Gündəm
Binəqədidə daha 2 küçədə təmir-tikinti işləri yekunlaşır
Binəqədi rayonunda uzun illər istismar olunan, nəticədə hərəkət hissəsində çökmələr və deformasiyalar əmələ gələn daha iki küçədə aparılan əsaslı təmir işləri yekunlaşmaq üzrədir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, söhbət 945 metr uzunluğunda olan Məsud Davudoğlu və 1.9 km uzunluğa malik Abay Kunanbayev küçələrindən gedir.
Respublikanın 1416 yaşayış məntəqəsi təbii qazla təmin edilib
2010-2017-ci illərdə Azərbaycan Respublikası ərazisində yaşayış məntəqələrinin geniş miqyaslı yeni qazlaşdırılma tədbirləri nəticəsində respublikanın 1416 yaşayış məntəqəsi təbii qazla təmin edilib.
Azərbaycanla Səudiyyə Ərəbistanı hərbi əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib
Fevralın 6-da Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı Krallığı Müdafiə Nazirliyinin nümayəndə heyəti ilə görüşüb. “OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, qonaqları salamlayan Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ölkəmizlə Səudiyyə Ərəbistanı arasında münasibətlərin və əməkdaşlığın bütün istiqamətlər üzrə, xüsusilə də hərbi, hərbi-texniki sahədə genişləndirilməsi barədə verdiyi tapşırıqları diqqətə çatdırıb.
Azərbaycanda İnformasiya Məcəlləsi hazırlanacaq
“Azərbaycanda 5 mindən artıq çap mediası fəaliyyət göstərir”. “Olaylar” xəbər verir ki, bunu Mətbuat Şurasının sədrinin müavini Müşfiq Ələsgərli “Jurnalistika və Dayanıqlı İnkişafın Məqsədləri” adlı təlimdə bildirib. Onun sözlərinə görə, ölkədə 3 mindən artıq da onlayn media fəaliyyət göstərir. M.Ələsgərlinin sözlərinə görə, Azərbaycanda 1 milyon 200 min nəfərdən çox sosial şəbəkə istifadəçisi var: “Bununla yanaşı Azərbaycan əhalisinin 80 faizinin internetə çıxışı var. Azərbaycanda yaxın zamanlarda İnformasiya Məcəlləsi də hazırlanacaq”.
Rusiyanın müdafiə naziri ölkəsi üçün yeni geosiyasi resurs yaradır
Rusiya Federasiyasının regional maraqları son illər özünü daha çox Şərqdə, Afrika qitəsində büruzə verir. Yaxın Şərqin bir sıra ölkələrində, ən əsasda Suriyada möhkəmlənməyi qarşısına məqsəd qoyaraq bu istiqamətdə ciddi çalışan, hətta müəyyən nailiyyətlər əldə edən Moskva indi də əsas diqqəti Myanma və Laosa yönəldib. Hər halda şimal qonşumuzun müdafiə nazirinin bu günlərdə adıçəkilən ölkələrə səfər etməsi deyilənlərdən xəbər verir.
Azərbaycanlı tələbələr Varşavada keçirilən tədbirdə ölkəmizi təmsil edib
“College of Europe” Universitetinin Polşanın paytaxtı Varşava şəhərində yerləşən kampusunda keçirilmiş “Cənubi Qafqazın üç ölkəsinin milli günü” tədbirində Azərbaycan da təmsil olunub. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, universitetin tələbəsi, eyni zamanda Polşa Azərbaycan Gənclər Şurasının fəal üzvü Nərgiz Abdullayevanın təşkilatçılığı ilə baş tutran tədbirdə “Azərbaycan şərabları” stendi də yer alıb. Azərbaycanın qədim tarixi, musiqisi, ədəbiyyatı və mətbəxi barədə iştirakcılara geniş məlumat verilib. Daha sonra mədəniyyət proqramı çərçivəsində Azərbaycanın milli mahnılarını ifa edən trio - “Koscielna/Wypych/Ibadullayev” musiqi qrupu “Sarı gəlin” mahnısını ifa edib.
Bələdiyyələr çoxmərtəbəli binalardan vergi yığa bilmir
“Yeni tikilən binalara bələdiyyə tərəfindən diqqət göstərilir. Amma həmin binalardakı mənzillərin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatı olmadığına görə vergi vermirlər”.“Olaylar” xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin iclasında Nəsimi bələdiyyəsinin sədri Nazim Qaraxanov deyib.
Şimal-qərb küləyi əsəcək
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək.
Maşının üstünə reklama görə çıxıbmış...
Ötən gündən etibarən maşının üstünə çıxaraq rəqs edən qız sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzulardan birinə çevirilib. Gənc xanım Cavanşir körpüsünün üstündə müğənni Nur Cəfərlinin adına olan "Hyundai" markalı maşının üstündə şou göstərib və yol hərəkəti qaydalarını pozub.
Sərxoş gürcü qadının Azərbaycan musiqisinə rəqsi erməniləri valeh etdi - VİDEO
Sosial şəbəkələrdə gürcü istifadəçi toyda, ya da hansısa bayram tədbirlərinin birində çəkilmiş videonu paylaşıb. Görüntülərdən sərxoş olduğu bilinən xanım çirkin şəkildə rəqs və əxlaqsız hərəkətlər edir.
Çində Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə dair Konfrans keçirilib
Fevralın 6-da Pekində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin, Azərbaycanın Çin Xalq Respublikasındakı Səfirliyinin və Çinin Kommersiya Nazirliyinin təşkilatçılığı, Türkiyə, Qazaxıstan və Gürcüstan nümayəndə heyətlərinin iştirakı ilə "Kəmər və Yol" təşəbbüsünün reallaşmasında "Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizinin rolu" mövzusunda Beynəlxalq Konfrans keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar"a bildirilib ki, Azərbaycan tərəfi konfransda İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti ilə iştirak edib.
Azərbaycan Hökuməti ilə BQXK arasında saziş imzalanıb
Ədliyyə Nazirliyində Azərbaycan Hökuməti və BQXK arasında müvafiq sənədin imzalanması mərasimi keçirilib. “Olaylar” xəbər verir ki, Azərbaycan Hökuməti adından Sazişin müddətinin uzadılmasına dair Protokolu ədliyyə naziri Fikrət Məmmədov və BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri xanım Elena Aymone Sessera imzalayıblar.
Dövlət etalonları laboratoriyalarının beynəlxalq tanınması təmin edilib
Azərbaycanda həyata keçirilən ölçmələrin, dövlət etalonları laboratoriyalarının fəaliyyətinin beynəlxalq tanınması təmin edilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən “Olaylar”a bildirilib ki, “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsi (AzMİ) müvafiq laboratoriyalarda saxlanılan və tətbiq edilən kütlə, təzyiq, elektrik kəmiyyətləri, temperatur, sıxlıq və özlülük, ionlaşdırıcı şüalanma kəmiyyət vahidləri dövlət etalonlarının beynəlxalq səviyyədə tanınması üçün beynəlxalq tutuşdurmalarda iştirak edib və müsbət nəticələr əldə edib. Belə ki, 2017-ci ilin oktyabr-noyabr aylarında Azərbaycanda mövcud olan dövlət etalon laboratoriyalarının keyfiyyəti idarəetmə sisteminin İSO/İEC 17025 beynəlxalq standartının tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədilə beynəlxalq səviyyəli audit (peer review) keçirilib, auditin nəticələri Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatında (KOOMET) müzakirə edilərək müsbət qərar qəbul olunub.
Tehran Ankaranın antiterror əməliyyatından niyə narahatdır?
Türkiyə Suriyada antiterror əməliyyatını uğurla davam etdirir. Təxminən 20 günə yaxın bir müddətdir ki. davam edən antiterror əməliyyatı Suriyanın torpaq bütünlüyü və suverenliyinə təhdid olmasa da, lakin başda Suriyanın diktatoru Bəşər Əsəd olmaqla bir çox beynəlxalq antiTürkiyə dairələr Ankaranın Suriyada həyata keçirdiyi antiterror əməliyyatını Suriyanın ərazi bütövlüyünün Türkiyə tərəfindən pozulması kimi qələmə verməyə çalışırlar. Nədən ki, Türkiyənin PKK terror təşkilatının Suriya qanadı olan YPĞ/PYD-yə qarşı apardığı uğurlu əməliyyat həmin xarici dairələri ciddi narahat edir. Çünki elə o dairələr zaman-zaman terror təşkilatı vasitəsilə Türkiyəyə təzyiq etməyə çalışırlar. Təbii ki, terrorçulara maddi dəstək və silah yardımı etməklə.
.jpg)













