Bakıda film kimi olay: Qaz borusuna çırpılan avtomobil belə partladı- VİDEO

Yasamal rayonunda yeni tikilən binaların birinin önündə gecə saatlarında qorxudolu anlar yaşanıb.  Məlumata görə, qaz borusuna çırpılan "Hyundai" markalı avtomobil dayanacaqda dayanan digər avtomobilin üstünə çıxıb. Nəticədə "Hyundai"dən partlayış səsləri gəlməyə başlayıb.

Yasamal rayonunda yeni tikilən binaların birinin önündə gecə saatlarında qorxudolu anlar yaşanıb.  Məlumata görə, qaz borusuna çırpılan "Hyundai" markalı avtomobil dayanacaqda dayanan digər avtomobilin üstünə çıxıb. Nəticədə "Hyundai"dən partlayış səsləri gəlməyə başlayıb.  Bina sakinlərinin sözlərinə görə, hadisəyə dayanacaqdakı işçi səbəb olub. Belə ki, "Hyundai"n sahibi avtomobilini "park" etməsi üçün dayanacaqdakı şəxslərdən birinə açarı verib. İçkili olduğu iddia edilən həmin şəxs avtomobili işə salarkən idarəetməni itirib və qaz borusuna çırpılıb. Nəticədə sözüegən hadisə baş verib.  Binaya verilən qaz xəttinin təcili kəsilməsi isə baş verə biləcək faciənin qarşısını alıb.  Həmin görüntüləri təqdim edirik. AZXEBER.COM

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31