“Hesablama Palatası haqqında” qanun layihəsinin ictimai müzakirəsi keçirilib
Açıq Hökumətin Təşviqinə dair Hökumət – Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının təşəbbüsü ilə “Kənar dövlət maliyyə nəzarətini tənzimləyən yeni qanun layihəsi”nin (“Hesablama Palatası haqqında” qanun layihəsi) ictimai müzakirəsi keçirilib. “OLAYLAR” xəbər verir ki, Hesablama Palatası ilə birgə keçirilən tədbirdə Palatanın nümayəndələri, millət vəkilləri, Platforma üzvü QHT-lər, müstəqil ekspertlər, Azərbaycan Dövlət İqtisad Universitetinin alimləri, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.Giriş nitqində Platformanın əlaqələndiricisi Əliməmməd Nuriyev “Hesablama Palatası haqqında” qanun layihəsinin beynəlxalq audit standartlarının, Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INTOSAI) tələbləri nəzərə alınmaqla hazırlandığını qeyd edib. Bildirib ki, bu qanun layihəsi əvvəlkindən əhatə dairəsinə görə fərqlənir. Yeni qanun layihəsi Hesablama Palatasının həyata keçirdiyi auditin forması ilə bağlı yeniliklər də gətirib: “Nəzərə alsaq ki, büdcə vəsiatlərindən səmərəli istifadə olunması hər birimiz çox vacibdir, deyə bilərik ki, “Hesablama Palatası haqqında” qanun layihəsi hər bir vətəndaşın marağına xidmət edir”.
6 Fevral 2018 16:09 SosialAçıq Hökumətin Təşviqinə dair Hökumət - Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının təşəbbüsü ilə "Kənar dövlət maliyyə nəzarətini tənzimləyən yeni qanun layihəsi"nin ("Hesablama Palatası haqqında" qanun layihəsi) ictimai müzakirəsi keçirilib. "OLAYLAR" xəbər verir ki, Hesablama Palatası ilə birgə keçirilən tədbirdə Palatanın nümayəndələri, millət vəkilləri, Platforma üzvü QHT-lər, müstəqil ekspertlər, Azərbaycan Dövlət İqtisad Universitetinin alimləri, beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.Giriş nitqində Platformanın əlaqələndiricisi Əliməmməd Nuriyev "Hesablama Palatası haqqında" qanun layihəsinin beynəlxalq audit standartlarının, Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INTOSAI) tələbləri nəzərə alınmaqla hazırlandığını qeyd edib. Bildirib ki, bu qanun layihəsi əvvəlkindən əhatə dairəsinə görə fərqlənir. Yeni qanun layihəsi Hesablama Palatasının həyata keçirdiyi auditin forması ilə bağlı yeniliklər də gətirib: "Nəzərə alsaq ki, büdcə vəsiatlərindən səmərəli istifadə olunması hər birimiz çox vacibdir, deyə bilərik ki, "Hesablama Palatası haqqında" qanun layihəsi hər bir vətəndaşın marağına xidmət edir".
Hesablama Palatasının auditoru Firsənd Qurbanov diqqətə çatdırıb ki, ictimai müzakirədə səslənən faydalı fikirlər Palatanın fəaliyyətində nəzərə alınacaq: "Zaman dəyişir, dövlət büdcəsinin xərclərinə münasibət dəyişir, hər bir xərc mütləq nəzarətdə olmalıdır. Bugünkü müzakirə Hesablama Palatası üçün faydalı olacaq. İctimai müzakirədə səslənən hər bir faydalı fikirdən qanun layihəsində və ya öz fəaliyyətimizdə bu və ya digər formada istifadə edəcəyik".
Təqdimatlardan sonra millət vəkilləri Vahid Əhmədov və Aydın Hüseynov qanun layihəsi ilə bağlı fikirlərini bölüşüblər.
Müzakirələrin sonunda Ə.Nuriyev qeyd edib ki, səslənən təkliflər ümumiləşdiriləcək və Platforma tərəfindən Hesabalam Platasına təqdim olunacaq.