Azərbaycanın əleyhinə çalışan qüvvələrin seçkiqabağı “sürprizləri” fiaskoya uğradı
Prezident İlham Əliyevin Azərbaycan Respublikasında növbədənkənar prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncamı siyasi dairələr tərəfindən rəğbtlə qarşılanıb. Hətta müxalifət partiya təmsilçiləri dövlət başçısının sözügedən sərəncamını vaxtında atılmış addım kimi dəyərləndiriblər.
6 Fevral 2018 15:46 SiyasətPrezident seçkilərinin vaxtından əvvəl keçirilməsi təqdirəlayiqdir
Prezident İlham Əliyevin Azərbaycan Respublikasında növbədənkənar prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncamı siyasi dairələr tərəfindən rəğbtlə qarşılanıb. Hətta müxalifət partiya təmsilçiləri dövlət başçısının sözügedən sərəncamını vaxtında atılmış addım kimi dəyərləndiriblər. Xatıarladaq ki, dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıb ki, növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkiləri elan edilsin. Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb. Xatırladaq ki, 2018-ci ildə keçiriləcək prezident seçkilərinin oktyabr ayında baş tutacağı gözlənilirdi. Bəs, prezident seçkisinin altı ay irəli çəkilməsi hansı zərurətdən doğub?
Əvvala qeyd edək ki, prezident İlham Əliyevin sərəncamı ilə növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin aprelin 11-nə təyin olunması müsbət addımdır. Çünki bu addım bilavasitə Azərbaycanın milli maraqlarına və inkişafına xidmət edən bir sərəncamdır.
Nəzərə almaq lazımdır ki, ölkədə keçirilən seçkilər və onun nəticələri ölkədə sabitliyin və inkişafın qarantıdır. Məhz bu baxımdan seçkilərin aprel ayında keçirilməsi Azərbaycanın milli maraqlarına xidmət etdiyini demək olar. Yeri gəlmişkən qeyd edək ki, siyasi şərhçilər nöbvədənkənar prezident seçkilərinin təin olunmasını üç əsas səbəblə əsaslandırılar. Belə ki, bu il may ayından başlayaraq ölkəmizdə çoxlu sayda mühüm yerli və beynəlxalq səviyyəli tədbirlər keçiriləcək. Digər tərəfdən, Azərbaycanda mövcud olan praktikaya əsasən, bütün seçkilər payız aylarında keçirilir. Bu mənada, dünyada mövcud olan təcrübəni nəzərə almaqla, müxtəlif səviyyəli seçkilərin ilin ayrı-ayrı fəsillərində, o cümlədən də əvvəlində keçirilməsi daha məqsədəuyğundur. Məhayət Azərbaycan Prezidentinin 7 il müddətinə seçilməsi prezident səlahiyyətlərinin yerinə yetirilməsinə təsərrüfat ilinin əvvəlindən başlamasını təmin edir. Bu da sosial və iqtisadi sahədə qarşıda duran vəzifələrin daha effektli icrasına əlavə imkan yaradır.
Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa bildirib ki, növbədənkənar prezident seçkilərinin elan edilməsi prezidentin səlahiyyətlərinə aiddir: "Bu, prezidentin hüququ idi və gerçəkləşdirdi. Həmçinin, bu istiqamətdə addımların atılması gözlənilirdi. Sadəcə olaraq, konkret vaxt bilinmirdi. Əsasən də 2025-ci ildə parlament seçkiləri ilə prezident seçkilərinin üst-üstə düşməməsi üçün çox güman ki, belə addım atılıb. Gələcəkdə yəqin ki, vaxt məsələsinin aprelə keçirilməsi ilə əlaqədar Konstitusiyada dəyişikliklərin olması mümkündür". Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli qeyd edib ki, növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsi rəhbər tutularaq, Azərbaycan Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alınıb: "Bu, prezidentin müstəsna səlahiyyətidir. Konstitutusiyanın 104-cü maddəsinə əsasən, prezidentin səlahiyyətləri müəyyən işlə bağlı vaxtından əvvəl başa çatırsa, həmin hallarda seçki təyin olunur. Hazırda məsələni yalnız Konstitusiya qanunları ilə izah etmək mümkündür. İndiyə kimi 5 il müddətinə prezident seçkiləri keçirilirdi. Bundan sonra 7 il müddətinə seçiləcək. Eyni zamanda, vaxtından əvvəl seçki təyininin özünün də əsasları var. Birinci halda Azərbaycan Respublikasının prezidenti öz istefa ərizəsini Konstitusiya Məhkəməsinə təqdim edir, məhkəmə qəbul etdiyi halda, istefa verdiyinə görə o, vəzifədən getmiş sayılır. Yaxud qanuna əsasən, prezident öz vəzifələrini icra edə bilməyəndə Milli Məclis Konstitusiya Məhkəməsinə müraciət edir və müvafiq qərar verilir. Lakin bu sadaladığım halların heç biri mövcud deyil. Hazırda İlham Əliyevin prexidentliyə namizədliyi müzakirə edilir. Partiyamız adından onu təbrik edirik və hər zaman dəstək olduğumuzu bildirmək istəyirik".
Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da ölkə başçısı tərəfindən verilən bu sərəncamı yerində verilmiş qərar adlandırıb:
"Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V qurultayı 2018-ci ilin 11 aprelində keçiriləcək növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul edib. Konstitusiyaya görə, prezident 7 il müddətinə seçildiyinə görə, növbəti seçkilər 2025-ci ilə düşür. Həm parlament, həm bələdiyyə seçkilərinin üst-üstə düşməsi müəyyən çətinlik yaradacaqdı". Deputat, həmçinin, qarşıdakı aylarda qonşu ölkələrdə keçiriləcək prezident seçkilərinə diqqət çəkib: "Qarşıdakı aylarda Ermənistanda, Rusiyada prezident seçkiləri keçiriləcək. Azərbaycan regionda maraq obyektində olan dövlətdir. Ölkənin sabitliyi, suverenliyi bir çoxlarında qıcıq yaradır. Həmişə seçkiqabağı müəyyən qarşıdurma yaradılmasına çalışılır. Bütün bunların qarşısının alınması üçün cənab prezident uzaqgörən siyasət yeridərək belə bir qərar qəbul edib. Ola bilərdi ki, Azərbaycanı sevməyən, onun əleyhinə çalışan qüvvələr seçkiqabağı "sürprizlər" hazırlamağa cəhd edərdi. Ona görə də qanunla müəyyən olunmuş qaydada prezident seçkilərinin vaxtından əvvəl keçirilməsi təqdirəlayiqdir. Eyni zamanda, cənab prezidenti uğurlu namizədimiz kimi dəstəkləyirəm".
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Rufiz Qonaqov qeyd edib ki, son Referendumdan sonra Azərbaycan Respublikasının Konstitusiyasında prezidentə növbədənkənar seçkiləri təyin etmək səlahiyyəti verilmişdi. Bu il ölkəmizdə çox vacib, böyük tədbirlər var: "Prezident Azərbaycan Xalq Cünhuriyyətinin 100 illiyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Bununla bağlı may ayında və sonra ölkə miqyasında böyük beynəlxalq tədbirlər keçiriləcək, Azərbaycana çoxsaylı qonaqların - dövlət başçıları, eyni zamanda nüfuzlu xadimlərin gəlməsi gözlənilir. Həmçinin bu il ümummilli lider Heydər Əliyevin də 95 illiyidir və bununla bağlı da ölkəmizdə çox böyük tədbirlərin keçirilməsi nəzərdə tutulub. Eləcə də, ölkədə bir çox beynəlxalq tədbirlər də keçiriləcək. Bu tədbirlərin miqyası elədir ki, onların keçirilməsi prezident seçkiləri ilə üst-üstə düşdüyü halda, qrafik baxımından müəyyən çətinlik yarada bilərdi". Rufiz Qonaqov əlavə edir ki, son Konstitusiya dəyişikliyində prezidentin səlahiyyət müddəti də 5 ildən 7 ilə qaldırılıb. "Buna görə də 2025-ci ildə prezident seçkiləri ilə parlament seçkilərinin üst-üstə düşməsi ehtimalı vardı. Sərəncamı zəruri edən amillərdən biri də bununla bağlıdır. Həmçinin çox böyük tədbir olan prezident seçkilərində bütün siyasi qüvvələrin, partiyaların daha mobil şəkildə iştirakını təmin etmək üçün artıq bir fürsət yarandı. Yəni prezidentin növbədənkənar seçkilərlə bağlı sərəncamından sonra gözləməyə ehtiyac qalmayacaq". R.Qonaqov bildirir ki, bu aylarda həm Rusiyada, həm də Ermənistanda seçkilər keçirilir və bu ölkələrin hər birində keçirilən seçkilər Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesini ləngidir. Seçkilərin bir neçə ay qabağa çəkilməsi isə bu prosesi də sürətləndirməsi ilə nəticələnəcək: "Çox cəlbedicidir ki, bu seçkilərdə uzunmüddətli hazırlaşmağa ehtiyac yoxdur. Çünki hər bir siyasi qüvvə seçki ilində hazır olmalıdır. Bəzi partiyaların artıq namizədləri var və hətta seçki qərargahları da yaradılıb. Digər partiyalarda da kim özünü prezidentliyə namizəd hiss edirsə və namizəd bilirsə, buyursunlar, namizədini irəli sürsünlər. Sözsüz ki, YAP da öz namizədini irəli sürəcək. Bu gün də Hımkarlar İttifaqı Kpnfederasiyasının qurultayında canab prezidentin namizədliyi növbəti dəfə dəstəklənib, irəli sürülüb. Prezidentin köməkçisi Əli Həsənov artıq hamını prezident İlham Əliyevi dəstəkləməyə çağırıb və demək olar ki, artıq kampaniyaya start verilib. Rəsmən də yaxın günlərdə start veriləcək".
Alim