vasitələri ilə bağlı çoxsaylı şikayətlərə baxılırdı. Bu məhkəmələr üzərinə əlavə yük idi. Üstəlik media orqanları da saysız-hesabsız məhkəmə qərarları ilə yüklənirdilər. Mətbuat Şurası bunun qarşısını aldı. Artıq fəxarətlə demək olar ki, bu gün Azərbaycan mediası peşəkar mediadır. Bizim elə hazırlıqlı jurnalistlərimiz var ki, dünyanın istənilən media qurumunda bərabər səviyyədə çalışa bilər. Üstəlik mediamız vətənpərvərdir, millidir, ümumi marqalar naminə siyasi yönümündən asılı olmayaraq vahid mövqedə birləşə bilirlər. Dövlətimiz medianın inkişafı üçün, jurnalistlərin sosial problemlərinin həlli üçün hər şey edir. Bir necə gün əvvəl KİV əməkdaşları üçün tikilmiş ikinci binada mənzil alan jurnalistlərə açarlar təqdim olundu. Üçüncü binanın isə əsası qoyulub. Fürsətdən istifadə edib Azərbaycan jurnalistləri adından cənab prezidentə öz təçəkkürlərimizi çatdırırıq". Mətbuat Şurasının sədri əlavə edib ki, hazırda kütləvi informasiya vasitələri müstəvisində özünü media kimi təqdim etməyə çalışan amma heç bir qanunun, peşə davranış qaydalarının tələblərinə məhəl qoymayan, bir sözlə reketçiliklə məşğul olan "media vasitələrimiz" də az deyil. İnternetin verdiyi imkanlardan yararlanaraq saylarını, qazanc yollarını daha da təkmilləşdirilər. Çox təəssüf ki, kimlərdənsə bu və ya digər formada dəstək də alırlar: "Açıq deyirəm, onların məqsədi heç bir əsası olmadan ayrı-ayrı vətəndaşlara, ziylılara, iş admalarına, məmurlara böhtan atmaq, qorxutmaq və bunların müqabilində maddi baxımdan nələrəsə nail olmaqdır. Bu hal geniş yayılıb və təəssüflə bildirirəm ki, hüquq-mühafizə orqanalarının da baş verənlərdən xəbərləri var. Ancaq Mətbuat Şurası təşkilatı-hüquqi forma baxımdan ictimai təşkilatdır, bir çox hallarda isə ictimai qınaq müstəvisində fəaliyyəti yetərsiz təsir bağışlayır. Buna görə də Mətbuat Şurasının hüquqi statusuna yenidən nəzər salınmasını təklif edərdim. Belə düçünürəm ki, Şuranın hüquqi statusu dəyişsə, qurum haqqında ayrıca qanun qəbul edilsə, biz həm ictimaiyyətin, həm də medianın maraqlarını daha yaxşı balanslaşdıra bilərik. İctimaiyyət reket yönümlü mediadan narazıdır və istəyir ki, media məkanındakı sui-istifadələr olmasın. Media özü də maraqlıdır ki, onun adından sui-istifadə hallarına münasibətdə adekvat ölçü tədbiri görülsün. Media nüfuzuna xələl gətirən ünsürlərdə azad olsun".
Millət vəkili bildirib ki, ümumən müdia azadlığı məsələsini mütləq qaydada nəzərə almalıyıq. Elə həssas yanaşmalıyıq ki, həm azadlıq məhdudlaşmasın, həm də azadlığın məhdudlaşmasına dair hansısa şübhələr yaranmasın. Bunun yolu isə Mətbut Şurasının fəaliyyət formasında hüquqi təkmilləşdirmə işinin aparılmasından keçir. Əgər Şura media müstəvisindəki problemlərin məhkəməyə qədər həlli ilə məşğuldursa, qurum nəyə görə tənbeh kimi peşə prinsiplərinə əməl etməyən hər hansı reket yönlü media orqanının fəaliyyətinin müvəqqəti dayandırılması barədə öz rəyini çıxarmasın?
Ə. Amaşov onu da əlavə edib ki, əlamətdar haldır ki, bu il cənab prezident İlham Əliyevin sərəncamı ilə ölkəmizdə "Cumhuriyyət ili" elan olunub. Bununla bağlı çoxsaylı tədbirlərin həyata keçirilməsi gözlənir: "Azərbaycan Xalq Cumhuriyyəti iki il müddətində bir çox sahələrdə olduğu kimi mediaya da böyük diqqət ayırıb. Xalq Cumhuriyyətinin mövcud istiqamətlərdə qarşıya qoyduğu məqsədlərdən biri də Azərbaycanda, onun paytaxtında nəşriyyat evinin tikilməsi idi. Lakin bu işin həyata keçirilməsi mümkün olmadı. Həmin ideya ötən əsrin otuzuncu illərində reallaşdı. 1933-cü ildə Bakıda "Mətbuat sarayı" deyilən bina istifadəyə verildi. Həmin bina indiki Azərbaycan prospektində yerləşir. Onu da deyim ki, bina Mədəniyyət və Turizm Nazirliyinin reyestrində memarlıq abidəsi kimi qeydiyyata alınıb. Uzun müddət "Azərnəşr"in fəaliyyət göstərdiyi bu buna 1995-ci ildə "Bankstandart"a Baş Ofis kimi verilib. Binanın özəllikləri kifayət qədərdir, diqqət yetirmisinizsə kitab şəklindədir. Daxili strukturunda isə hər detal sırf nəşriyyat-çap işinin həyata keçirilməsinə hesablanıb. İnşaat materiallarının seçilməsindən tutmuş otaqların havalandırılmasına, hətta işçilər üçün şəraitə qədər ən kiçik detal nəzərə alınıb. Bununla əlaqədər sənədlərlə də şəxsən tanış olmuşam. Təklifim ondan ibarətdir ki, "Mətbuat sarayı" adı ilə inşaa edilmiş həmin bina keçmiş sahiblərinə qaytarılsın və çox yaxşı olardı ki, həmin binada Mətbuat Muzeyi yaradılsın".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31