Gündəm

“Hyundai” yolu keçən piyadanı vurub öldürdü

6 Fevral 2018 16:14

Yasamal rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən “Olaylar”a verilən mlumata görə, fevralın 5-də saat 12 radələrində Yasamal rayonu ərazisində Bakı şəhər sakini Əhliman Dadaşov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Mehdiqulu Poladovu vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Sənayedə yerli xammaldan istifadə imkanları genişləndirilir

6 Fevral 2018 16:13

Fevralın 6-da İqtisadiyyat Nazirliyinin dəstəyi, Nazirliyin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu, “Sumqayıt Kimya Sənaye Parkı” MMC və “SOCAR Polymer” MMC-nin birgə təşkilatçılığı ilə “Sənayedə yerli xammala əsaslanmaqla idxalı əvəz edən istehsalın genişlənməsi” mövzusunda konfrans keçirilib.

Dövlət özəl sektorun inkişafına hərtərəfli dəstək verir

6 Fevral 2018 16:11

“Son 14 ildə sahibkarlığın, özəl sektorun inkişafı Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet istiqamətlərindən birini təşkil edib”. “OLAYLAR”-ın yap.org. az-a istinadən verdiyi xəbərə görə, bu fikri Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib.

"Ezop" SABAH qrupunun ifasında

6 Fevral 2018 16:12

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti  SABAH qrupu - Aktyor sənəti ixtisası  üzrə təhsil alan IV kurs tələbələrinin ifasında Gilyermo Fiqeyredonun “Ezop” qəhrəmanlıq komediyası nümayiş olunub.  İstedadlı, obraza, əsərə xüsusi münasibəti ilə seçilən tələbələr  Əməkdar artist, rejissor Nofəl Vəliyevin rəhbərliyi ilə bu dəfə də uğurlu iş ərsəyə gətirib. 

“Hesablama Palatası haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib

6 Fevral 2018 16:09

Açıq Hökumətin Təşviqinə dair Hökumət – Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının təşəbbüsü ilə “Kənar dövlət maliyyə nəzarətini tənzimləyən yeni qanun layihəsi”nin (“Hesablama Palatası haqqında” qanun layihəsi) ictimai müzakirəsi keçirilib. “OLAYLAR” xəbər verir ki, Hesablama Palatası ilə birgə keçirilən tədbirdə Palatanın nümayəndələri, millət vəkilləri, Platforma üzvü QHT-lər, müstəqil ekspertlər, Azərbaycan Dövlət İqtisad Universitetinin alimləri, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.Giriş nitqində Platformanın əlaqələndiricisi Əliməmməd Nuriyev “Hesablama Palatası haqqında” qanun layihəsinin beynəlxalq audit standartlarının, Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INTOSAI) tələbləri nəzərə alınmaqla hazırlandığını qeyd edib. Bildirib ki, bu qanun layihəsi əvvəlkindən əhatə dairəsinə görə fərqlənir. Yeni qanun layihəsi Hesablama Palatasının həyata keçirdiyi auditin forması ilə bağlı yeniliklər də gətirib: “Nəzərə alsaq ki, büdcə vəsiatlərindən səmərəli istifadə olunması hər birimiz çox vacibdir, deyə bilərik ki, “Hesablama Palatası haqqında” qanun layihəsi hər bir vətəndaşın marağına xidmət edir”.

11 yaşlı qız uşaq doğdu - İspaniyada

6 Fevral 2018 16:05

İspaniyada 11 yaşlı qız uşaq doğub. Qarın ağrısı şikayəti ilə xəstəxanaya aparılan uşağın hamilə olduğu üzə çıxıb. Həkimlər polisə xəbər veriblər. İddialara görə, qız 14 yaşlı qardaşından hamilədir. Bu iddia ilə qızın anası çıxış edib.

Eyfel qülləsi bağlandı - SƏBƏB

6 Fevral 2018 16:04

Parisdə kəskin hava şəraiti ilə əlaqədar şəhərin əsas turizm mərkəzi olan Eyfel qülləsi müvəqqəti olaraq ziyarətçilər üçün bağlanıb. Bu barədə Eyfel qülləsinin "Facebook"dakı rəsmi səhifəsində elan edilib.

Təhsil İdarəsi: Hazırda 42 Bayıl sakini məktəbdə məskunlaşıb

6 Fevral 2018 16:02

Bayıl yamacındakı sürüşmə sahəsində yaşayan sakinlərdən 73 nəfəri 24 yanvardan müvəqqəti olaraq Bakı şəhərindəki 163 nömrəli tam orta məktəbin akt zalı və 3 tədris otağında yerləşdirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorundan bildirilib ki, hazırda həmin sakinlərdən 42 nəfəri məktəbdə məskunlaşıb. “Səbail Rayon İcra Hakimiyyətindən onların köçürülməsi ilə bağlı yaxın müddətdə qərar veriləcəyi deyilib. Məktəbdə müvəqqəti məskunlaşan sakinlərin bütün zəruri ehtiyacları ödənilir”, - İdarədən bildirilib.

Nişanlısı ilə danışarkən qəfil qorxunc xəstəliyə tutuldu - Dilini və dodaqlarını yeyir - VİDEO

6 Fevral 2018 16:00

Atasının faciəli ölümündən sonra beyin iflici keçirən Bakı şəhər sakini 30 yaşlı Nazim Abdulovun anası Zemfira Rüstəmova oğlu üçün kömək istəyir.

Rus teleaparıcı erməniləri hiddətləndirdi: "Qarabağ Azərbaycanın ərazisidir" - VİDEO

6 Fevral 2018 15:56

Rusiyanın məşhur jurnalisti, televiziya aparıcısı Maksim Şevçenko Azərbaycan haqqında danışıb. Məlumata görə, tanınmış aparıcı öz videoköşəsində bildirib ki, ermənilər Rusiyanın düşmənləridir.

Azərbaycanın əleyhinə çalışan qüvvələrin seçkiqabağı “sürprizləri” fiaskoya uğradı

6 Fevral 2018 15:46

Prezident İlham Əliyevin Azərbaycan Respublikasında növbədənkənar prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncamı siyasi dairələr tərəfindən rəğbtlə qarşılanıb. Hətta müxalifət partiya təmsilçiləri dövlət başçısının sözügedən sərəncamını vaxtında atılmış addım kimi dəyərləndiriblər.

Ziya Məmmədovun 100 milyonluq layihəsi alınmadı

6 Fevral 2018 15:43

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun 100 milyon manat vəsait hesabına qurduğu Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yenidən qurulacaq. Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev danışıb.

Azərbaycanlı futbolçu türk klubuna 1 milyon bağışladı

6 Fevral 2018 15:41

"Karşıyaka" klubu milli komandamızın sabiq üzvü Mahir Şükürova razılığa gəlib.  Türkiyə təmsilçisi keçmiş futbolçusuna borcu səbəbindən 6 xalının silinməsi təhlükəsi ilə üzləşmişdi. "Karşıyaka"nın vitse-prezidenti Gökhan Şensan açınlamasında bildirib ki, 2014/15 mövsümündə komandada oynayan Mahirə 1,5 milyon lirə (bu günkü məzənnə ilə 672 min 150 manat) borcları olub. Bu gün futbolçu ilə görüşərək razılığa gəliblər.

Dağıstanda məmur ovu: Daha bir mer həbs edilir

6 Fevral 2018 15:40

Qızılyurd şəhərinin keçmiş meri Ustarxan Alyukovun evində yoxlamalar başlayıb. O, vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. Yoxlamaları Rusiya Federal Təhlükəsizlik Xidməti aparır.

Bakıda film kimi olay: Qaz borusuna çırpılan avtomobil belə partladı- VİDEO

6 Fevral 2018 15:36

Yasamal rayonunda yeni tikilən binaların birinin önündə gecə saatlarında qorxudolu anlar yaşanıb.  Məlumata görə, qaz borusuna çırpılan "Hyundai" markalı avtomobil dayanacaqda dayanan digər avtomobilin üstünə çıxıb. Nəticədə "Hyundai"dən partlayış səsləri gəlməyə başlayıb.